Özbəkistan mətbuatında birinci xanım Mehriban Əliyevaya həsr edilmiş məqalə yayımlanıb
16.08.2024 [12:54]
Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistan mətbuatında ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya həsr edilmiş məqalə yayımlanıb.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müəllifi Azərbaycanın Xalq yazıçısı, tanınmış jurnalist Elmira Axundova olan məqalə özbək və rus dillərində ölkənin aparıcı “UzA” Milli İnformasiya Agentliyində, “aniq.uz”, “uzdiplomat.uz”, www.kultura.uz portallarında dərc edilib.
“Uki, kimgadir ortig‘i bilan berilgay...” (“Та, кому многое дано...”) adlı məqalədə Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında ən səmimi fikirlər, ülvi hisslər yer alıb. Yazıda birinci xanım Mehriban Əliyevanın ölkəmizin sosial, mədəni, ictimai, siyasi həyatında oynadığı aparıcı roldan söz açılır. Bildirilir ki, Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda hər il onlarla uşaq bağçası, körpələr evi, internat məktəbi, xəstəxana və s. bərpa olunaraq istifadəyə verilir. Bundan əlavə, Azərbaycanda uşaq evlərinin və sığınacaqların institusionallaşdırılması, valideyn himayəsindən məhrum olmuş uşaqların tam hüquqlu ailələrə verilməsi hərəkatı başlayıb. Birinci xanım əhalinin ən həssas təbəqələrinə, ilk növbədə, xəstə uşaqlara, eləcə də sosial müdafiədən, valideyn himayəsindən və qayğısından məhrum olan balaca uşaqlara kömək etməyi özünün vətəndaşlıq borcu hesab edir.
Məqalədə o da vurğulanıb ki, Heydər Əliyev Fondunun xeyriyyə təşəbbüslərinin əks-sədası Azərbaycanın hüdudlarından çox-çox uzaqlara da yayılır. Fondun müxtəlif ölkələrdə gördüyü xeyirxah işlər həmin ölkələrin tarixinə, vətəndaşlarının qəlbinə əbədi olaraq yazılacaq.
Yazıda, həmçinin ölkəmizin mədəni-ictimai, idman həyatında Mehriban xanım Əliyevanın xidmətlərindən də söz açılır. Qeyd edilir ki, Mehriban xanım Əliyevanın fəaliyyəti təkcə regional deyil, həm də qlobal miqyas alıb. Məhz onun təşəbbüsü ilə Azərbaycan muğamı və dünyanın ən qədim tarixi-arxeoloji qoruğu olan Qobustan yaşayış məskəni, aşıq sənəti və Azərbaycan kəlağayısı, Novruz bayramı və milli atüstü oyun olan çövkən dünya qeyri-maddi mədəni irs siyahısına salınıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə idmanın inkişafındakı xidmətlərindən söz açılarkən qeyd olunub ki, Avropada idmanın inkişafında xüsusi xidmətlərindəki yüksək nailiyyətlərinə görə ona Avropa Olimpiya Komitələrinin ali mükafatı – Ali orden təqdim edilib. Oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycanda mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyət, xalqımızın mədəni irsinin beynəlxalq səviyyədə geniş təbliği və Birinci Avropa Oyunlarının təşkilindəki xidmətlərinə, yarışlarda əldə edilmiş böyük nailiyyətlərə görə isə Mehriban xanım Əliyeva “Heydər Əliyev” ordeni ilə təltif olunub.
Eyni zamanda, bildirilib ki, Azərbaycan xalqının, dövlətinin, dövlətimizin başçısının ən çətin, gərgin günlərində Mehriban xanım hər zaman xalqla həmrəylik nümayiş etdirib, Prezident İlham Əliyevin ən böyük mənəvi, siyasi dəstəkçisi olub.
İşğaldan azad olunun torpaqlarımızda aparılan quruculuq işlərində də Mehriban xanımın böyük xidmətlərinin olduğu vurğulanan məqalədə diqqətə çatdırılıb ki, Qələbədən qısa müddət sonra həmin ərazilərdə Böyük Qayıdış və genişmiqyaslı bərpa-quruculuq işləri başlayıb. Bu prosesə rəhbərliyi Prezident İlham Əliyevlə birlikdə birinci xanım Mehriban Əliyeva da edir. Qarabağın bərpa edilmiş hər bir abidəsində, hər bir məscid və ya muzey kompleksində birinci xanıma xas olan incə zövq və heyrətamiz zəriflik hissi sezilir.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

