Azərbaycan-İsrail əlaqələri dostluq və qarşılıqlı maraq kəsb edən münasibətlərə əsaslanır
04.06.2009 [09:36]
Azərbaycanı bölgədə ən yaxın strateji tərəfdaşlarından hesab edən İsrail respublikamızla siyasi-iqtisadi əlaqələrin möhkəmlənməsi üçün qarşılıqlı əməkdaşlığı dərinləşdirmək niyyətindədir. ölkəmizin müstəqillik əldə etməsindən sonra həm regional layihələrin reallaşmasında, həm də ikitərəfli münasibətlərin inkişafında rəsmi Təl-Əviv Azərbaycana dəstək verərək sıx təmasların qurulmasına nail olub. Bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasını, beynəlxalq hüquq normalarının tətbiqini vacib sayan İsrail hökuməti dəfələrlə səsləndirdiyi bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını vurğulayıb, ölkəmizin işğal olunmuş torpaqlarının işğaldan azad olunması üçün təxirəsalınmaz addımların atılmasının vacibliyini bildirib. Hər iki ölkə arasında səmimi əlaqələrin qurulması əməkdaşlığın dostluq və strateji tərəfdaşlıq müstəvisinə yüksəlməsinə səbəb olub.
İsrail hökuməti Azərbaycanın regionda ən iri regional layihələrin təşəbbüskarı olmasını nəzərə alaraq respublikamızla enerji, nəqliyyat, kommunikasiya sahəsində fəal əməkdaşlığın miqyasını daha da genişləndirməyə çalışır. Xatırladaq ki, İsrail Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Qars layihələrində Azərbaycanın əsas tərəfdaşlarından biridir və neft-qaz resurslarının əldə olunması üçün yeni təkliflərlə çıxış edir. İsrailin ən nüfuzlu şirkətləri bir neçə ildir ki, respublikamızda fəaliyyət göstərir. “Batiman Litvin”, “Tahal Qroup” İsrail şirkətləri ölkəmizdə infrastruktur layihələrində yaxından iştirak edir. Oğuz-Qəbələ-Bakı su təchizatı layihəsində israilli iş adamlarının payı böyükdür. Təhlükəsizlik xidmətləri sistemlərinin qurulması sahəsində bu ölkənin təcrübəsi öyrənilib tətbiq edilməkdədir. Azərbaycanın hava limanının təhlükəsizlik texnologiyalarının yaradılmasında İsrailin “Maqal” şirkətinin xüsusi rolu var. Kənd təsərrüfatı, turizm, yeyinti sənayesi, meliorasiya layihələrində də İsrail şirkətləri fəal iştirak edirlər.
İsrail Azərbaycanda kənd təsərrüfatında bir sıra layihələrin maliyyələşdirilməsində də yaxından iştirak etmək niyyətini bəyan edib. İndiyədək keçirilən Azərbaycan-İsrail biznes-forumlarında kənd təsərrüfatı ilə bağlı mühüm layihələr müzakirə olunub. İsrailin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətləri ölkəmizin ərzaq təhlükəsizliyi ilə bağlı həyata keçirdiyi layihələrin reallaşmasında öz təcrübəsini bölüşmək istəyir. Bu ölkənin turizm şirkətləri isə ekoturizm üçün ölkəmizdə əlverişli imkanların mövcud olmasını nəzərə alaraq turizm obyektlərinin yaradılmasında təkliflərlə çıxış edirlər.
İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünya liderlərindən sayılan İsrail Azərbaycanın rabitə bazarını təhlil edir və investisiya qoyuluşunu nəzərdən keçirir. Xatırladaq ki, İsrail İKT-nin inkişaf göstəricilərinə görə, yalnız ABŞ-dan geri qalır. İKT sahəsində istehsal olunan məhsullar ölkənin ümumi daxili məhsulunda 10 faizdən çox yer tutur. Bu ölkənin telekommunikasiya şəbəkələrində 150 mindən artıq işçi çalışır. İstehsal olunan məhsulun illik dövriyyəsi isə təxminən 15 milyard dollara bərabərdir. Hazırda peyk sistemlərinin inkişafı və kosmosa göndərilməsində yaradılan eksklüziv klubun əsas üzvlərindən biri İsraildir.. Bu ölkədə adambaşına bir mobil telefon düşür. İnternet geniş şəkildə yayılıb. İsrailin nefti olmasa da, İKT-ni bu ölkənin “qara qızılı” adlandırırlar. ötən il İsrailin on şirkətini təmsil edən iş adamları ölkəmizdə səfərdə olublar və İKT ilə bağlı təkliflərini açıqlayıblar. Azərbaycan bu təklifləri müsbət qarşılayıb və İKT sahəsində İsraillə əməkdaşlığa xüsusi önəm verilməkdədir. Azərbaycanlı mütəxəssislərin İsraildə simsiz texnologiyalar, peyk sistemləri, optik avadanlıqlar, internet və multimedia məhsulları sahəsində təcrübə keçməsi nəzərdə tutulur. Eyni zamanda, respublikamız Regional İnnovasiya Zonalarının yaradılmasında bu ölkənin təcrübəsindən yararlanmağı zəruri hesab edir.
ümumiyyətlə, İsraillə Azərbaycan arasında siyasi və iqtisadi sahədə əməkdaşlığın hüdudları çox genişdir və tərəflər bu istiqamətdə səyləri dərinləşdirməyi vacib sayır. İsrailin hökumət nümayəndələrinin və işgüzar dairələrinin son illərdə ölkəmizə intensivləşən səfərləri bu münasibətlərin daha da dinamikliyi üçün stimul verməkdədir. İsrail prezidenti Şimon Peresin yaxın günlərdə ölkəmizə planlaşdırılan səfəri isə dövlətlərarası münasibətlərin yeni mərhələyə qədəm qoymasına əhəmiyyətli dərəcədə təkan vermiş olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59

