ABŞ və Fransa yenə də səhv edirlər...
01.03.2024 [10:35]
Cənubi Qafqazın aparıcı ölkəsi - Azərbaycan ilə işləməlidirlər
Azərbaycan yürütdüyü çoxvektorlu xarici siyasət xəttinə uyğun olaraq dünyanın siyasi xəritəsində yer alan bütün ölkələrlə, eyni zamanda beynəlxalq təşkilatlarla yaxın və ikitərəfli əlaqələrin qurulmasında maraqlı olub. Təbii ki, burada Ermənistan kimi işğalçı və terrorist zehinli dövlət istisna təşkil edir. Ermənistan kimi təcavüzkarlığı dövlət siyasəti halına gətirən bir ölkənin demokratik dünyanın bir parçası olmağa iddia etməyə hətta mənəvi haqqı çatmır. 30 il ərzində erməni işğalının aradan qaldırılması üçün beynəlxalq müstəvidə iş aparan Azərbaycan isə qeyri-adekvat münasibətlə üz-üzə qaldı - qlobal nizamın “ikili standart” şərtləri özünü vasitəçi kimi önə çıxaran dövlətlərə nəinki təcavüzkarı və işğalçını qınamağa “imkan vermədi”, əksinə, hətta bəzi məqamlarda “əlindən gələn köməyi” belə göstərəcək mənzərələr formalaşdırdı. 2020-ci Vətən müharibəsinin nəticələri isə geosiyasi və geocoğrafi mənzərədə yeni reallıqlar ortaya çıxardı. Artıq Azərbaycan öz gücü ilə işğal faktını aradan qaldırmış, BMT TŞ-nın məlum 4 qətnaməsinin, eləcə də digər əsaslı beynəlxalq qətnamələrin icrasını özü təmin etmişdi. İşğal faktının bitməsi isə yeni reallıqda hansısa vasitəçiyə də ehtiyac saxlamadı - beləcə ATƏT-in Minsk qrupu həmsədrliyi institutu təbii yolla prosesdən kənarda qaldı.
Yeni reallıqlar...
Hazırki dövrdə ortaya çıxan reallıqlar yeni perspektiv yaradıb. Azərbaycan bütövlükdə bölgənin gələcəyi üçün olduqca əlverişli zəmin formalaşdırıb. İşğal faktının və separatizmin aradan qaldırılması:
- Bölgədə iqtisadi intensivliyin daha da yüksəldilməsi üçün qlobal platforma təşkili imkanı yaranıb;
- Cənubi Qafqaz qlobal ticari münasibətlər sisteminə yeni sima ilə daxil olur;
- Şərq-Qərb tranziti üzrə sabit və stabil, effektiv və rentabelli yeni xətt “istifadəyə hazır” vəziyyətə gətirilir;
- Region həm də qlobal sabitlik üçün yeni nümunə kimi çıxış edir - yaradılacaq əməkdaşlıq platformaları qarşı qütbləri iqtisadi maraqlar üzərindən tərəfdaşlığa cəlb edir.
Təəssüflər olsun ki, bu qədər mühüm geostrateji üstünlüklərin və imkanların yaradılması bəzi dövlətlər tərəfindən adekvat qiymətləndirilmir. Ermənistanın əli ilə regionda özü üçün “maraq və təsir dairəsi” yaratmaq istəyənlər isə yenə də səhv edirlər...
Vəziyyət onların planlaşdırdığı kimi olmayacaq
Bəli, Fransa və ABŞ-ın apardığı anti-Azərbaycan siyasətinin kökündə bir neçə amil dayanır - son 3 ildə əldə olunan nailiyyətlər, zəfərlər Azərbaycanın müstəqil dövlət siyasəti yürütməsinin bariz nəticələridir. ABŞ və Fransa güclü, suveren, müstəqil Azərbaycan dövlətini qəbul edə bilmir - onlar Ermənistan kimi müti, qorxaq və “əl-pəncə” əmrə müntəzir dayanan ölkələri “xoşlayırlar”. Bu tip ölkələr üzərindən ABŞ kimi, Fransa kimi dövlətlər öz maraqlarını daha rahat şəkildə təmin etmək imkanı qazanırlar. Amma Azərbaycan bu gün Cənubi Qafqazın lider dövləti, Qoşulmama Hərəkatına uğurla sədrlik etmiş ölkə kimi dünyanın siyasi palitrasında özünəməxsus yerə və nüfuza malikdir. Azərbaycan xarici siyasətinin istiqamətlərini, eləcə də hərbi-strateji hədəflərini özü müəyyənləşdirir. Azərbaycan üçün hər bir dövlətlə əlaqələr milli maraqlara əsaslanır - təbii ki, bu da, ABŞ və Fransa kimi dövlətlərin mənafeyinə uyğun gəlmir.
Prezident İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edən zaman bildirib ki, otuzillik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək: “Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdilər. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər”.
Azərbaycan olmadan...
Beləliklə, ABŞ və Fransa bir reallığı anlamalıdır - Azərbaycan bölgənin iqtisadi-siyasi mərkəzi, hərbi lideri, tənzimləyici amilidir. Dövlətimizin apardığı siyasi kurs, yürütdüyü siyasi xətt şəffaf və ortadadır - Azərbaycan hər zaman ədalətin və haqqın tərəfdarı olub. Bütün addımlarımızda da haqqa və beynəlxalq hüquqa istinad etmişik. ABŞ və Fransa anlamalıdır və qəbul etməlidir ki, Azərbaycan regionun əsas ticari oyunçusudur. Yeni iqtisadi münasibətlər sisteminin ana arteriyasının Cənubi Qafqaz hissəsi Azərbaycanın yaratdığı yeni reallıqlara əsaslanır. Bir sözlə, ABŞ və Fransanın Azərbaycan olmadan nə Cənubi Qafqazda, nə Mərkəzi Asiyada, nə də yaxın regionda siyasət aparması mümkünsüzdür...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

