Rəqəmsal transformasiya və Azərbaycan
13.03.2026 [10:19]
Qarşıdakı illər üçün yeni inkişaf mərhələsi
Müasir dünyada rəqəmsal texnologiyalar texniki yenilik olmaqla bərabər həm də iqtisadi inkişafın, dövlət idarəçiliyinin və milli təhlükəsizliyin əsas sütunlarından birinə çevrilib. Qlobal rəqabətin kəskinləşdiyi, texnoloji innovasiyaların iqtisadi gücü müəyyən etdiyi bir dövrdə dövlətlərin rəqəmsal transformasiyaya uyğun strategiyalar formalaşdırması həyati əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı” ölkənin gələcək inkişaf modelində mühüm mərhələ kimi qiymətləndirilə bilər.
Rəqəmsal inkişaf - iqtisadi artımın yeni lokomotivi
Son illər Azərbaycanda rəqəmsallaşma sahəsində mühüm nailiyyətlər əldə olunub. Elektron hökumət sistemlərinin genişləndirilməsi, rəqəmsal identifikasiya mexanizmlərinin tətbiqi və bulud texnologiyalarının inkişafı dövlət idarəçiliyində səmərəliliyi artırıb. Xüsusilə biometrik rəqəmsal imza sistemi olan SİMA platformasının tətbiqi milyonlarla istifadəçiyə elektron xidmətlərdən rahat istifadə imkanı yaradıb. Bununla yanaşı, “Hökumət buludu”nun yaradılması dövlət informasiya sistemlərinin daha təhlükəsiz və effektiv idarə olunmasına şərait formalaşdırıb. Bu addımlar nəticəsində Azərbaycan BMT-nin Elektron Hökumətin İnkişafı İndeksində irəliləyərək “çox yüksək inkişaf etmiş ölkələr” kateqoriyasına daxil olub. Lakin rəqəmsal iqtisadiyyatın inkişafı yalnız texnoloji infrastruktura deyil, innovasiya ekosisteminə, insan kapitalına və müasir idarəetmə modellərinə də əsaslanır. Bu səbəbdən yeni fəaliyyət planı məhz həmin istiqamətlərin kompleks şəkildə inkişafını nəzərdə tutur.
Müasir iqtisadi sistemdə məlumatlar strateji resurs kimi çıxış edir. Dövlət və özəl sektorun fəaliyyətində böyük verilənlərin təhlili qərarvermə prosesini daha dəqiq və səmərəli edir. Azərbaycanda da rəqəmsal inkişaf strategiyasının əsas istiqamətlərindən biri vahid məlumat idarəçiliyi modelinin tətbiqidir. Bu yanaşma dövlət orqanları arasında məlumat mübadiləsini optimallaşdıraraq “yalnız bir dəfə” prinsipini həyata keçirməyi nəzərdə tutur. Yəni vətəndaş və biznes subyektləri dövlət qurumlarına eyni məlumatı təkrar təqdim etməli olmayacaq. Nəticədə bürokratik prosedurlar azalacaq, xidmətlərin göstərilmə sürəti və keyfiyyəti artacaq. Bununla yanaşı, fəaliyyət planı innovasiya maliyyələşməsi sahəsində də yeni mexanizmlərin yaradılmasını nəzərdə tutur.
Qlobal texnoloji yarışın ən mühüm istiqamətlərindən biri süni intellekt texnologiyalarıdır. Generativ süni intellekt və böyük dil modelləri iqtisadiyyatın bütün sahələrində məhsuldarlığı artırmaq potensialına malikdir. Yeni fəaliyyət planında xüsusi vurğulanan məsələlərdən biri “suveren süni intellekt” konsepsiyasının inkişafıdır. Bu yanaşma ölkələrin öz milli məlumat resurslarına və texnoloji infrastrukturuna əsaslanan süni intellekt sistemləri yaratmasını nəzərdə tutur. Belə sistemlər dövlət idarəçiliyində qərarvermə proseslərini optimallaşdırmaqla yanaşı, informasiya təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə Azərbaycan dilində böyük dil modellərinin hazırlanması və yüksək performanslı hesablama infrastrukturlarına investisiyaların artırılması planlaşdırılır.
Rəqəmsal təhlükəsizlik və kibermüdafiə
Rəqəmsallaşmanın sürətlənməsi yeni təhlükələr də yaradır. Qlobal miqyasda kiberhücumların miqyası və mürəkkəbliyi artmaqdadır. Süni intellekt əsaslı hücumlar, təchizat zənciri riskləri və kritik informasiya infrastrukturlarına yönəlmiş təhdidlər dövlətlərin təhlükəsizlik gündəliyində əsas mövzulara çevrilib. Bu baxımdan fəaliyyət planı yalnız kibermüdafiə tədbirlərini yox, rəqəmsal dayanıqlılıq konsepsiyasını da ön plana çıxarır. Yəni kiberinsidentlər baş verdikdən sonra sistemlərin sürətli bərpası və risklərin effektiv idarə olunması üçün yeni mexanizmlərin yaradılması nəzərdə tutulur.
İnsan kapitalı və “istedad müharibəsi”
Yüksək texnologiyalar sahəsində ən ciddi problemlərdən biri ixtisaslı kadr çatışmazlığıdır. Süni intellekt, data analitikası, kibertəhlükəsizlik və proqram mühəndisliyi sahələrində mütəxəssislərə qlobal tələbat təklifi xeyli üstələyir. Bu səbəbdən fəaliyyət planında həm milli kadr potensialının inkişafı, həm də xarici mütəxəssislərin ölkəyə cəlb edilməsi üçün yeni mexanizmlər nəzərdə tutulur. “Rəqəmsal səyyah” vizası, çevik miqrasiya prosedurları və beynəlxalq əməkdaşlıq proqramları Azərbaycanda texnoloji ekosistemin güclənməsinə xidmət edəcək. Planın uğurlu icrası sayəsində qarşıdakı illərdə bir neçə strateji nəticə əldə olunması gözlənilir. Bunlara aşağıdakılar daxildir:
İKT sektorunun qeyri-neft ÜDM-də payının artırılması;
rəqəmsal məhsul və xidmətlərin ixracının genişləndirilməsi;
dövlət xidmətlərinin əhəmiyyətli hissəsinin proaktiv formada göstərilməsi;
innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi.
Bu hədəflər Azərbaycanın yalnız regionda deyil, daha geniş beynəlxalq məkanda rəqəmsal iqtisadiyyatın fəal iştirakçısına çevrilməsinə imkan yarada bilər.
Artıq rəqəmsal transformasiya XXI əsrin dövlət strategiyalarında əsas prioritetlərdən birinə çevrilib. Azərbaycan da bu qlobal prosesdən kənarda qalmayaraq rəqəmsal iqtisadiyyatın inkişafı üçün kompleks institusional və texnoloji baza formalaşdırmaqdadır. 2026-2028-ci illər üçün qəbul olunmuş fəaliyyət planı göstərir ki, ölkə yalnız mövcud texnologiyaları tətbiq etməklə kifayətlənmək niyyətində deyil. Məqsəd innovasiya yaradan, süni intellekt əsaslı texnologiyalar inkişaf etdirən və rəqəmsal suverenliyini təmin edən güclü bir dövlət modelinin qurulmasıdır. Beləliklə, rəqəmsal inkişaf strategiyası Azərbaycanın gələcək iqtisadi gücünün və idarəetmə səmərəliliyinin formalaşmasında həlledici rol oynayacaq.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

