Mübariz Qurbanlı: Xankəndidə aeroportun açılması Azərbaycana qarşı təxribatdır
20.07.2012 [00:35]
- Xankəndidə aeroport işə salmağı planlaşdıran Ermənistan bu niyyəti ilə bağlı hansı məqsədləri güdə bilər?
- İrəvan bu məsələdə yalnız bir məqsədi - Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazisində yaradılmış özü-özünü elan edən qurumu beynəlxalq arenaya çıxarmaq niyyətini güdür. Bununla yanaşı, Ermənistan torpaqların işğalı faktını möhkəmləndirmək istəyir. Bununla əlaqədar olaraq rəsmi Bakı Azərbaycanın işğal edilmiş ərazisinin bir hissəsində aeroportun fəaliyyət göstərməsi faktı ilə razılaşa bilməz.
- Xankəndidə sözügedən aeroportun işə salınmamağı üçün Azərbaycan hansı addımları atmalıdır və ata bilər?
- Azərbaycan Beynəlxalq Mülki Aviasiya Təşkilatının üzvü qismində artıq bir neçə dəfə bəyan edib ki, işğal edilmiş ərazilər üzərində uçuşlar beynəlxalq sənədlərin norma və tələbləri ilə ziddiyyət təşkil edir.
Azərbaycanın işğal edilmiş ərazilərin üzərində uçuşlara yol verməmək məqsədilə ata biləcəyi addımlar müxtəlif ola bilər. Həm də, Azərbaycan artıq bəyan edib ki, işğal altında olan ərazilərin səmasında həyata keçirən uçuşları özünün hava məkanının pozulması kimi dəyərləndirəcək və bununla bağlı müvafiq addımlar atacaq. Bununla yanaşı, onu da qeyd etmək istəyirəm ki, hökumət işğal altında olan ərazilərin üzərində aparılan uçuşlara yol verilməməsi üçün istənilən sərt tədbirləri görmək səlahiyyətinə malikdir.
Ermənistan hakimiyyət orqanları və onların işğal edilmiş Azərbaycan ərazilərində yaratdıqları separatçı rejim rəsmi Bakının bəyanatlarının ciddilik səviyyəsini dərk etməlidirlər. Axı beynəlxalq hüququn tələblərinə uyğun olaraq, Azərbaycanın ölkənin hava məkanını pozmuş uçan aparatları vurmaq hüququ var. Buna görə də, BMT, ATƏT və Avropa Şurası vəziyyətin bu şəkildə inkişaf etməsinə yol verməməkdən ötrü müvafiq tədbirlər görməlidir. Hesab edirəm ki, Azərbaycan öz tərəfindən bu məsələni BMT və ATƏT müstəvisində də qaldırmalıdır. çünki Azərbaycanın işğal altında olan ərazilərinin üzərində uçuşların həyata keçirilməsinə yönələn hərəkətlər çox təhlükəlidir.
- Erməni tərəfinin bu cür hərəkətləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə necə təsir göstərə bilər?
- Əgər Xankəndi ilə İrəvan arasında hava əlaqəsi yaradılarsa, bu hazırkı dövrdə aparılan danışıqlara böyük xələl gətirməklə yanaşı, Ermənistanın beynəlxalq hüquq normaları, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qəbul etdiyi dörd qətnamə və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərə etinasız yanaşmasına növbəti sübut olacaq.
Bu hərəkətlər Azərbaycan və Ermənistanın münaqişənin həlli üçün apardıqları danışıqlar prosesinə bütünlüklə böyük zərbə vura bilər. Hesab edirəm ki, Ermənistana təzyiq göstərilərsə, bu ölkənin hakimiyyəti öz təxribatyönümlü niyyətlərindən imtina edəcək.
- Ermənistan tərəfinin Xankəndidə aeroport açmaq cəhdləri hərbi əməliyyatlara təhrik edə bilərmi?
- Şübhəsiz. İrəvanın Azərbaycanın işğal altında olan torpaqları üzərində uçuşlar təşkil etmək cəhdləri ümumiyyətlə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xətti zonasındakı vəziyyətə mənfi təsir göstərəcək. Yeri gəlmişkən, Azərbaycan işğal olunmuş torpaqlar üzərindən uçuşlar həyata keçiriləcəyi təqdirdə cavab tədbirləri görmək məcburiyyətində qalacaq ki, bu da öz növbəsində cəbhə xəttində gərginliyi artıra bilər. Beləliklə də, Azərbaycan təxribata sövq olunur.
- ATƏT-in Minsk qrupu həmsədrlərinin Xankəndidə hava limanının mümkün fəaliyyətinə mövqeyini necə qiymətləndirirsiniz?
- ATƏT-in Minsk qrupu həmsədrləri ziddiyyətli çıxışlar etmək əvəzinə, Xankəndiyə təyyarə uçuşlarının mümkünsüzlüyündən danışmalı idilər. çünki, İrəvanın niyyətlərində Xankəndi ilə hava əlaqəsinin qurulması və insanlar üçün gediş-gəlişin yüngülləşdirilməsi deyil, təxribat gizlənir. Bu təxribatlarda məqsəd isə Azərbaycanı bu və ya digər addımlar atmağa sövq etmək, Bakını çıxılmaz vəziyyətdə qoymaqdır. Lakin əminəm ki, Azərbaycan diplomatiyası bu vəziyyətdən çıxış yolu tapacaq.
Xəbər lenti
Hamısına baxAnalitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45

