Azərbaycan dilinin rəqəmsal mühitdə qorunmasında vikipediyanın rolu
13.08.2026 [13:20]
Azərbaycan dilinin rəqəmsal mühitdə qorunması və inkişaf etdirilməsi istiqamətində vikipediyanın Azərbaycan dili bölməsinin imkanları genişdir. Gündəlik olaraq çoxsaylı istifadəçinin müraciət etdiyi platformada Azərbaycan dilində məqalələrin hazırlanması və yayılması dilin internet məkanında istifadəsini genişləndirir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Mərkəzi Elmi Kitabxanasının Elektron resurslar şöbəsinin baş mütəxəssisi, vikipediya üzrə mütəxəssis Xəyalə Məmmədli söyləyib. Onun sözlərinə görə, Azərbaycan dilində vikipediya internet istifadəçiləri, xüsusilə gənclər üçün Azərbaycan dilində ensiklopedik məlumatların əlçatanlığını artıran mühüm platformalardan biridir. Məqalələrin hazırlanması zamanı dil qaydalarına riayət olunmasına diqqət yetirilir. Hazırlanmış materiallar sonradan müəlliflər və digər istifadəçilər tərəfindən nəzərdən keçirilərək aşkar edilən orfoqrafik və texniki səhvlər aradan qaldırılır. Məqalələrin keyfiyyətinin artırılmasında müxtəlif sahələrin mütəxəssisləri iştirak edirlər. Uzun müddət əvvəl hazırlanmış məqalələrin sonradan yenidən nəzərdən keçirilməsi və təkmilləşdirilməsi də mümkündür. Bu baxımdan, vikipediyanın açıq və kollektiv redaktə prinsipi Azərbaycan dilində yayımlanan məlumatların daim yenilənməsinə imkan yaradır. Xarici terminlərdən istifadə zamanı Azərbaycan dilinin mövcud qaydaları və qəbul olunmuş terminoloji normalar əsas götürülür. Terminlərdə yanlışlıq aşkarlandıqda isə onlar dilçilər və müvafiq sahənin mütəxəssisləri tərəfindən düzəldilə bilər.
Ümumilikdə, vikipediyanın Azərbaycan dili bölməsi rəqəmsal məkanda Azərbaycan dilində keyfiyyətli və əlçatan məlumat bazasının formalaşmasına, dilin internetdə istifadə dairəsinin genişlənməsinə və Azərbaycan dilində informasiya əldə edən gənc nəslin sayının artmasına mühüm imkan yaradır. Platformada Azərbaycan dilində yeni məqalələrin hazırlanması, mövcud materialların mütəmadi yenilənməsi və istifadəçilər tərəfindən redaktə olunması dilin rəqəmsal mühitdə daha fəal istifadəsinə şərait yaradır. Eyni zamanda, müxtəlif sahələr üzrə elmi, tarixi, mədəni və ictimai məlumatların Azərbaycan dilində təqdim edilməsi milli informasiya resurslarının zənginləşməsinə xidmət edir. Bu baxımdan, vikipediyanın Azərbaycan dili bölməsi həm Azərbaycan dilində məlumatların əlçatanlığının artırılması, həm də dilin internet məkanında mövqeyinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44

