Ermənilər ABŞ-dan dəstək istəyir
20.04.2023 [10:36]
İşxan Saqatelyanın ABŞ-a səfəri və ANCA-da görüşlər keçirməsi bu məqsədə xidmət edir
Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan ABŞ-a səfər edərək Amerika Erməniləri Milli Konqresində (ANCA) görüşlər keçirib. Saqatelyan səfər zamanı Azərbaycan əleyhinə yeni addımların atılmasını müzakirə edərək ANCA-dan, bütövlükdə, ABŞ-dakı erməni diasporundan dəstək istəyib. Belə ki, görüşlərdə “907-ci düzəliş”in saxlanması, eləcə də ABŞ-n Azərbaycana hərbi yardımının dayandırılması və ölkəmizə sanksiya tətbiq edilməsi kimi məsələlər müzakirə olunub. Qeyd edək ki, ANCA erməni diasporunun ABŞ-dakı ən güclü təşkilatıdır və lobbinin fəaliyyətinin koordinasiyası ilə məşğuldur. Təşkilatın Amerikanın, eləcə də Avropanın bir çox şəhərlərində ofisləri fəaliyyət göstərir. Digər erməni təşkilatları ilə birgə uydurma “erməni soyqırımı”nın tanınması məqsədi ilə kampaniyalar təşkil edir və müxtəlif lobbiçilik fəaliyyəti ilə məşğul olur. 1999-cu ildə komitənin sədri Murad Topalyan terror aktlarının təşkilinə və qanunsuz silah-sursat saxlamasına görə, ABŞ hüquq-mühafizə orqanları tərəfindən həbs olunub.
ANCA-nın Azərbaycana qarşı “yeni layihəsi”
Hazırda ANCA-nın fəaliyəti əsasən üç istiqamətdə təşkil olunub. Birincisi, Ermənistana və Qarabağ separatçılarına maddi və siyasi yardım göstərməkdir. İkincisi, ABŞ prezidentinə və siyasi elitasına təsir göstərərək uydurma “erməni soyqırımı”nı tanıtmaq və Türkiyədən təzminat alınmasına nail olmaqdır. Üçüncüsü isə Azərbaycana qarşı olan istiqamətdir. Burada təşkilatın məqsədi Qarabağ məsələsində ermənilərin guya doğru mövqedə olmasını ABŞ və dünya ictimaiyyətinə qəbul etdirmək, Azərbaycana qarşı aparılan informasıya müharibəsinin təşkilinə kömək və onu maliyyələşdirməkdir. Qeyd edək ki, 1992-ci ildə ABŞ Konqresində Azərbaycana qarşı “907-ci düzəliş”in qəbul olunmasında da ANCA-nın rolu böyük olmuşdu. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi və beləliklə, həmin düzəliş icrası xeyli müddətdir dayandırılıb.
Qeyd edək ki, ANCA “Daşnaksütyun” partiyası ilə sıx əlaqələrə malikdir. İşxan Saqatelyanın Birləşmiş Ştatlara səfər edərək təşkilatın baş ofisində görüşlər keçirməsi də bu əlaqələrin göstəricisidir. Əvvəllər İ.Saqatelyan erməni cəmiyyətində ruspərəst mövqeyi ilə tanınıb. Sonradan isə qərbyönümlülərə tərəf keçməyi qərara alıb. Müxalifətin baş nazir Nikol Paşinyana qarşı əsas alternativ kimi təqdim etməyə çalışdığı Saqatelyanın son zamanlar Qərbə, Avropaya səfərlərini artırması da erməni diasporundan özünə dəstək qazanmaq istəyinin təzahürüdür.
Həmin şəxsin ABŞ-a son səfərində Azərbaycana qarşı yeni kampaniyaların təşkil edilməsi də əsas yer tutur. Xatırladaq ki, fevral ayında erməni diasporu və lobbisinin səyi nəticəsində ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim edilib. Qətnamədə ölkmizə qarşı sanksiyaların tətbiq olunması, “Azərbaycanın məsuliyyətə cəlb edilməsinin zəruriliyi” də vurğulanıb. ABŞ-ın Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmaq və Azadlığa Dəstək Aktının 907-ci maddəsini tətbiq etmək də layihədə əksini tapır. Hələ ki, ABŞ Konqresində bu qətnamə layihəsinə nə vaxt baxılacağı məlum deyil. Laki? ermənilər və onların havadarları sənədin tezliklə müzakirəyə çıxarılmasına çalışır.
Əgər ölkəmizə qarşı hansısa qərarlar qəbul olunsa...
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən politoloq Ramiz Alıyev bildirib ki, ABŞ-da erməni diasporu və lobbisi müəyyən siyasi dairələrə təsir edə bilir. Onun sözlərinə görə, erməni lobbisinin Qərbdə ən çox çirkli əlaqələr qurduğu siyasətçilər ABŞ-dadır. Dəfələrlə ANCA tərəfindən ölkəmizə qarşı əsassız kampaniyalarda ABŞ konqresmenləri alət kimi istifadə edilib. Erməni lobbisi bütün dövrlərdə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışıb. Hələ Ermənistanın 30 illik işğalçı siyasəti dövründə də erməni lobbisi konqresmenlərin vasitəsilə ölkəmiz haqqında mənfi rəy formalaşdırmağa cəhd göstərib. Halbuki, işğaldan əziyyət çəkən məhz Azərbaycan dövləti və xalqı idi. “907-ci düzəliş” məhz belə bir dövrdə qəbul edilmişdi.
Politoloq qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edildikdən sonra dünya erməniliyi müstəqil Azərbaycana qarşı növbəti qara piara start verib: “Hazırda Laçın yolunda ekofəalların dinc aksiya keçirməsindən də erməni lobbisi özünün çirkin siyasi məqsədləri üçün istifadə etməyə çalışır. ABŞ Nümayəndələr Palatasına təqdim edilən məlum qətnamə layihəsi də buradan qaynaqlanır. Düşünürəm ki, ABŞ beynəlxalq hüquq normalarına və bəşəri dəyərlərə hörmət edirsə, həmin layihə Nümayəndələr Palatasında qəbul olunmamalıdır. Vaxtilə qəbul edilmiş 907-ci düzəliş də erməni lobbisinin bir layihəsi idi. Artıq xeyli müddətdir ki, həmin maddənin tətbiqi dayandırılıb. ABŞ tərəfi belə bir səhvləri təkrarlamamalıdır. Əks halda, özünün imicinə zərbə vurmuş olacaq”. R.Alıyevin fikrincə, İ.Saqatelyanın ABŞ-a səfər edərək ANCA-da görüşlər keçirməsi, ölkəmizə qarşı növbəti çirkin planlar həyata keçirmək istəyi reallaşmayacaq: “Təbii ki, ABŞ-da Azərbaycanın da dostları var. Azərbaycan diplomatiyası bu yöndə işlər aparacaq. Dövlətimiz, eləcə də diasporumuz çalışır ki, ermənilərin çirkin kampaniyalarının qarşısı alınsın. Məlumdur ki, ABŞ Cənubi Qafqazda sülhün və sabitliyin təmin olunması üçün Azərbaycan və Ermənistanla fəal iş aparır. Əgər rəsmi Vaşinqtonun vasitəçiliyinin davam etməsi şəraitində ABŞ Azərbaycana qarşı hansısa qərar qəbul edərsə, rəsmi Bakı tərəfindən onun vasitəçiliyindən imtina edilməsi ilə nəticələnə bilər. Necə ki, məlum səbəblərdən dövlətimiz Fransanın vasitəçiliyindən imtina edib”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

