Qusarda festivalda 70-dən çox meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib
14.08.2026 [15:25]
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar Biznes Festivalı” və “I İntensiv Meyvə Bağları Festivalı” keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivalın əsas məqsədi meyvəçilik sahəsində müasir texnologiyaların və innovativ yanaşmaların tətbiqinin təşviq edilməsi, intensiv bağçılığın inkişaf perspektivlərinin nümayiş etdirilməsi, fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, qabaqcıl təcrübələrin bölüşdürülməsi və aqrar sahədə fəaliyyət göstərən subyektlər arasında əməkdaşlığın genişləndirilməsidir.
Qusar Rayon Mərkəzi Meydanında keçirilən tədbirdə intensiv meyvə bağlarının salınması və becərilməsi ilə məşğul olan təsərrüfat subyektləri, meyvəçilik təsərrüfatları, aqrar sahədə fəaliyyət göstərən şirkətlər, fermerlər və sahibkarlar iştirak ediblər.
Festivalın açılışında çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun aqrar potensialı, xüsusilə meyvəçilik sahəsində mövcud imkanlar barədə məlumat verib. Qeyd olunub ki, Qusar rayonu əlverişli təbii-iqlim şəraiti, torpaq ehtiyatları və formalaşmış kənd təsərrüfatı ənənələri ilə meyvəçiliyin, o cümlədən intensiv bağçılığın inkişafı üçün geniş imkanlara malikdir.
Kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın əsas hədəflərinə toxunub. O, meyvəçilik sahəsinin aqrar sektorun mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bu sahədə intensiv istehsalın genişləndirilməsinin, müasir suvarma sistemlərinin və innovativ texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Dövlət Proqramında meyvəçilik təsərrüfatlarının inkişaf etdirilməsi, istehsalın səmərəliliyinin və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və sahənin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində mühüm hədəflər müəyyənləşdirilib.
Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov festivalın aqrar sahədə bilik və təcrübə mübadiləsi, müasir texnologiyaların və innovativ yanaşmaların nümayişi baxımından əhəmiyyətini qeyd edib. Bildirilib ki, bu cür tədbirlər fermerlər, sahibkarlar və aqrar sahədə fəaliyyət göstərən şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə və yeni biznes əlaqələrinin qurulmasına imkan yaradır.
Festival çərçivəsində ölkənin müxtəlif bölgələrindən 70-dən artıq meyvəçilik təsərrüfatı subyekti, fermer və sahibkar iştirak edib. Təmsil olunan təsərrüfatların meyvə bağlarının ümumi sahəsi 10 min hektara yaxın olub.
Hazırda ölkə üzrə meyvəçilik təsərrüfatlarının ümumi sahəsi 50 min hektar təşkil edir. Dövlət Proqramına əsasən, bu göstəricinin 2030-cu ilədək 70 min hektara çatdırılması hədəflənir.
Tədbir çərçivəsində Dövlət Proqramının əsas hədəf və istiqamətlərini əks etdirən məlumatlandırıcı posterlər də nümayiş etdirilib.
Festival çərçivəsində “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi də keçirilib. Paneldə Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Biznesinin İnkişafı Fondunun, Aqrar Sığorta Fondunun və “Unibank” MMC-nin nümayəndələri iştirak ediblər. Müzakirə zamanı fermer və sahibkarların dövlət dəstəyi mexanizmlərindən, maliyyə resurslarından və aqrar sığorta xidmətlərindən yararlanma imkanları barədə məlumat verilib.
Festival aqrar sahədə dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi, regionlarda aqrar biznes mühitinin inkişaf etdirilməsi, müasir texnologiyaların tətbiqinin təşviqi və intensiv meyvəçilik sahəsində qabaqcıl təcrübələrin yayılması baxımından əhəmiyyətli platforma olub.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20

