ABŞ nə istəyir?
11.02.2022 [23:28]
Vaşinqton həm dialoq çağırışı edir, həm də silahlandırır
Pərviz SADAYOĞLU
Şərqi Avropada əsən müharibə yelləri səngiməkdədir. Rusiya ilə müharibəyə qarşı çıxan Avropa artıq ABŞ-a da müəyyən təsirlər göstərə bilib. Bunu prosesin inkişafı da təsdiqləyir. Belə ki, ABŞ dövlət katibinin birinci müavini Uendi Şerman çərşənbə günü Aİ, NATO və ATƏT nümayəndələri ilə Ukrayna ətrafındakı vəziyyəti müzakirə edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında deyilib. Bəyanatda bildirilib ki, məsləhətləşmələrdə NATO baş katibinin müavini Mirça Coana, ATƏT-in baş katibi Helqa Şmid, Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi Stefano Sannino və Polşanın xarici işlər nazirinin müavini Marçin Pşidaç iştirak ediblər. ABŞ rəsmisi əlavə edib ki, onlar Rusiyanı diplomatiyaya üstünlük verməyə və gərginliyi azaltmaq üçün konkret addımlar atmağa çağırmaq barədə razılığa gəliblər.
Maraqlıdır ki, Avropanın təzyiqi ilə dialoq prosesinə qoşulduğunu deyən Vaşinqton digər tərəfdən Ukraynada silahlanmanı artırmaqdadır. Belə ki, ABŞ-dan Ukraynaya növbəti partiya döyüş sursatı çatdırılıb. Müdafiə naziri Aleksandr Reznikov sosial şəbəkələrdə bildirib ki, Ukrayna silahlı qüvvələrinə daha 80 ton sursat gətirilib. Ümumilikdə, bu il ABŞ Ukraynaya 650 ton silah verib.
Məsələ ilə bağlı fikirlərini bölüşən siyasi şərhçi İbrahim Babayev bildirib ki, ABŞ-ın dialoq çağırışları digər Avropa təsisatları ilə müqayisədə qeyri-səmimi görünür. Avropa dövlətlərinin son dövrlərdə Rusiya ilə hərbi qarşıdurmadan yayınmaq cəhdləri rəsmi Vaşinqton tərəfindən qəbul edilməsə də, hələlik susqunluq qorunur. ABŞ anlayır ki, hər hansı qeyri-adekvat addımı onun avropalı müttəfiqləri ilə yollarının ayrılmasına səbəb ola bilər: “Rusiya Prezidentinin nüvə silahına malik olmaları ilə bağlı son bəyanatı Avropada əsl çaxnaşma yaradıb. Avropa dövlətləri Putinin bununla nə demək istədiyini anlayır. Onu da başa düşürlər ki, müharibə baş verəcəyi təqdirdə ABŞ bu qarşıdurmadan bəlkə də ən az zərər görən ölkə olacaq. Bu gün Avropa üçün prioritet məsələ Rusiya-Ukrayna probleminin bu və ya digər şəkildə, ən əsası isə, qeyri-hərbi yolla həllini tapmasıdır. Onlar üçün prosesin istiqaməti deyil, nəticə maraqlıdır. Bir müddət öncə ABŞ-ın təhriki ilə prosesə qoşulan Avropa üçün mənzərə tam bəllidir. ABŞ Avropada Rusiya ilə müharibəyə başlasa, əsas zərbə Avropanı tutacaq. Bütün bunlarla yanaşı, ortada iqtisadi maraqlar da var. Rusiyanın əlində mühüm iqtisadi rıçaqlar mövcuddur və hər an bunlardan istifadə edə bilər. Aİ ölkələri ilə ticarət mübadiləsinin, qaz təchizatının dayanması, o cümlədən ikitərəfli müqavilələrin dondurulması bu dövlətlər üçün böyük itkilərə yol açacaq. Bunun üçün də çıxış yolu kimi dialoqun genişləndirilməsi, Rusiyanı razı salacaq şərtlərin tapılması üzərində iş aparılır və ABŞ da məcburdur ki, prosesdə müşahidəçi qismində də olsa, iştirak etsin”.
Siyasi şərhçi bildirib ki, ABŞ-ın Avropanın dialoq çağırışlarına qoşulmaqla yanaşı, Ukraynanı silahlandırmağa davam etməsi də qeyri-adi qarşılanmamalıdır. Ukrayna tərəfi dəfələrlə Rusiya qoşunlarının sərhəd ərazilərdən geri çəkilməsi tələbini irəli sürüb. Amma Rusiya həmin regionda hərbi təlimlər keçirir. Ukrayna isə bunu özünə təhdid sayır. “Digər tərəfdən, ABŞ Ukraynaya silah verməsi ilə bağlı öhdəlik götürüb və bunu yerinə yetirir. Təbii ki, məqsəd aydındır. Amma bu silahlanmanın qarşıdakı dövrdə hərbi toqquşmaya yol açacağı inandırıcı deyil. Avropa ölkələri regionda müharibənin baş verməsinə imkan verməyəcək. Ötən yüzillikdə dünya müharibələri nəticəsində iki dəfə dağılan Avropanın dirçəlməsi üçün uzun müddət lazım olub. Yəqin ki, bundan nümunə götürən “köhnə qitə” təmsilçiləri müharibə ehtimallarının qarşısını almaq üçün səfərbər olacaqlar”, - deyə İ.Babayev əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22

