Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Aşqabadda nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoq aparılacaq

Aşqabadda nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoq aparılacaq

14.08.2026 [21:50]

Aşqabadda noyabrın 24-26-da keçiriləcək Beynəlxalq Logistika Forumu və Sərgisi (“ITTC – 2026”) Türkmənistan paytaxtını nəqliyyat-logistika məsələləri üzrə qlobal dialoqun mərkəzinə çevirəcək.

AZƏRTAC türkmən mediasına istinadla xəbər verir ki, “Beynəlxalq nəqliyyat və tranzit dəhlizləri: əlaqə və inkişaf” mövzusunda keçiriləcək tədbir Türkmənistan Yol Nəqliyyatı və Dəmir Yolu Nəqliyyatı nazirlikləri, “Türkmenhowaýolları” dövlət şirkəti, Türkmənistan Nəqliyyat və Logistika Mərkəzi və Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunacaq.

“ITTC – 2026” nəqliyyat və tranzit dəhlizlərinin, logistika infrastrukturunun, multimodal daşımaların və nəqliyyat sənayesinin rəqəmsallaşdırılmasının inkişafını müzakirə etmək üçün beynəlxalq platforma rolunu oynayacaq. Forumda dövlət qurumlarının, beynəlxalq təşkilatların, bizneslərin, investorların, logistika operatorlarının və texnologiya həlli təminatçılarının nümayəndələri bir araya gələcək.

Biznes proqramı Orta Dəhlizin və Xəzər dənizi üzərindən marşrutların inkişafına, rəqəmsal logistikaya, nəqliyyat infrastrukturuna investisiya imkanlarına, hava yük daşımalarına və dayanıqlı nəqliyyat həllərinə yönələcək. İlkin hesablamalara görə, tədbirdə 25-dən çox ölkədən 500-dən artıq nümayəndə, habelə 100-ə yaxın şirkət iştirak edəcək.

Forumda həmçinin B2B və B2G işgüzar görüşləri də keçiriləcək. İştirakçılara nəqliyyat və logistika sahəsində innovativ həllər təqdim etmək, yeni tərəfdaşlıqlar qurmaq və beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı veriləcək.

Forumda iştirak etmək üçün qeydiyyat artıq açıqdır. Müraciətlər https://türkmenistaninfo.gov.tm/en/news/ittc-2026-ashkhabad-s  veb-saytı vasitəsilə qəbul edilir.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31