/ / “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və “Coca-Cola” şirkəti əməkdaşlıq müqaviləsi imzalayıblar
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi və “Coca-Cola” şirkəti əməkdaşlıq müqaviləsi imzalayıblar
28.02.2014 [09:19]
Fevralın 27-də “ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi ilə “Coca-Cola” şirkəti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.
AzərTAc xəbər verir ki, “Ağac əkək: Təbiətə pay verək” layihəsi çərçivəsində həyata keçirilən əməkdaşlıq damcı üsulu ilə suvarma sistemlərinin quraşdırılmasını və ölkəmizdə 2020-ci ilədək 100 minə qədər ağac əkilməsini nəzərdə tutur. Bu təşəbbüs Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəklənir. Azərbaycanda meşələr ölkə ərazisinin cəmi 11,4 faizini əhatə edir ki, bu da qəbul olunmuş qlobal standartlardan iki dəfə azdır. Meşələrin bərpa olunması nazirliyin gündəliyində duran prioritet sahələrdəndir.
Xarici işlər nazirinin müavini, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək, ölkəmizdə ekologiya sahəsində həyata keçirilən mühüm işlərdən danışıb. Rektor bildirib ki, layihənin əsas məqsədi ekosistemdən faydalanaraq ölkənin əvvəlcədən müəyyənləşdirilmiş ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa edilməsi ilə Azərbaycanda su ehtiyatlarının qorunması və artırılmasına nail olmaqdır. Rektor Hafiz Paşayev tədbiri yüksək qiymətləndirib, bu cür layihələrin gələcəkdə davam etdiriləcəyini diqqətə çatdırıb.
“Coca-Cola”nın Türkiyə, Qafqaz və Mərkəzi Asiya biznes bölməsinin prezidenti xanım Galya Molinas meşənin və suyun insan həyatındakı önəmini vurğulayaq deyib: “Biz “Coca-Cola” şirkəti olaraq, “Ağac əkək: Təbiətə pay verək” layihəsi vasitəsilə havanın çirklənməsi, su təchizatı və torpaq eroziyası kimi bir neçə ekoloji problemləri həll etməyə çalışırıq. Novruz bayramına az qalmış ağac əkmək bir ənənədir və biz bütün azərbaycanlılar tərəfindən sevilən bayram ərəfəsində bu layihəni həyata keçirməyə çox şadıq”.
“ADA” Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Sultanov məlumat verib ki, layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan istifadə olunacaq. Bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasını təmin edəcək. Su ehtiyatlarını qorumaq və bərpa etməklə yanaşı, ağaclar havanın çirklənməsinin qarşısını alır, kimyəvi dövriyyəyə, eləcə də planetdə suyun uzun müddət saxlanılmasına yardımçı olur, həmçinin ekosistem daxilində enerji axınını təmin edir.
Sonra universitetin həyətində ağaclar əkilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07

