İrəvanın sabotaj siyasəti...
21.08.2024 [10:20]
Məğlub Ermənistan 44 günlük müharibədə bütünlüklə kapitulyasiyaya uğramasına rəğmən, yenə də pozuculuq, sülh və təhlükəsizliyə təhdidlər yaradan siyasətindən əl çəkmir. Postmüharibə dövründə Nikol Paşinyan hökuməti sülhyaratma prosesini açıq-aşkar manipulyasiya predmetinə çevirib ki, bu da Ermənistanın üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə ziddir.
Regionda kommunikasiyaların açılması zərurəti
Ermənistanın üç onillik ərzində davam etdirdiyi işğalçılıq siyasətinin ən ağır nəticələrindən biri regionda kommunikasiya əlaqələrinin bloklanması idi. Xüsusilə də Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Ermənistanın Zəngəzurdan keçən yolu bağlaması səbəbindən blokada vəziyyətinə düşmüşdü.
Vətən müharibəsində ərazi bütövlüyümüzün hərbi-siyasi yolla təmin edilməsindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Naxçıvanın blokadadan çıxarılması idi. Buna görə də Prezident İlham Əliyev məlum sənəd hazırlanarkən oraya Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən kommunikasiyaların açılmasına aid müvafiq müddəanın salınmasını israr etdi. Qalib dövlət olan Azərbaycanın tələbi təmin olundu və Bəyanatda müvafiq müddəa yer aldı. Sənədin 9-cu bəndində oxuyuruq: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”.
Onu da qeyd edək ki, postmüharibə mərhələsində bölgədə kommunikasiyaların açılması yalnız Azərbaycanın və onun tərkib hissəsi olan Naxçıvanın deyil, bütün region dövlətlərinin, o cümlədən də Ermənistanın mənafeyinə uyğundur. İndiki geosiyasi vəziyyətdə Avrasiyada yeni nəqliyyat damarlarına böyük ehtiyac var. Sonradan Zəngəzur Dəhlizi adlandırılan bəhs olunan yol Transxəzər marşrutunun bir qolunu təşkil edəcək.
Ermənistan öhdəliyindən yayınır
Məsuliyyətli dövlət olan Azərbaycan postmüharibə mərhələsində Zəngəzur Dəhlizinin yaradılması ilə bağlı ölkəmizin ərazisində müvafiq infrastrukturun qurulması istiqamətində intensiv işlər görür. Ancaq eyni sözləri Ermənistan barəsində demək mümkün deyil. Bu ölkə öhdəliyindən yayınmaqla bəhs olunan dəhlizin açılması istiqamətində hər hansı bir əməli addım atmır, eyni zamanda, absurd iddialar səsləndirir.
Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanın rəhbərliyi Cənubi Qafqazda kommunikasiyaların açılması haqqında razılaşmanı sabotaj edir. Qonşu ölkənin diplomatı bu barədə Rusiya Federasiyasının “Birinci kanal”ına müsahibəsində bildirib. “Biz sülh müqaviləsinin tezliklə bağlanması və kommunikasiyaların açılmasının tərəfdarıyıq. Təəssüf ki, Ermənistanın Sünik rayonundan keçən kommunikasiyalara gəldikdə, məhz Ermənistan rəhbərliyi baş nazir Nikol Paşinyanın imzaladığı razılaşmanı sabotaj edir. Belə bir mövqenin mənasının nədən ibarət olduğunu dərk etmək çətindir. Mən əminəm ki, üçtərəfli sənədlər çərçivəsində qoyulan özül tam həcmdə aktuallığını qoruyub saxlayır”, - deyə Lavrov qeyd edib.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

