8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Qocalar evində bayram tədbiri keçirilib
12.03.2014 [09:35]
8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Bilgəh qəsəbəsindəki Müharibə və əmək əlilləri üçün pansionatında (Qocalar evi) bayram tədbiri keçirilib. Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri İdris İsayev, Natiq Məmmədov, İlqar Rəhimov, Mətin Kərimli və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev iştirak ediblər.
Nazirliyin əməkdaşları pansionatda yaşayan qadınları təbrik edərək, onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, Azərbaycan qadını tarixin bütün dövrlərində yüksək mənəvi-əxlaqi xüsusiyyətləri öz xarakterində birləşdirib. Qədim köklərə söykənən milli ailə dəyərlərinin daşıyıcısı olan Azərbaycan qadını həm də cəmiyyətin gələcəyi üçün sağlam nəsil yetişdirən bir ana olaraq həmişə dərin hörmət və ehtirama layiq olub. Eyni zamanda, bu gün qadınlar respublikanın ictimai-siyasi həyatında, ölkənin tərəqqisi proseslərində fəal iştirak edir və öz töhfələrini verirlər.
Dövlət himayəsində yaşayan insanların, o cümlədən, onlar arasında qadınların hərtərəfli diqqət və qayğı ilə əhatə olunmasının daim diqqətdə saxlanıldığı, onların sosial təminatının yaxşılaşdırılması üçün nazirlik tərəfindən aidiyyəti işlərin aparıldığı vurğulanıb. Qeyd olunub ki, dövlətimizin sosial siyasətinin bir məqsədi də tənha, ahıl insanların sosial müdafiəsinin daim gücləndirilməsidir və nazirlik bu siyasəti yüksək səviyyədə icra etməyə çalışır. Bütün səylər ona yönəlib ki, sosial xidmət müəssisələrində, o cümlədən, bu pansionatda yaşayan qadınlar cəmiyyətdə olan digər qadınlar kimi normal həyat şəraiti ilə təmin olunsunlar. Onların hər hansı bir çətinlikləri olduqda bunu bildirsinlər və əmin olsunlar ki, həmin çətinliklər qısa bir müddətdə aradan qaldırılacaq.
Sonra pansionatda yaşayan qadınlara 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyələr təqdim edilib. Pansionatın sakinləri onlara göstərilən diqqət və qayğıdan, pansionatda yaradılan şəraitdən razı qaldıqlarını bildirərək minnətdarlıqlarını ifadə ediblər. Tədbir musiqili-əyləncəli proqramla davam edib. Qeyd edək ki, Bilgəh Müharibə və əmək əlilləri üçün pansionatda hazırda 140 nəfər ahıl və əlil dövlət himayəsində yaşayır və onlardan 80 nəfəri qadındır.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58

