Braziliyada iğtişaşlar...
10.01.2023 [10:49]
Ölkə paytaxtında fövqəladə vəziyyət elan edilib
Nardar BAYRAMLI
Braziliya prezidenti Luis İnasio Lula da Silva dövlət başçısı kimi fəaliyyətə başlamasından bir neçə gün sonra ölkə paytaxtında sabitlik pozulub. Buna səbəb prezident seçkilərində məğlub olmuş sabiq dövlət başçısı Jair Bolsonaronun tərəfdarlarının törətdiyi iğtişaşlardır. Belə ki, Braziliyanın sabiq prezidenti Jair Bolsonaronun tərəfdarları bazar günü polislə toqquşub, Milli Konqresin (parlamentin-red.) və digər dövlət orqanlarının binasına basqın ediblər. Bazar günü boş qalan inzibati binaların bir neçə mühafizəçisi oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini tanımayan etirazçıları dəf edə bilməyiblər. Nəticədə iğtişaşçılar dövlət qurumlarının binalarına daxil olublar. Məlumata əsasən, polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Etirazçılar yanvarın 1-də prezident vəzifəsinə başlayan Luis İnasio Lula da Silva hökumətinin istefasını tələb edirlər. Braziliya prezidenti isə etirazlarla əlaqədar paytaxtın təhlükəsiz ərazisinə təxliyə edilib.
İğtişaşlarla əlaqədar paytaxtda 1 aylıq fövqəladə vəziyyət elan edilib. Bununla bağlı prezident Luis İnasio Lula da Silva jurnalistlərə məlumat verib. Braziliya lideri ölkədəki iğtişaşlarda iştirak edən “vandallar”ı da cəzalandıracağına söz verib. Braziliya polisi paytaxtda iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adamı saxlayıb. Onları 12 ilə qədər həbs gözləyir. Bu haqda Braziliya Federal Dairəsinin qubernatoru İbaneys Roşa tviterdəki səhifəsində məlumat yayıb. Hüquq-mühafizə orqanları hesab edir ki, Braziliyada dövlət orqanlarının binalarına basqın planlaşdırılıb. Söhbət ölkənin Milli Konqresinə basqın edən və orada talan törədənlərdən gedir. Parlament binasından olan kadrlarda çoxsaylı dağıntılar, sınmış mebellər, hətta tonqallar da görünür. Bundan əlavə, telekanallar Prezident Sarayının binasından əlləri qandallı çıxarılan nümayiş iştirakçılarını da nümayiş etdirib. Federal Ali Məhkəmənin binasında iğtişaşçılar hakimlərin paltarlarını oğurlayıblar. Saxlanılan şəxsləri avtobusla polis bölmələrinə aparılıblar.
Xatırladaq ki, Braziliyada prezident seçkilərinin birinci turu ötən il oktyabrın 2-də keçirilmişdi. Dövlət başçısı postuna 11 namizəd iddialı idi. Bütün seçkiqabağı sorğular isə bu vəzifə uğrunda əsas mübarizənin 2003-2010-cu illərdə Braziliya prezidenti olmuş solçu Luiz İnasio Lula da Silva ilə o vaxtkı dövlət başçısı Jair Bolsonaru arasında gedəcəyini göstərirdi. Seçkilərin nəticələrinə görə isə, heç bir namizəd 50 faizlik baryeri aşa bilmədi. Belə ki, Lula da Silva 48,42 faiz, Jair Bolsonaru isə 43,23 faiz səs toplaya bilmişdi. Ona görə də, Luis İnasio Lula da Silva və Jair Bolsonaru oktyabrın 30-da keçirilən prezident seçkilərinin ikinci turunda mübarizə apardılar. İkinci turda Luis İnasio Lula da Silvanın qələbəsi rəsmiləşib. Ali Seçki Məhkəməsi onun seçkilərin ikinci turunda 50,9 faiz səs topladığını açıqlamışdı. Onun rəqibi ifrat sağçı Jair Bolsonarunu isə səsverməyə gələnlərin 49,1 faizi dəstəkləmişdi.
Qeyd edək ki, 77 yaşlı Luis İnasio Lula da Silva 2003-cü ildən 2010-cu ilədək Braziliyanın Prezidenti olub. O, Sosialist Fəhlə Partiyasının həmtəsisçisi və fəxri sədridir. Beş dəfə prezident seçkilərində iştirak edib. İlk üç dəfə (1989, 1994 və 1998-ci illərdə) məğlub olub. Da Silva 2002-ci və 2006-cı illərdə keçirilən seçkilərdə isə qalib gəlib. O, daha sonra korrupsiya ittihamı ilə 18 ay həbsdə olmuş, lakin sonradan bu ittihamlar ölkənin Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi.
Luis İnasio Lula da Silva prezidentlik dövründə milyonlarla braziliyalını yoxsulluqdan çıxarması ilə tanınır. Bolsonaro isə vəzifədə olduğu müddətdə ifrat sağçı siyasəti, koronavirusu ciddi qəbul etməməsi, Amazon meşələrinin qırılması və tüğyan edən inflyasiya ilə yadda qalıb. Da Silva ölkənin sosial rifah sistemini yaxşılaşdırmağa söz verib. O, parlamentdə andiçmə mərasimində çıxışı zamanı Braziliyanı yenidən quracağını, əhalinin sosial rifahının artırılması istiqamətində önəmli addımlar atacağını vəd edib. Luiz İnasio Lula da Silva xalqa birlik mesajı verib və iqtisadiyyatdan tutmuş iqlim dəyişikliyinə qədər hər şeyi braziliyalılar üçün ideal hala gətirəcəyinə söz verib. “2023-cü il yanvarın 1-dən etibarən yalnız mənə səs verənləri deyil, 215 milyon braziliyalıya başçılıq edəcəyəm. İki Braziliya yoxdur. Biz bir ölkə, bir xalq və bir böyük millətik”, - deyən da Silvaya qarşı ilk gündən təşkil olunan etiraz aksiyaları növbəti dönəmin onun üçün asan olmayacağından xəbər verir. Seçkilərin ikinci turunda cüzi fərqlə qələbə qazanması ifrat sağçı Bolsonaronun da ölkədə nüfuzunun az olmamasının göstəricisidir. Bütün hallarda, hüquq-mühafizə və təhlükəsizlik orqanları Braziliyada asayişin bərpa olunmasına çalışır.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

