Doğru zamanda, düzgün dozada...
06.02.2025 [08:42]
Antibiotiklərdən istifadə qaydaları...
Soyuq havalarda mövsümi xəstəliklərin sayı artır. Həkimlər qış aylarında xəstəliklərə yoluxma ehtimalını azaltmaq üçün orqanizmə ciddi qulluq etməyi məsləhət görürlər. Bununla yanaşı, immuniteti gücləndirmək üçün A və C vitaminləri ilə zəngin olan meyvə-tərəvəz, süd-qatıqla qidalanmaq məsləhətdir. Ümumiyyətlə, qışda qidalanmaya xüsusi diqqət göstərmək vacib şərtdir.
Xəstəliyə yoluxanların əksəriyyəti isə əlacı ən asan yolda-antibiotiklərdə görürlər. Bəzən insanların əksəriyyəti, bilmədən, kor-koranə şəkildə antibiotiklərin istifadəsinə yol verirlər. Lakin bu durum kifayət qədər təhlükəlidir.
Hazırda antibiotiklərin 60 növü istifadə olunur
Qeyd edək ki, 20-ci əsrin ən böyük kəşfi olan antibiotiklər aşkar edilənə qədər infeksion xəstəliklər milyonlarla insanın ölümünə səbəb olurdu. İndiyə qədər 4 mindən çox antibiotik kəşf edilib, 200 növ antibiotik hazırlanıb. Amma hazırda onlardan cəmi 60-ı istifadə olunur. Bunun səbəbi isə mikrobların özlərini antibiotiklərin hücumundan qorumaq üçün onlara qarşı davamlılıq yaradıb antibiotiki parçalayan ferment hazırlamasıdır. Ən pisi də ondan ibarətdir ki, daim bir-biri ilə cütləşən bu mikroblar antibiotiklərə qarşı davamlılığı bir növdən digərinə də ötürürlər. Buna görə mütəxəssislər daim yeni növ antibiotiklər hazırlamağa məcbur olurlar.
İlk antibiotik olan penisillin hazırda öz əhəmiyyətini demək olar ki, tamamilə itir. Buna səbəb isə əksər mikrobların penisillini parçalayan fermenti hazırlamaqla, özlərini ondan qoruya bilməsidir.
Səhv davranış...
Antibiotikləri doğru zamanda düzgün dozada istifadə etmək lazımdır. Əks halda bağırsaq florasında ciddi pozulmalar baş verir. Bu vəziyyət insanın immun sisteminin çökməsinə və xroniki xəstəliklərin yaranmasına da şərait yaradır. Antibiotik istifadəsi nəticəsində əvvəllər mövcud olmayan xəstəliklərin yaranmasının əsas səbəbi budur.
Göbələk riski...
Adətən insanlar yüksək dozada antibiotik qəbul etdikdən sonra göbələk xəstəliyinə yoluxmaqdan narahat olurlar. Buna görə də istər həkim tövsiyəsi ilə, istərsə də öz qərarları ilə müxtəlif dərman preparatları ilə birgə göbələk əleyhinə dərmanlardan da istifadə edirlər. Əksər hallarda antibiotik istifadəsinin üçüncü günündən başlayaraq bəzi həkimlər də göbələk əleyhinə dərmanların istifadəsini tövsiyə edirlər. Səbəb olaraq bildirilir ki, bu preparatlar həm bədəndə olan zərərli mikrobları, həm də xeyirli hesab edilən mikrobları da məhv edə bilir. Belə olduqda pasiyentlərdə xəstəliyin ardından müxtəlif narahatlıqlar, göbələk kimi problemlər yarana bilir. Elə buna görə də həkim nəzarəti olmadan antibiotik istifadəsi məsləhət görülmür.
Həkim təyinatı olmadan...
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan həkim Şahvələd Məmmədov bildirib ki, antibiotik insan orqanizmində hər hansı bir bakterial infeksiya baş verən zaman istifadə olunur: “İstifadə zamanı antibiotiklər patogen, yəni zərərli bakteriyalarla yanaşı, eyni zamanda bağırsaq florasındakı faydalı bakteriyaları da məhv edir. Bunun nəticəsində insanda qarın ağrısı, qusma, ishal, nadir hallarda qəbizlik baş verə bilər. Ona görə də antibiotikləri həkim təyinatı olmadan istifadə etməməliyik”.
Ş.Məmmədovun sözlərinə görə, antibiotiklərin istifadəsi zamanı bakteriyaların divarına, zülal sintezinə, nuklein turşularına antiotik təsir olur: “Bu zaman antibiotikin orqanizmə müxtəlif mənfi təsirlərinin şahidi olmaq mümkündür. Ona görə də uşaqlara antibiotik vurularkən diqqətlə yanaşmaq lazımdır. Çünki böyüyən orqanizmə düzgün olmayan dozada seçilmiş antibiotik mənfi təsir edə bilər”.
Qaraciyər və böyrək zədələnmələrinə səbəb ola bilər
Həkim qeyd edib ki, antibiotiklər böyrək və qaraciyər vasitəsilə orqanizmdən xaric olunur. Ona görə də yaşlılarda və xroniki xəstələrdə buna xüsusi diqqət yetirmək lazımdır: “Antibiotiklərin qəbulu həkim nəzarəti olmadan icra edilməməlidir. Əks halda orqanizmdə qaraciyər və böyrək zədələnmələrinə gətirib çıxara bilər. Xüsusilə körpələrdə ən yaxşı antibiotikin ana südü olduğu unudulmamalıdır. Ümumilikdə isə mümkün olduğu qədər az antibiotik istifadə etməyə, yalnız həkimin məsləhət gördüyü dozada və müddətdə qəbul etməyə diqqət yetirilməlidir”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

