Səfir: Misir KİV-lərinin AZƏRTAC-la əməkdaşlığının genişləndirilməsində maraqlıyıq
11.02.2016 [09:58]
Misirin Azərbaycandakı səfiri Suzan Cəmil Nuh AZƏRTAC-ın ərəb dilində xəbər yaymasını yüksək qiymətləndirib
Misirin media qurumları ilə AZƏRTAC arasında əməkdaşlığın möhkəmləndirilməsi iki ölkə xalqları arasında mövcud münasibətlərin daha da inkişafına əlverişli imkanlar yarada bilər. Bu baxımdan səfirliyimiz AZƏRTAC vasitəsilə Azərbaycan həqiqətlərinin Misir ictimaiyyətinə çatdırılmasına töhfəsini verməyə hazırdır.
Bu fikirləri Misir Ərəb Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Suzan Cəmil Nuh fevralın 10-da AZƏRTAC-da keçirilən görüşdə səsləndirib.
AZƏRTAC-ın keçdiyi inkişaf yolu, müstəqillik illərində qazandığı uğurlar, dövlət siyasətinin informasiya təminatındakı rolu, yeni layihələri barədə ətraflı məlumat verən Baş direktor Aslan Aslanov Azərbaycan ilə Misirin nüfuzlu beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığından da danışıb. 2007-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri çərçivəsində AZƏRTAC-la bu ölkənin rəsmi xəbər agentliyi olan MENA (Yaxın Şərq informasiya agentliyi) arasında əməkdaşlıq sazişinin imzalandığını xatırladan Baş direktor hər iki xəbər agentliyinin ölkələrimizin çoxəsrlik tarixə malik əlaqələrinin inkişafında rolunu vurğulayıb.
Misir səfiri AZƏRTAC-ın ərəb dilində də xəbər yaymasını yüksək qiymətləndirərək bunu Azərbaycan həqiqətlərinin geniş auditoriyada təbliği baxımdan mühüm addım olduğunu qeyd edib, ərəb dilinə göstərilən bu diqqətə və marağa görə minnətdarlığını bildirib.
Baş direktor Azərbaycan ədəbiyyatının, mədəniyyətinin dünyada tanınmasında ərəb dilinin rolunu vurğulayaraq, xalqımızın ərəb mədəniyyəti inciləri ilə tanış olmasında azərbaycanlı ərəbşünasların əvəzsiz xidmətlərini yada salıb. Görkəmli alim Aida İmanquliyevanın əsərlərinin ərəb ədəbiyyatının, məşhur ərəb yazıçılarının Azərbaycan oxucusuna tanıdılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb.
Misirin Azərbaycandakı səfirliyinin AZƏRTAC-la Misir KİV-ləri arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən xanım səfir hər iki ölkənin sosial-iqtisadi həyatının dərindən öyrənilməsi məqsədilə jurnalistlərin qarşılıqlı səfərlərinin təşkilinin, birgə fotoalbom və kitabların nəşrinin, müştərək videolayihələrin, sərgilərin keçirilməsinin faydalı ola biləcəyini vurğulayıb.
Misir ictimaiyyətinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı olmadığını bildirən səfir Suzan Cəmil Nuh qeyd edib ki, xəbər agentlikləri bu boşluğun aradan qaldırılmasına mühüm töhfə verə bilərlər.
Xəbər lenti
Hamısına baxHadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26

