Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib

Bakı Ali Neft Məktəbində “Açıq qapı” günü keçirilib

19.02.2014 [09:05]

Bakı Ali Neft Məktəbində (BANM) “Açıq qapı” günü keçirilib.
BANM-nin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, ali məktəbin tələbələrinin valideynləri ilə görüşdə rektor Elmar Qasımov bu təhsil ocağının fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, əldə etdiyi yüksək nailiyyətlərə görə BANM Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilmiş 2012/2013-cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində birinci sırada qərarlaşıb.
Qeyd olunub ki, ali təhsil ocağının əsas məqsədlərindən biri də tələbələrin nəzəri biliklərlə yanaşı, praktik təcrübəyə yiyələnmələridir.
Sonra valideynlərə 2013-2014-cü akademik ilinin ilk semestrinin yekunları barədə məlumat verilib.
Görüşdə valideynləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş:
Baxılıb: 2027 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31