Yolumuzu çəkənlər...
22.02.2025 [12:54]
Avtomobil yolları işçilərinin bayramıdır
Ölkənin inkişafında əhəmiyyət kəsb edən islahatlardan biri də yol infrastrukturunun qurulmasıdır. Yolların çəkilməsi, insanlar üçün rahat gediş-gəlişin təmin edilməsi həm də bir mədəniyyət nümunəsidir. Əbəs deyil ki, xarici ölkələrə səfərlərimiz zamanı ilk olaraq həmin ölkənin yollarına diqqət yetiririk. Hətta bəzi səyyahlar ölkənin mədəni və iqtisadi inkişafını yollarına görə təxmin edirlər.
Fevralın 22-si avtomobil yolları işçilərinin peşə bayramıdır. Bu gün Prezident İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.
Ölkəmizdə yol şəbəkəsinin inkişafı 19-cu əsrin ortalarından başlayıb. İlk avtomobillər isə ölkəmizə 20-ci əsrin əvvəlində gətirilib. Avtomobillərin sayının çoxalması şose yollarının tikilməsinə təkan verdi. 1918-ci ildə birinci yol tikintisi üzrə təşkilat yaradılıb. Təşkilatın 15 yük, 12 yolbasan və 4 qreyder maşını var idi.
Ölkə başçısının 2017-ci il 18 oktyabr tarixli 1638 nömrəli fərmanına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yaradılıb. Birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ildə 115 km təşkil edirdisə, hazırda artaraq 935.5 km olub.
AAYDA ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərinin avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpası işlərini yerinə yetirir. Agentliyin balansında ümumi istifadədə olan 17755 km uzunluqda avtomobil yolu var ki, bunun da 4538 km-i respublika əhəmiyyətli, 13217 km-i isə yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, agentlik tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrinin icrası uğurla davam etdirilib. Tikintisi aparılan uzunluğu 66,4 kilometr təşkil edən 39 avtomobil tunelindən, uzunluğu 47,9 kilometr təşkil edən 18 ədədində qazma işləri başa çatdırılıb.
Artıq 17-ci ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri hazırda ölkəmizdə gedən sosial-iqtisadi inkişafına dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır. Məlumdur ki, avtomobil yol işçiləri bir sıra beynəlxalq əhəmiyyətli yolların çəkilməsində də böyük əmək sərgiləyir.
Ölkənin avtomobil yolları və yol infrastrukturunun müasir səviyyədə yenidən qurulmasında əmək sərf edən yol işçilərini təbrik edir, onlara bu şərəfli fəaliyyətlərində uğurlar diləyirik.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46

