/ / Avropa İttifaqında istismar müddətini başa vurmuş avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minir
Avropa İttifaqında istismar müddətini başa vurmuş avtomobillərlə bağlı yeni qaydalar qüvvəyə minir
13.08.2026 [19:55]
Avropa İttifaqında təkrar emalı artırmaq və kritik xammal üzrə xaricdən asılılığı azaltmaq məqsədilə hazırlanmış istismar müddəti başa çatmış avtomobillərlə bağlı yeni qaydalar bu gündən qüvvəyə minir.
AZƏRTAC xəbər verir ki, “İstismar müddətini başa vurmuş avtomobillər haqqında Tənzimləmə” ilə avtomobil sektorunda resurslardan daha səmərəli istifadə edilməsi, qiymətli materialların bərpası və təkrar istifadəsinin artırılması, həmçinin avtomobillərin bütün həyat dövrü ərzində ekoloji göstəricilərinin yaxşılaşdırılması hədəflənir.
Tənzimləmə çərçivəsində avtomobillərin sökülməsini, ehtiyat hissələrinin yenidən istifadəsini və materialların təkrar emalını asanlaşdıracaq şəkildə layihələndirilməsi təşviq ediləcək.
Yeni qaydalar avtomobil istehsalında təkrar emal olunmuş materiallardan istifadəyə dair məcburi hədəfləri müəyyən edəcək.
Bu çərçivədə yeni avtomobillərdə istifadə olunan plastiklərin 2032-ci ildən ən azı 15, 2036-cı ildən isə 25 faizinin təkrar emal edilmiş materiallardan ibarət olması tələb ediləcək.
Aİ Komissiyası polad və alüminium üçün də 2033-cü ildən tətbiq olunması nəzərdə tutulan təkrar emal edilmiş material tərkibi üzrə hədəflər müəyyən edəcək.
Yeni qaydalarla istismar müddətinin sonuna çatmış avtomobillərin toplanması və izlənməsi ilə bağlı tələblər də sərtləşdiriləcək.
İstifadə olunan avtomobillərlə istismar müddətini başa vurmuş avtomobillərin bir-birindən fərqləndirilməsi üçün daha aydın meyarlar tətbiq ediləcək və avtomobillərin izlənəbilənliyi gücləndiriləcək.
İstismar müddətini başa vurmuş avtomobillərdən, xüsusilə, alüminium, mis və nadir torpaq elementləri kimi kritik xammalın daha çox bərpa edilməsinə yönəlmiş tədbirlər görüləcək.
Tənzimləmə çərçivəsində 2031-ci ilin ortalarından etibarən yalnız yollarda hərəkət etmək üçün yararlı olan avtomobillərin Aİ-dən kənara ixracına icazə veriləcək. Bununla da, utilizasiya edilməli vəziyyətdə olan avtomobillərin üçüncü ölkələrə göndərilməsinin qarşısının alınması nəzərdə tutulur.
Genişləndirilmiş istehsalçı məsuliyyəti sistemi ilə istehsalçıların bazara çıxardıqları avtomobillərin istismar müddəti başa çatdıqdan sonra onların toplanması və emal edilməsi xərclərinə töhfə vermələri təmin olunacaq.
Qeyd edək ki, Avropada hər il 10–12 milyon avtomobil istismar müddətini başa vurur və onlar tullantı kimi qiymətləndirilir.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30

