/ / Səməd Seyidov: Milli Məclis Prezidentin tövsiyələrinə uyğun olaraq fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun qurub
Səməd Seyidov: Milli Məclis Prezidentin tövsiyələrinə uyğun olaraq fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun qurub
02.07.2020 [09:45]
VI çağırış Milli Məclis Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı ilə fəaliyyətə başladı. Dövlətimizin başçısının çıxışı parlamentin gələcək fəaliyyətinin istiqamətlərini müəyyənləşdirdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
Komitə sədri qeyd edib ki, yeni tərkibli parlament Prezidentin tövsiyələrinə uyğun olaraq öz fəaliyyətini yeni dövrün fəlsəfəsinə uyğun qurub: “Formalaşmış parlament müasir cəmiyyəti, yeni siyasi mühiti özündə əks etdirir. Parlamentdə həm iqtidarı, həm müstəqilləri, həm də müxalifəti təmsil edən şəxslər parlamentin və onun komitələrinin rəhbərliyində təmsil olundular. Bilirsiniz ki, yeni çağırış parlamentin yaz sessiyası dünyadakı pandemiya böhranı dövründə fəaliyyətə başladı. Bu şəraitdə parlamentin rolunun artırılması və cəmiyyət tərəfindən daha yüksək səviyyədə qəbul olunması üçün böyük işlər görüldü. Burada parlamentin yeni simasını, yeni təsir imkanlarını inkişaf etdirən rəhbərliyin, xüsusilə Sədr Sahibə Qafarovanın rolunu xüsusi qeyd etmək lazımdır. Baxmayaraq ki, pandemiya dövründə beynəlxalq əlaqələr canlı şəkildə demək olar ki, kəsildi, amma parlament beynəlxalq fəaliyyətini nəinki kəsmədi, hətta artırmağa başladı. Təsadüfi deyil ki, Milli Məclisdə 80-dən çox ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupları formalaşdırılıb”.
Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlərin görüldüyünü söyləyən komitə sədri deyib ki, pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, beynəlxalq müstəvidə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb.
S.Seyidov, həmçinin qeyd edib ki, yaz və növbədənkənar sessiyalar ərzində qanunvericilik fəaliyyətində üç mühüm bloku qeyd etmək lazımdır: “Belə ki, bu dövrdə qanunvericilik işlərinin ən böyük hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlıdır. İkincisi isə Prezidentin həyata keçirdiyi islahatlarla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsidir. Bu istiqamətdə də vacib qanunlar qəbul olundu. Üçüncü blok qanun layihələri isə vətəndaşların problemlərinin həll olunması ilə birbaşa bağlıdır. Bu da korrupsiyaya qarşı mübarizə, insanlarda məmnunluq hissi yaradan vətəndaş-dövlət münasibətlərini tənzimləyən qanunların qəbul olunmasıdır. Təbii ki, bütün bunlar ölkədə qanunun aliliyini təmin edən amillərdir. Sessiyalar ərzində ratifikasiya olunmuş müxtəlif dövlətlərarası və beynəlxalq sazişlərdə, konvensiyalarda hər üç blok əhatə olunur”.
Komitə sədri söyləyib ki, bu dövrdə görülən işlər parlamentin cəmiyyətdə nüfuzunu daha da artırıb və qanunverici orqana inamı yüksəldib, seçicilər ilə işin yüksək səviyyədə təşkil olunmasına güclü əsaslar yaradıb: “Qısa bir müddətdə bu proseslərdə dönüş yaranıb. Onu da qeyd edim ki, Prezidentin tövsiyələri əsasında parlament daxilində islahatlar da həyata keçirilib. Milli Məclis özündə islahatlara başlayaraq yeni baxışlarla ictimai münasibətləri formalaşdırmağa başlayıb. Bu bizə deməyə əsas verir ki, qarşıdakı dövrlərdə də parlamentin ölkəmizin həyatında rolu artacaq, görülən işlər Azərbaycan parlamentarizminin inkişafına töhfələr verəcək”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

