Dövlət Komitəsinin sədri İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
06.09.2016 [09:48]
Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin ilə fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.
Komitə sədri Azərbaycanla İran arasında tarixən mövcud olan qardaşlıq münasibətlərindən bəhs edərək, əlaqələrin inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi rolunun olduğunu, hazırda bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Fəaliyyəti dövründə İran İslam Respublikasına iki dəfə səfər etdiyini, bu səfərlər zamanı İrandakı inkişafın şahidi olduğunu deyən Komitə sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərdə İranın daima ölkəmizin haqlı mövqeyini dəstəklədiyini vurğulayıb.
Dövlət Komitəsinin fəaliyyətindən danışan Mübariz Qurbanlı İslam dininin sülh dini olduğunu, buna baxmayaraq, dini ləkələməyə çalışan bəzi radikal qrupların mövcudluğunu da diqqətə çatdırıb. O bildirib ki, bu cür qruplara qarşı mübarizədə Dövlət Komitəsi QMİ və bir sıra dövlət qurumları ilə əməkdaşlıq edir.
Azərbaycanda dövlət-din münasibətlərinin mükəmməl formada qurulduğunu, məzhəblər arasında heç bir ayrı-seçkiliyin olmadığını deyən Möhsün Pakayin ölkəmizin dünyaya tolerantlıq nümunəsi sərgilədiyini diqqətə çatdırıb. Səfir qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi din siyasəti, dini konfessiyalara yüksək diqqət və qayğı göstərilməsi onda böyük təəssürat yaradıb. Möhsün Pakayin cari ilin 22-26 may tarixlərində Dövlət Komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyətinin İran İslam Respublikasına rəsmi səfərindən, xüsusən Təbriz şəhərində Azərbaycanın zəngin tolerantlıq ənənələrinin sərgiləndiyi “Azərbaycan İslam mədəniyyətinin incisidir” mövzusunda fotosərginin təşkil edilməsindən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyədə qurulmasından məmnunluğunu bildirib və bu əlaqələrin inkişafında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini xüsusi vurğulayıb.
Dövlət Komitəsinin sədri ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusən din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, bundan sonra da Dövlət Komitəsi İran İslam Respublikasının ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxHadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20

