Mobil qida
15.08.2026 [09:15]
Gözü, zəkanı korlayır, amma məcburi gələcək formalaşdırmaqdan yan keçməyəcək.
Əgər kağız qoxusu, müxtəlif əlfəcinlər, zövq formalaşdırmaq, “mənəvi qida” kimi digər çoxsaylı səbəblər insanı kitaba bağlamırsa, deməli, başqa zaman, başqa insanla üz-üzə qalmışıq. Mətnlər bir vaxt mağara divarlarından, daş kitabələrdən oxunurdusa, indi rəqəmsal ekranlardan oxucuya boylanır. Nə deyir, nə demirsə, kitabın sehrli kağız dövrü missiyası tarixə qovuşur. İndi əsas məsələ nə oxunur deyil, kim, necə, niyə oxuyur məsələsidir. Bir də, mətnlər nə deyir məsələsi... Oxuyan oxuyub nə dərk edir? Sonra hansı hisslər yaşayır? Oradan - mətndən aldıqları nədir, nəmənədir və necə təzahür edəcək?
Hələlik, ilkin araşdırmalar göstərir ki, smart kitab oxuyanlar qapalı böyüyür. Hərçənd, bu araşdırmalara inanmaq xeyli dərəcədə şübhəlidir. Elmi-statistik göstəricilər belə həssas ərazilərdə öz sayğaclarını qurub qurtaranacan iş işdən keçir. Gələcəyin kitabını təşkil edənlər isə yetişməkdə, böyüməkdədir...
İspaniyada rəqəmsal ekrandan və smartfondan kitab oxuyanlar barədə araşdırmalar mətbuatın gündəmini zəbt edib. Həkimlər, sosial mütəxəssislər ekran zərərini “təsir yerdəyişməsi” kimi xarakterizə edirlər. Yəni, biz təsir edə bilmirik, o - smartfon isə təsir edir. İş orasındadır ki, gələcək nəslə necə, nə cür, hansı üsullarla təsir etmək də başqa bir məsələdir. Ümumiyyətlə, təsir etmək olacaqmı, lazımdırmı? Bu suallar hələ də açıq qalır...
İspaniya Nevrologiya Cəmiyyəti ekranlara həddindən artıq bağlanmanın beyin əlaqələrinə zərər vurduğunu, diqqət və yaddaş mərkəzlərinin zəiflədiyini vurğulayır. Xüsusilə, qısa videolar və oyunlar beyində “ani mükafat” mexanizmini işə salır, bu da dözümsüzlük və dərindən mütaliə etmək kimi asta fəaliyyətlərə marağın azalmasına səbəb olur. Ekran arxasında keçən uzun saatlar real insan ünsiyyətini üstələdiyi üçün empatiya qabiliyyətini zəiflədir.
İspaniyada aparılan son tədqiqatlar rəqəmsal mühitdə mətnlərin kağız üzərindəki qədər dərindən qavranılmadığını və anlama qabiliyyətinin zəiflədiyini göstərir.
Bəlkə, bütün sirr bu “qavrama”, “anlama” “qabiliyyətlərinin azalması”nda deyil, mətnlərin mənasızlığında, inandırıcılığı və gücündə, qüvvəsindədir? Nəyi anlamaq? Niyə anlamaq? Bəlkə, problemi burada da axtarmaq lazımdır. Axı, bizə qədər gəlib çatan bütün mətnlərdə, az qala, sirr qoymamışıq...
İspaniyalı mütəxəssislər smartfonlarla yeni nəslin ünsiyyətini əks etdirən təzə bir ad da fikirləşib tapıblar - “rəqəmsal qida” (tərcümə şərtidir-M.N.). Yaxşı deyiblər. Biz tərəflərdə isə bu, daha çox mobil qida kimi təzahür edir...
Bəlkə, əsas məsələ smartfon deyil, uşaqlara verdiyimiz süni yeməyin tərkibindəki inqredientlərdir? Yemək bir yana, oxuduqları mətnlər necə - görəsən, mobil qida onlara hansı “mənəvi qida”nı ötürür?
Məqsəd Nur
Xəbər lenti
Hamısına baxDünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25

