Paşinyan istefa versə...
06.10.2023 [11:21]
Ermənistan müxalifəti “gözləməli olacaq”
Son günlərdə Ermənistanın daxili siyasətinin ən “aktual mövzusu” baş nazir Nikol Paşinyanın siyasi taleyi ilə bağlı “proqnozlardır”. Belə ki, bəzi siyasi təhlilçilər beynəlxalq müstəvidə verilən bəzi qərarların müzakirəsi fonunda Paşinyan hakimiyyətinin qısa zamanda sona yetəcəyinə “əmindir”. Həmin qism siyasətçilər daha çox Roma Statutunun qəbul edilməsi məsələsinin Paşinyana “baha başa gələcəyini” düşünür. Bundan başqa, erməni baş nazirin Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etməsi də onun hakimiyyəti üçün “təhlükə” kimi xarakterizə olunur.
Kontur-arqumentlər də eyni nəticəyə istinad edir
Maraqlıdır ki, bu kimi “arqumentlərə qarşı” “kontur - arqument” səsləndirən dairələr də Paşinyanın siyasi hakimiyyətinin sona yetmə ehtimalını irəli sürür- sadəcə olaraq, onların istinad etdikləri məqamlar daha fərqlidir. İkinci qism iddiaçılar “Qərblə yaxınlaşma” siyasətinin Paşinyanın siyasi fiaskosunu yetişdirmədiyi qənaətindədir. Daha açıq ifadə etsək, Paşinyanın Ermənistanı Fransanın “arxa bağçası”na çevirmə istiqamətində “sürətli hərəkətləri”, regionda Qərb maraqlarının təmini üçün şərait yaratması, hətta Qərb tərəfindən silahlandırılması onun siyasi sonunu daha da tezləşdirir.
Vəziyyət daha pis olacaq...
Baş nazir Paşinyan da hakimiyyətdən getmə imkanlarını və perspektivlərini araşdırmaqdadır. Bunun nəticəsidir ki, o, özü məsələyə münasibət bildirib. Nikol Paşinyan hansı halda istefa verə biləcəyini açıqlayıb. “Sputnik Armenia”nın yazdı?ına görə, o, ölkənin bütün təhlükəsizlik problemlərinin həll olunacağına əmin olduğu təqdirdə, istefa verə biləcəyini deyib. “Bütün analizlər onu göstərir ki, istefa olarsa, vəziyyət daha da pis olacaq”, - Paşinyan parlamentdə qeyd edib.
Paşinyanın fikrincə, indiki halda Ermənistanda hakimiyyət dəyişikliyi mənfi fəsadlara yol aça bilər - təbii ki, bu erməni baş nazirin şəxsi fikridir. Siyasi proseslərin inkişafı nəyi göstərir? - bunun təhlilə ehtiyacı var...
Paşinyanın müxalifətə “mesajı”Ötən ilin oktyabrında ilk dəfə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi Paşinyanın sülh danışıqları ilə bağlı müsbət yanaşmada olduğunun göstəricisi kimi qiymətləndirilirdi. Sonrakı mərhələdə Alma-Ata Bəyannaməsinə istinad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün detallı şəkildə tanınması, bununla da Qarabağın Azərbaycan torpağı olduğunun təsdiqlənməsi Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi üçün müəyyən “töhfə” də sayıla bilər. Paşinyan bu yolla illərdir ki, regionda sülhə mane olan, bununla belə “ermənilərin qorxulu röyası” sayılan Qarabağın Azərbaycan torpağı olması etirafını dilə gətirmiş oldu. Bu nələrə yol açdı - Paşinyan bununla Ermənistanın sonuncu “saman çöpündən” yapışdığını hər kəsə göstərdi. O, reallığı görür və qiymətləndirir - Azərbaycanla sülhdən başqa çıxış yolunun olmadığını etiraf edir. Bunun üçün isə Azərbaycanın bir ildən artıqdır ki, irəli sürdüyü şərtləri yerinə yetirməli idi.
Onun siyasi kürsüdən “təhlükəsizliyin təmin olunmasından” sonra qalxacağı ilə bəyanatı isə müxalifətə mesajdır - Paşinyan Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə ölkəsi adından özü “imza atmaq” atmaq istəyir. Bu, bir daha bəzi faktları təsdiqləyir - erməni baş nazir dərk edir ki, Ermənistanın iqtisadi, sosial, hətta siyasi təhlükəsizliyi bölgədə sülhə və barışa imza atmaqla təmin oluna bilər...
SADİQ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

