/ / Siyavuş Novruzov: Əgər şəffaflıqdan danışırıqsa, hər bir partiya necə maliyyələşdiyini göstərməlidir
Siyavuş Novruzov: Əgər şəffaflıqdan danışırıqsa, hər bir partiya necə maliyyələşdiyini göstərməlidir
06.02.2012 [10:14]
- Siyavuş müəllim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin iclası keçirilib. İclasda partiyanın 2011-ci ildəki fəaliyyəti haqqında hesabat, ötən ilə dair maliyyə hesabatı, 2012-ci ilin birinci yarım illiyinə dair tərtib edilən iş planı geniş və ətraflı müzakirə olunub. ümumiyyətlə, ötən il partiya üçün hansı uğurlarla yadda qalıb?
- ötən il Yeni Azərbaycan Partiyası üçün çox uğurlu bir il olub. Həm sıralarının genişlənməsi baxımından, həm partiya işinin qurulması, ideya-siyasi işin aparılması baxımından Partiyamızın bütün üzvləri, eyni zamanda, gəncləri, xanım üzvləri hərtərəfli iş aparıblar, partiyanın beynəlxalq əlaqələrinin genişlənməsi üçün fəaliyyət göstəriblər. Yeni Azərbaycan Partiyasının təmsilçilərinin digər ölkə partiyalarının dəvəti ilə xarici ölkələrə rəsmi səfərləri olub, bir neçə dövlətdə keçirilən seçki kampaniyalarında iştirak edib. Təkcə onu qeyd etmək olar ki, ötən il YAP sıralarına 30 min üzv qəbul olunub və bunun 55 faizini gənclər təşkil edir. Partiyamızın gənclərinin sıraları günü-gündən artır. Təsadüfi deyil ki, müraciət edənlərin əksəriyyətini gənclər təşkil edir.
Bundan başqa, ötən il Yeni Azərbaycan Partiyası rayon-şəhər təşkilatlarının konfransları keçirilib. Hazırda 84 rayon-şəhər təşkilatından 79-da bu konfranslar öz işini yekunlaşdırıb. Digər rayon-şəhər təşkilatlarının konfransları isə fevral-mart aylarında öz işini başa çatdıracaq. Burada partiya sıralarına qəbulla bağlı ilk təşkilatların sayı xeyli artıb. Demək olar ki, bizim bütün məntəqələr ətrafında bir və bir neçə ilk təşkilatımız fəaliyyət göstərir ki, bu da seçki kampaniyasında çox böyük önəm daşıyır. Hazırda Partiyamızın 8 minə yaxın ilk partiya təşkilatı var ki, bu da Azərbaycanda olan bütün seçki məntəqələrinin sayından 3 min çoxdur. Bu gün Yeni Azərbaycan Partiyasının tərkibində bizim elə rayon-şəhər təşkilatlarımız var ki, onların birinin üzvlərinin sayı müxalifətdə təmsil olunan partiyaların hamısının birlikdə üzvlərinin sayından çoxdur. Partiyanın artıq 20-22 minlik təşkilatı var ki, bunlar Gəncə, Yasamal, Səbail, Nərimanov, Xətai rayon-şəhər təşkilatlarıdır. Təxminən 100-ə qədər partiya təşkilatı var ki, onların sıralarında partiya üzvlərinin sayı 4-5 mini ötüb, 200-dən yuxarı 2 mindən çox partiya üzvü olan təşkilatlarımız var. Keçirilən növbəti iclasda da bir daha partiyanın hər bir rayon-şəhər təşkilatı öz sıralarına nəzər salıb. çünki hər bir təşkilata yeni üzvlər qəbul olunub, tərkibdə dəyişikliklər edilib. Yeni gələn fəal üzvlər partiyanın idarə olunmasına cəlb edilir.
Onu da qeyd edim ki, ötən il partiya çox böyük beynəlxalq konfransın təşkilatçısı oldu. 34 ölkədən 60-dan çox nümayəndə bu tədbirdə iştirak etdi. Dünyanın nüfuzlu, tanınmış siyasi xadimləri, partiya rəhbərləri, 4 ölkənin keçmiş prezidenti, ayrı-ayrı ölkələrin vitse-prezidentləri bu konfransa qatılmışdılar. O cümlədən Avropa Xalqlar Partiyasının sədri də bu tədbirdə iştirak etdi və onun kitabının təqdimat mərasimi keçirildi. Bütün bunlar göstərir ki, ötən il partiyanın beynəlxalq əlaqələri də güclü olub.
- YAP-dan fərqli olaraq, demək olar ki, siyasi partiyaların əksəriyyəti maliyyə hesabatı vermir, maliyyə mənbələrini gizlətməyə çalışırlar. Bunun səbəbi nələrdir?
- Yeni Azərbaycan Partiyası hər ilin yekununda partiyanın maliyyə vəsaitləri, idarə olunmasında sərf olunan vəsaitin necə, haradan daxil olması, hansı sahələrə xərclənməsi ilə bağlı hesabat verir. Bu il də ilin yekununda mətbuat vasitəsilə partiyanın maliyyə hesabatı ümumi ictimaiyyətə çatdırıldı. “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq sırf üzvlük haqlarının hesabına partiya maliyyələşir. Bu gün Yeni Azərbaycan Partiyasının 556 min üzvü var və bunlar da 84 rayon və şəhər təşkilatında birləşib ki, onlar üzvlük haqları hesabına toplanan vəsaitlə maliyyələşir. Biz dəfələrlə bununla bağlı bütün partiyalara müraciət etmişik ki, hər bir partiya həm nizamnamələrində, həm də “Siyasi partiyalar haqqında” Qanunda göstərildiyi kimi, ümumi gəlirləri haqqında hesabat verməlidir. Aidiyyəti orqanlar qarşısında hesabatdan boyun qaçırsalar da, heç olmasa, ictimaiyyət, mətbuat orqanları qarşısında bir hesabat verməlidirlər. Təəssüflər olsun ki, Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya maliyyə mənbələri haqqında ictimaiyyətə hər hansı bir açıqlama verməyib. Bu da onu göstərir ki, həmin partiyanın maliyyələşməsi hansısa qaranlıq mənbələr hesabına həyata keçirilir ki, bu baxımdan da bunlar o açıqlamanı vermirlər. çünki əgər şəffaflıqdan danışırıqsa, hər bir partiya necə maliyyələşdiyini göstərməlidir və Yeni Azərbaycan Partiyasının bütün dövriyyəsi, istər rayon-şəhər təşkilatlarında, istər mərkəzi qərargahda hamısı bank vasitəsilə həyata keçirilir. Yəni üzvlük haqları bank vasitəsilə partiyanın hesabına köçürülür. Onun müəyyən hissəsi partiyanın mərkəzinə, digər hissəsi isə rayon-şəhər təşkilatlarının öz ehtiyaclarının həll olunması üçün onların hesabına köçürülür və saxlanılır.
- ümumiyyətlə, hansı siyasi partiya dövlət tərəfindən maliyyələşməlidir?
- çəkinmədən deyə bilərəm ki, partiyamız gələcəkdə dövlət tərəfindən də maliyyələşsə, yenə də hər şey şəffaf şəkildə ortaya qoyulacaq. Amma mən qorxuram ki, həmin partiyalar bu vəsaitlərin də qanunsuz mənimsənilməsinə yol verəcəklər. Həmin partiyalardan hesabat tələb olunanda Avropa Şurasından tutmuş bütün dünyaya səs-küy salacaqlar ki, dövlət onlara təsir göstərir. Halbuki o pullar vətəndaşların verdiyi vergilərin hesabına dövlət büdcəsindən ayrılır və onlar da vətəndaşlar qarşısında hesabat verməlidirlər. Vətəndaş bilməlidir ki, onun verdiyi vergilər hesabına maliyyələşən partiya o vəsaitləri vətəndaşın xeyri üçün hansı məqsədlərə sərf edir. Bu baxımdan, hesab edirəm ki, siyasi partiyaların bir çoxu buna hazır deyil, gələcəkdə onlar üçün bu məsələdə müxtəlif problemlər olacaq. çünki onlar indidən hansı mənbə hesabına maliyyələşirsə, bunu şəffaflığı təmin edib göstərməli və cəmiyyətə özünü sübut etməlidir ki, ondan sonra dövlət tərəfindən maliyyə dəstəyi alsın.
- Qarşıdan Xocalı soyqırımının ildönümü gəlir. Bununla bağlı YAP hansı tədbirləri nəzərdə tutub? Bəs Xocalı soyqırımının beynəlxalq aləmə tanıdılması işini necə qiymətləndirirsiniz?
- Yeni Azərbaycan Partiyası bütün dünya ölkələrinə, onların parlamentlərinə, ayrı-ayrı ölkələrin senatlarına, senatorlara, parlament üzvlərinə, hətta Fransa Senatına, onun üzvlərinin hər birinə fərdi olaraq Xocalı soyqırımı ilə əlaqədar, faciə ilə bağlı müxtəlif şəkillər, Xocalı haqqında ingilis, fransız dillərində informasiya hazırlayaraq göndərib. O cümlədən Yeni Azərbaycan Partiyası ilə əlaqədə və iqtidarda olan xarici ölkələrin siyasi partiyalarına müraciətlər göndərilib ki, Xocalı soyqırımı onların parlamentində müzakirə olunsun və tanınsın. Bir neçə ölkənin parlamentində artıq Xocalı soyqırımı tanınıb və bunu davam etdirmək lazımdır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

