/ / Son 15 ildə qazanılmış möhtəşəm uğurlar cənab İlham Əliyevi prezident seçkilərinin favoriti edib
Son 15 ildə qazanılmış möhtəşəm uğurlar cənab İlham Əliyevi prezident seçkilərinin favoriti edib
04.04.2018 [10:15]
Milli Məclisin deputatı Tahir Mirkişili www.yap.org.az satına müsahibə verib:
- Tahir müəllim, bildiyiniz kimi, aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Seçkiyə az vaxt qaldığı müddətdə təbliğat, təşviqat məsələlərini necə xarakterizə edərdiniz?
- Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da prezident seçkiləri ölkənin gələcək taleyinə təsir edən mühüm hadisədir. Prezidentliyə namizədlərin qanunla nəzərdə tutulmuş müxtəlif vasitələrlə təbliğat-təşviqat aparması seçkinin ən maraqlı mərhələlərindəndir. Seçkilərdə qeydiyyata alınmış 8 namizəd iştirak edir. İctimai Televiziyada onlar üçün pulsuz efir vaxtı ayrılıb. Bu, bütün seçiciləri əhatə edəcək təbliğat-təşviqat aparmağa imkan verir. Digər tərəfdən, hər bir namizəd seçicilərlə görüşmək, innovativ təbliğat üsullarından bəhrələnmək, informasiya kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə etmək istiqamətlərində də fəaliyyət göstərir. Ölkədə ictimai sabitliyin hökm sürməsi təbliğat-təşviqat aparmaq üçün bütün namizədlərə əlverişli şərait yaratmışdır.
- Təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlərdə iştirak edirsiniz. Görüşdüyünüz seçicilər 11 aprel seçkilərinə hazırdırlarmı? İnsanlarda seçki əhval-ruhiyyəsi nə yerdədir?
- Biz Yeni Azərbaycan Partiyası təbliğat-təşviqat qrupunun üzvləri olaraq artıq bütün istiqamətlərdə təbliğat işləri aparırıq. Həm internet məkanında yeni texnoloji vasitələrdən istifadə edərək, həm televiziyada debatlarda iştirak edərək, həm də əhali ilə birbaşa ünsiyyət quraraq insanları seçkilərdə aktiv iştirak etməyə və bizim partiyanın namizədi cənab İlham Əliyevə səs verməyə təşviq edirik. İnsanlar bu görüşlərə yüksək əhval-ruhiyyədə gəlirlər, aktiv iştirak edirlər, özləri də təşəbbüs göstərərək təşviqat fəaliyyətinə qoşulurlar.
Ümumilikdə deyə bilərəm ki, əhalidə seçkilərdə iştirak ilə bağlı yüksək əhval-ruhiyyə var. Vətəndaşlar öz seçimlərini etməkdə müstəqildirlər. Hər bir namizəd seçicilərin səsini qazanmaq üçün mübarizə aparır. Azərbaycanda indiyə qədər də keçirilən bütün seçkilərdə vətəndaşlar aktiv olaraq iştirak ediblər və öz vətəndaş mövqelərini ifadə ediblər. Əminəm ki, 11 aprel seçkiləri də seçici aktivliyi şəraitində keçəcəkdir. Seçicilərin əsas arzusu ölkəmizin daha da inkişafı, onun güclü, firavan olmasıdır ki, əminəm ki, bunu da təmin edə biləcək namizədə, bizim partiyanın namizədi cənab İlham Əliyevə səs verəcəklər.
- Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü kimi, necə hesab edirsiniz, beynəlxalq ictimaiyyətin Azərbaycandakı prezident seçkilərinə marağı nə dərəcədədir?
- Artıq seçkiləri müşahidə etmək üçün 312 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Bundan əlavə, qrafiklərin gərginliyinə baxmayaraq, ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 280 qısamüddətli müşahidəçisinin 11 aprel seçkilərini müşahidə etməsi beynəlxalq ictimaiyyətin Azərbaycanda keçirilən seçkilərə marağından xəbər verir. Müşahidəçilər bütün mərhələlərdə iştirak edirlər.
- Namizədlərin imkanlarını necə dəyərləndirirsiniz? Ümumiyyətlə, debatlardakı danışıqlar haqda fikirləriniz necədir?
- Siyasi texnoloqlar belə düşünürlər ki, prezidentliyə namizədlər təbliğat-təşviqat işini seçki dövründə deyil, illərlə aparmalıdırlar. Çünki belə mühüm bir posta seçilməkdən ötrü seçicilərin mütləq əksəriyyətinin rəğbətini qazanmaq üçün uzunmüddətli fəaliyyət tələb olunur. Və bu fəaliyyətin kulminasiya mərhələsi də seçkilərdəki təbliğat-təşviqat mərhələsidir. Hər bir namizəd də bu mərhələdə indiyə qədər ölkə və xalq üçün nə etdiklərindən və seçilərsə, nələr edəcəklərindən öz platformalarında bəhs edirlər.
Mənim müşahidələrim bundan ibarətdir ki, hər bir namizəd çıxışlarında buna çalışır. Televiziya debatlarını da insanlar maraqla izləyirlər, dünyanın bütün sivil ölkələrində olduğu kimi, bizdə də debatlar maraqlı keçir. Dövlət tərəfindən yaradılan şərait hər bir namizəd üçün bərabərdir. Amma bu heç də bütün namizədlərin sosial dayaqlarının bərabər olması anlamına gəlmir. Yeni Azərbaycan Partiyası regionda ən böyük partiyadır, bizim 700 mindən çox üzvümüz var, namizədimiz cənab İlham Əliyevin son 15 ildə ölkədə fəaliyyəti nəticəsində görülən nəhəng işlər və nəticələr göz qabağındadır. Və bu qazanılmış sosial, iqtisadi, hərbi uğurlar, təbii olaraq, Onu bu seçkilərin favoriti etmişdir.
- Tahir müəllim, belə fikirlər səslənir ki, seçkidən sonra ölkədə ciddi islahatlar həyata keçiriləcək. Siz özünüz 11 apreldən sonra ölkə adına müsbət mənada nə kimi dəyişikliklərin olacağını proqnozlaşdırırsınız?
- Cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının son qurultayında ölkəmizin inkişafı üçün iqtisadi və siyasi islahatların sürətlənməsinin vacibliyini bəyan etdi. Azərbaycanda artıq sürətli islahatlar aparılır, uğurlu nəticələr əldə olunur və bu yol ölkəmizin inkişaf yoludur. Mən əminəm ki, 11 aprel prezident seçkilərində YAP-ın namizədi qalib gələcək və cənab İlham Əliyevin Özünün də bəyan etdiyi kimi, islahatları daha da sürətləndirməklə Azərbaycanın daha da inkişafına, güclənməsinə və rifahına nail olacaqdır!
Xəbər lenti
Hamısına baxHadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13

