Regiondakı proseslər ABŞ-ın diqqətindədir
19.04.2023 [10:10]
Ceyhun Bayramovla Derek Hoqanın telefon danışığında Ermənistanla Azərbaycan arasında sülh gündəliyi müzakirə mövzusu olub
Nardar BAYRAMLI
Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin təmin olunması, o cümlədən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsi beynəlxalq birliyin diqqət mərkəzindədir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan arasında son telefon danışığında da bu mövzu diqqət mərkəzində olub. Belə ki, aprelin 17-də Ceyhun Bayramovla Derek Hoqan arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, regionda cari vəziyyət, o cümlədən Ermənistanla Azərbaycan arasında sülh gündəliyi müzakirə mövzusu olub.
Ermənistan sərhəd keçid məntəqəsinin yaradılmasına qarşı çıxır
Nazir Ceyhun Bayramov Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələr üzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğundan bəhs edərək, münasibətlərin inkişafında qarşılıqlı təmasların əhəmiyyətini qeyd edib. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Ermənistan tərəfindən törədilən davamlı hərbi-siyasi təxribatların Azərbaycanın sülh və quruculuq səylərinə xələl gətirdiyini diqqətə çatdırıb. Bu xüsusda, Ermənistanın hələ də silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmadığını, Azərbaycanın erməni sakinlərin reinteqrasiyasiya səylərinə maneçilik törətdiyi, Laçın yolundan sui-istifadənin qarşısını almaq məqsədilə sərhəd keçid məntəqəsi yaradılması təklifinə qarşı çıxdığı barədə məlumat verilib. Ermənistan tərəfindən atılan qeyri-konstruktiv addımlara baxmayaraq, Azərbaycanın sülh gündəliyinin irəli aparılması istiqamətində səylərin davam etdirilməsində qərarlı olduğu bildirilib.
ABŞ sülh prosesinə dəstək verməyə hazırdır
Derek Hoqan isə bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu bildirib. ABŞ-ın sülh prosesinə dəstək verməyə hazır olduğunu diqqətə çatdırıb. Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Son zamanlar ABŞ Cənubi Qafqaz siyasətində fəallığını artırıb. Bu ölkənin rəsmilərinin mütəmadi olaraq regionda təmasları davam etdirməsi ABŞ-ın regionla bağlı mövqeyinin göstəricisidir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, regionda təhlükəsizlik və əməkdaşlığa önəm verən bir ölkə kimi tanınır. Bu baxımdan, ABŞ rəsmilərinin Azərbaycanla təmaslarını artırması regionda sülhün təmin olunması baxımından əhəmiyyətlidir. ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlıq mühitini dəstəklədiyini dəfələrlə bəyan edib.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni icra edən Karen Donfrid martın 27-də ilə Ceyhun Bayramov ilə telefon danışığı aparmışdı. Eyni zamanda, ABŞ-ın dövlət katibi Antoni Blinkenin martın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng etməsi də göstərir ki, ABŞ regionda sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasında maraqlıdır. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Bütün bunlardan çox vaxt keçmədən Derek Hoqanla Ceyhun Bayramovun telefon danışığı da deməyə əsas verir ki, ABŞ Cənubi Qafqaz regionunu sülh və əməkdaşlıq məkanı kimi görmək istəyir. Budəfəki telefon danışığında da Laçın yolu ətrafında baş verən hadisələr diqqət mərkəzində olub. Çünki Ermənistan və dünyadakı erməni lobbisi Laçın yolu ilə bağlı mövcud vəziyyəti təhrif edir, guya Qarabağda yaşayan ermənilərin blokadaya alındığını iddia edirlər. Burada məqsəd Azərbaycan haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy yaratmaqdır. Amma Azərbaycan öz mövqeyində haqlıdır və bunu bütün dünyaya bəyan edir.
Rəsmi İrəvan öhdəlikləri yerinə yetirmir
Ermənistan və Qarabağ separatçılarının təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmalıdır. Bu baxımdan, ekofəalların Laçın-Xankəndi yolunda keçirdiyi dinc etiraz aksiyası tamamilə düzgündür. Eləcə də dövlətimiz haqlı olaraq Laçın yolunun son nöqtəsində nəzarət-buraxılış məntəqəsinin yaradılmasını təklif edir. Beynəlxalq birlik, o cümlədən ABŞ bu məsələdə obyektiv yanaşma sərgiləməlidir. Təəssüf ki, biz bəzi beynəlxalq təşkilatların və ölkələrin erməni lobbisinin təsiri ilə qeyri-obyektiv yanaşmalar sərgilədiyini görürük. Amma bütün bunlar ölkəmizi haqlı mövqeyindən çəkindirə bilməz.
Digər tərəfdən, ordumuzun martın 25-də keçirdiyi əməliyyat da zərurətdən irəli gəlirdi və beynəlxalq ictimaiyyət bunu anlayışla qarşılayır. Çünki Ermənistandan Qarabağa silah daşınması qəbulolunmazdır. Eləcə də qanunsuz erməni silahlı birləşmələrin Qarabağ ərazisindən tam çıxarılması da Azərbaycanın tələbləri sırasındadır. Bu, o deməkdir ki, 10 noyabr üçtərəfli bəyanatının tam yerinə yetirilməsində dövlətimiz prinsipiallıq nümayiş etdirir. ABŞ-ın regionda sülh və əməkdaşlığın təmin olunması üçün Ermənistana təsir etmək imkanları var. Birləşmiş Ştatlar rəsmi İrəvana sülh sazişini imzalamaq, razılaşmaları yerinə yetirmək üçün təzyiqlər edə bilər. Çünki regionda baş verən proseslər hər zaman ABŞ-ın diqqətindədir. Əgər rəsmi Vaşinqton bu regionda tezliklə sülh və əməkdaşlıq mühitinin yaradılmasını istəyirsə, Ermənistana təsir imkanlarından istifadə etməlidir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

