Daha beş məsələ parlamentin plenar iclasına tövsiyə edilib
29.01.2026 [16:15]
Yanvarın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda beş qanun layihəsi müzakirəyə çıxarılıb.
Əvvəlcə, iclasda Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinə (birinci oxunuş) baxılıb.
Komitənin sədri Əli Hüseynli sənədin əhəmiyyəti barədə fikirlərini açıqlayaraq, layihədə təklif olunan dəyişikliklərin cinayət mühakimə icraatının elektron qaydada aparılması məsələləri ilə bağlı olduğunu və şəffaflığın, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların səmərəliliyinin artırılmasına xidmət etdiyini söyləyib.
Sonra Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov qanun layihəsi barədə söhbət açaraq, məhkəməyə qədər icraatın elektronlaşmasının bütövlükdə cinayət prosesinin daha səmərəli şəkildə aparılmasına töhfə verəcəyini qeyd edib. Bildirib ki, təklif olunan dəyişikliklər cinayət prosesinə cəlb olunan şəxslərə bu prosesdə daha rahat iştirak etmək imkanları verəcək, cinayət təqibini aparan orqanların işini, habelə sənəd mübadiləsini asanlaşdıracaq. Diqqətə çatdırılıb ki, bununla yanaşı layihədə edilən əlavələr elektron sübutların toplanması prosesini, o cümlədən elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi ilə bağlı məsələləri tam hüquqi çərçivəyə salır.
Onlayn iclasda Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi Aynur Osmanova çıxış edərək, müasir dövrdə rəqəmsal texnologiyaların sürətli inkişafının cinayət mühakimə icraatının qarşısında yeni çağırışlar qoyduğunu deyib. O, klassik cinayət-prosessual mexanizmlərin informasiya-kommunikasiya vasitələrindən istifadə edilməklə törədilən və gizlədilən cinayətlərin aşkarlanmasında səmərəli olmadığını söyləyib. Bu baxımdan BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasının hazırlandığını və 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində ölkəmiz adından müvafiq bəyanatlar və qeyd-şərtlərlə imzalandığını bildirib. Qeyd edilib ki, layihədə cinayət və cinayət-prosessual qanunvericiliyində texnoloji tərəqqiyə uyğun olaraq köhnəlmiş ifadələr müasir terminlərlə əvəz edilir. Belə ki, Konvensiyanın tələblərinə müvafiq olaraq, qanunvericilikdəki “kompüter sistemi” ifadəsi “İKT sistemi”, “kompüter məlumatları” isə “elektron verilənlər” terminləri ilə əvəz edilir. Eyni zamanda, qanunvericiliyə “trafik verilənləri”, “abunəçi məlumatları”, “məzmun verilənləri” və “xidmət provayderi” kimi yeni hüquqi anlayışlar daxil edilir.
Sonra Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, cinayət hüququ üzrə işçi qrupun rəhbəri İlhamə Həsənova çıxış edərək, layihənin cinayət-mühakimə icraatının müasir texnoloji tələblərə uyğunlaşdırılması baxımından səmərəli olduğunu bildirib. O, sənəddə elektron sübutların ayrıca olaraq təsbiti, terminoloji bazanın yenilənməsi, mühafizə mexanizmlərinin formalaşdırılması, rəqəmsal axtarışın hüquqi çərçivəyə salınması, elektron icraat, elektron kabinet mexanizmlərinin və digər məsələlərin təsbit olunduğunu müsbət dəyərləndirib, habelə bəzi qeyd və təkliflərini səsləndirib.
Müzakirələr zamanı deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirilib.
Sonra komitə sədri “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nın təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.
Qeyd olunub ki, Konvensiyanın əsas məqsədi informasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən cinayətlərlə mübarizədə dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, habelə ağır cinayətlərə aid olan sübutların elektron formada toplanması, mübadiləsi və mühafizəsi üçün vahid hüquqi çərçivənin formalaşdırılmasıdır.
Daha sonra Əli Hüseynli Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Diqqətə çatdırılıb ki, layihə cərimənin icrasında prioritet ardıcıllığın yenidən nəzərdən keçirilməsini, o cümlədən cərimənin ilk növbədə məhkumun əmək haqqına və ya başqa qazancına yönəldilməsini, icra prosesinin operativliyinin artırmasını və cərimə məbləğinə ekvivalent olmayan əmlaka həbs qoyulmasını və satış zərurətinin minimuma endirilməsini təmin etmək məqsədi ilə hazırlanıb.
Onlayn iclasda Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə də baxılıb.
Komitə sədri bildirib ki, layihədə dövlət mülkiyyətində olan hava limanlarının və aerodromların genişləndirilməsi və ya yeni hava limanlarının və aerodromların inşası zərurətinin torpağın alınmasına əsas verən dövlət ehtiyacları siyahısına daxil edilməsi nəzərdə tutulur.
Tədbirdə, həmçinin Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Sosial xidmət haqqında”, “Reklam haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” və “Media haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən keçirilib. Sənəddə “Uşaq hüquqları haqqında” yeni qanun layihəsindən irəli gələn bir sıra dəyişikliklərin əks olunduğu bildirilib.
Müzakirəyə çıxarılan qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55

