Bakı məktəbliləri respublika və beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə ediblər
22.06.2026 [13:46]
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki paytaxt məktəbliləri müxtəlif respublika və beynəlxalq olimpiadalarda yüksək nəticələr əldə ediblər.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən bildirilib.
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən keçirilən Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının final mərhələsində 17 paytaxt məktəblisi uğur qazanıb. Nəticələrə əsasən, 1 nəfər qızıl, 7 nəfər gümüş, 9 nəfər isə bürünc medalın sahibi olub.
Paytaxt məktəbliləri tədris ili ərzində beynəlxalq olimpiada və müsabiqələrdə də uğurla çıxış edərək ümumilikdə 16 medal əldə ediblər. Şagirdlər riyaziyyat, fizika, informatika, biologiya, eləcə də elm və mühəndislik istiqamətləri üzrə ABŞ, Qazaxıstan və Özbəkistanda keçirilən nüfuzlu yarışlarda 6 gümüş və 10 bürünc medal qazanıblar.
Qazaxıstanın Almatı şəhərində təşkil olunan XXII Beynəlxalq Jautikov Olimpiadasında Bakı şəhəri Texniki-Humanitar Liseyinin şagirdi Məhəmməd Cəfərli və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Raiq Babazadə gümüş medal əldə ediblər. Riyaziyyat fənni üzrə 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fərhad İskəndər bürünc medala layiq görülüb.
Eyni olimpiadada informatika fənni üzrə Bakı Türk Anadolu Liseyinin şagirdi Əhməd Qəmbərli və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Əkbər Əhmədov gümüş medal, 157 nömrəli tam orta məktəbin şagirdi Həsən Vəliyev və akademik Zərifə Əliyeva adına liseyin şagirdi Fateh Əhmədzadə isə bürünc medal qazanıblar.
Özbəkistanda keçirilmiş İbn Sina adına 2-ci Beynəlxalq Biologiya Olimpiadasında 287 nömrəli “Zəkalar” liseyinin şagirdi Fidan Camallı və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Zivər Həsənova bürünc medal əldə ediblər. ABŞ-nin Arizona ştatının Feniks şəhərində təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisində Tofiq İsmayılov adına 6 nömrəli liseyin şagirdləri Banu İbrahimova və Mikayıl Əhmədbəyli bürünc medal qazanıblar.
İsveçdə keçirilən Avropa Fizika Olimpiadasında (EuPhO) Texniki-Humanitar Liseyin şagirdi Məhəmməd Cəfərli və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdi Raiq Babazadə bürünc medal əldə ediblər.
Rumıniyada təşkil olunan Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında isə Bakı Avropa Liseyinin şagirdi Eldar İskəndərov gümüş medal, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin şagirdləri Gülay Əlizadə və Şamil Abbasov isə müvafiq olaraq gümüş və bürünc medal qazanıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
22 İyul 13:25
Dünya
22 İyul 13:20
Sosial
22 İyul 13:09
YAP xəbərləri
22 İyul 12:51
Gündəm
22 İyul 12:50
Dünya
22 İyul 12:49
Analitik
22 İyul 12:42
Analitik
22 İyul 12:38
Dünya
22 İyul 12:35
Ədəbiyyat
22 İyul 12:32
Analitik
22 İyul 12:27
Sosial
22 İyul 12:25
MEDİA
22 İyul 12:20
Elanlar
22 İyul 12:01
İqtisadiyyat
22 İyul 12:01
Hadisə
22 İyul 12:00
Elm
22 İyul 12:00
Hadisə
22 İyul 11:59
YAP xəbərləri
22 İyul 11:54
Gündəm
22 İyul 10:52
YAP xəbərləri
22 İyul 10:50
YAP xəbərləri
22 İyul 10:44
Siyasət
22 İyul 10:34
Xəbər lenti
22 İyul 10:26
Xəbər lenti
22 İyul 09:48
Sosial
22 İyul 09:41
Xəbər lenti
22 İyul 09:23
Dünya
22 İyul 09:16
İdman
22 İyul 08:50
Xəbər lenti
22 İyul 08:42
Hadisə
22 İyul 08:27
Dünya
22 İyul 07:41
Xəbər lenti
22 İyul 07:40
Dünya
22 İyul 07:36
Dünya
22 İyul 07:00
Dünya
21 İyul 23:35
Dünya
21 İyul 22:47
Dünya
21 İyul 22:20
Gündəm
21 İyul 22:09
Dünya
21 İyul 21:50
Dünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
Siyasət
21 İyul 17:04
Siyasət
21 İyul 16:54
Siyasət
21 İyul 16:53
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Siyasət
21 İyul 15:59
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40

