Cənubi Qafqazın təhlükəsizlik qarantı...
18.09.2024 [10:43]
Son illər yaşadığımız bölgədə gedən siyasi-hərbi proseslər mühüm reallıqlar formalaşdırıb. Bu reallıqların müəllifi olan Azərbaycanın Cənubi Qafqazın gələcək inkişafı ilə bağlı apardığı siyasi xətt isə birmənalı şəkildə əməkdaşlığa, sülhə və sabitliyə əsaslanır. Bu amillər kompleks şəkildə bölgənin yeni iqtisadi inkişaf mərhələsini formalaşdırır - yaradılan yeni siyasi-iqtisadi konfiqurasiya özündə bölgə dövlətlərinin ümumi əməkdaşlıq maraqlarını ifadə edir. Ən əsası isə bu reallıqlar yeni ticari münasibətlər sisteminin xəritəsini formalaşdırır - Mərkəzi Asiya-Cənubi Qafqaz-Kiçik Asiya üzərindən keçən tranzit xəttlərinin, iqtisadi imkanların diversifikasiyası yaxın perspektiv üçün mühüm pronozlar yaradır.
Perspektivi böyük olan bu əməkdaşlıq platformalarının inkişafı, iqtisadi əlaqələndirmənin daha dinamik formada həyata keçirilməsi, ticari münasibətlərin intensivləşməsi birmənalı şəkildə mühüm şərtlərə əsaslanır - bu şərtlərdən ən ümdəsi isə təhlükəsizliyin təmin edilməsidir.
Regional təhlükəsizliyin təmini...
Müasir inkişaf mərhələsində əsas amillərdən biri qismində çıxış edən tranzit faktorunun təmini də məhz təhlükəsizliklə mütənasiblik təşkil edir. Azərbaycanın 2020-ci ildə Vətən müharibəsindəki qələbəsi və ardından 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərinin nəticələri bölgədə separatizmin sonunu gətirməklə yanaşı, təhlükəsizlik arxitekturasının da güclənməsinə rəvac verdi. Bunun nəticəsi idi ki, hazırda bütün dünyanın diqqət mərkəzində olan Mərkəzi Asiya - Cənubi Qafqaz - Kiçik Asiya iqtisadi məkanı qlobal münasibətlər sistemində xüsusi maraq kəsb edir - bu xətt yol infrastrukturu, rentabelli olması və başqa üstünlükləri ilə yanaşı, həm də təhlükəsizlik məsələsində önə çıxır. Azərbaycan Cənubi Qafqazın təhlükəsizlik çətirini yaradır.
Beləliklə, yeni reallıqlar yeni dövrün çağırışlarını əsaslandırır. Yaranan yeni siyasi mənzərə ilə regionların ümumi əməkdaşlıq platformaları uzlaşır. Cənubi Qafqazın təhlükəsizlik qarantı olan Azərbaycan bir daha ortaya qoyur ki:
- Cənubi Qafqaz artıq qarşıdurma, rəqabət məkanı deyil, təhlükəsiz tərəfdaşlıq və təhlükəsiz əməkdaşlıq məkanıdır;
- Qlobal iqtisadi nizamda Cənubi Qafqazın fəal iştirakının təmini uğrunda görülən işlər yüksək səviyyədədir;
- Paralel olaraq həm də təhlükəsizliklə bağlı əməkdaşlıq gücləndirilir.
II Bakı Təhlükəsizlik Forumu...
Xarici siyasətimizin strateji əsaslarından biri olan bu ideya, onun konstruktiv məzmunu hazırki real siyasi proseslərdə özünü doğruldur - beynəlxalq münasibətlərin katoklizmlərlə dolu mürəkkəb mərhələsində Azərbaycan Cənubi Qafqazı strateji tərəfdaşlıq üçün cazibə mərkəzinə çevirir, bütün ölkələrin təhlükəsizlik reflekslərini bölgəyə yönləndirir. Azərbaycan Şərq ilə Qərbin həm sivilizasiyalararası, həm iqtisadi əməkdaşlıq, həm də siyasi tərəfdaşlıq maraqlarını bir coğrafiyada cəmləyir. Terrorizmə qarşı mübarizədə mühüm qətiyyət nümayiş etdirən Azərbaycan qeyri-adekvat halların istisna olunması üçün səylərini səfərbər edir - təhdid və təhlükələrə qarşı koordinasiyalı fəaliyyət təşkil edir, təhlükəsizliyin təmini üçün bütün gücləri birləşdirir.
Yeri gəlmişkən, Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə keçirilən 50-yə yaxın ölkənin xüsusi xidmət orqanlarının nümayəndələrinin iştirak etdiyi “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumu da deyilənləri təsdiqləyir. Tədbirdə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev də bildirib ki, ötən ilin may ayında keçirilmiş və bu il yenidən təşkil olunan Bakı Təhlükəsizlik Forumunun tərəfdaş qurumlar arasında məlumat mübadiləsinin və qarşılıqlı əlaqənin digər sahələrinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Xidmət rəisi Əli Nağıyev, həmçinin beynəlxalq terrorçuluqla və bütövlükdə, təhlükəsizlik sisteminə təhdid hesab olunan hallarla mübarizədə xüsusi xidmət orqanlarının fəaliyyətinin koordinasiyalı şəkildə təmin edilməsinin vacibliyini qeyd etməklə, tədbirin ümumi maraq kəsb edən məsələlər ətrafında ölkələrin təhlükəsizlik strukturlarının müzakirə aparmaları üçün önəmli platforma olduğunu nəzərə çatdırıb.
Xidmət rəisi builki forumun COP29 ərəfəsində keçirilməsinin təsadüfi olmadığına diqqət çəkərək, enerji resurslarının daşınmasında istifadə olunan nəqliyyat xətlərini hədəf alan terror-təxribat aktlarının qlobal xarakterli iqtisadi və ekoloji fəlakətlərə səbəb ola biləcəyindən və bu xüsusda birgə səylərin daha da gücləndirilməsinin və ümumi fəaliyyətin səmərəliliyinin artırılmasının zəruriliyindən danışıb.
General-polkovnik Əli Nağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq aləmdə aktual olan məsələlərə dair tədbirlərin respublikamızda təşkil olunmasına davamlı siyasi dəstək verdiyini vurğulayaraq, bu konfransın qlobal nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin üzləşdiyi risklərlə mübarizədə ortaq yanaşmaların formalaşdırılmasına və fəaliyyət strategiyasının təkmilləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Təhlükəsizlik Forumunun Bakı Katibliyi
Beləliklə, ölkəmizin beynəlxalq təhlükəsizlik amilindəki yeri və rolu bütün dövlətlər tərəfindən təsdiqlənir və dəyərləndirilir. Bakı bütün digər sahələrdə olduğu kimi, təhlükəsizlik məsələsində də regional mərkəz funksiyasını üstlənir - təsadüfi deyil ki, adıçəkilən tədbirdə Təhlükəsizlik Forumunun Bakıda daimi əsasda fəaliyyət göstərəcək Katibliyinin yaradılması təklifi bütün iştirakçılar tərəfindən birmənalı şəkildə dəstəklənib. Katibliyin yaradılması Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsüdür. Qlobal məkanda regional lider kimi ad qazanan Azərbaycan təhlükəsizliyin əsas istinad nöqtəsi olmaq kimi çətin və məsuliyyətli bir işi öz üzərinə götürür. Təbii ki, bütün sahələrdə olduğu kimi, ölkəmiz bu sahədə də üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcək - paralel olaraq dünyanın ən təhlükəsiz dövlətlərindən biri sayılan Azərbaycan öz praktikasını region ölkələri ilə də bölüşəcək. Bu, olduqca mühüm bir məqamdır - ərazi bütövlüyünün və suverenliyin təminindən az sonra Formula 1, COP29 kimi tədbirlərə ev sahibliyin etmək qərarı vermiş Azərbaycan bütün dünyaya təhlükəsizlik nümunəsi təqdim edir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

