Tolerantlıq nümunəsi!
02.02.2024 [10:30]
Azərbaycan dünyaya örnəkdir...
Azərbaycan tarix boyu bir çox ölkələrdən dini və milli tolerantlıq baxımından seçilib. Ölkəmiz hər zaman tolerantlıq modelinin dini və mədəni müxtəlifliyin harmoniyası kimi qəbul edilib. Etiraf edək ki, bu harmoniya ilə yaşamaq hər xalqa məxsus olmur. Ona görə də bu harmoniya Azərbaycan xalqının yüksək mədəniyyətinin göstəricisidir.
Ötən günlərdə Bakıda “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) təşkilatçılığı ilə keçirilən tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri iştirak ediblər.
İnsanlıq və gələcək naminə birgəyaşayış mütləqdir
Tədbirin moderatoru, BBMM-nin icraçı direktoru Rəvan Həsənov dəyirmi masanı giriş sözü ilə açaraq Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Azərbaycan xalqının da soyqırımından əziyyət çəkdiyini xatırladan icraçı direktor vurğulayıb ki, biz nə Holokostu, nə də Xocalını unutmayacağıq.
İslamofobiyanın, antisemitizmin bəzi Avropa ölkələrində geniş yayılmasının təəssüf doğurduğunu dilə gətirən R.Həsənov din və azadlıq amillərinin siyasiləşdirilməsinin yolverilməz olduğunu vurğulayıb. O, Azərbaycanda güclü yəhudi irsinin mövcud olduğunu, ölkəmizdə yəhudilərin sərbəst və müstəqil şəkildə yaşadıqlarını deyib. Bildirib ki, ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçiblər.
R.Həsənov diqqətə çatdırıb ki, tarixin qaranlıq məqamlarında yaşanmış hadisələr axıra qədər davam etməməlidir. İnsanlıq və gələcək naminə birgəyaşayış, dinc yanaşma mütləqdir.
Azərbaycan tolerantlığa böyük önəm verir
İsrailin ölkəmizdəki səfiri Corc Dik isə vurğulayıb ki, Azərbaycan multikulturalizm və tolerantlıq siyasəti ilə bütün dünyaya nümunə göstərir. Ölkəmizin hər zaman dinc yaşayışın tərəfdarı olduğunu bildirən diplomat Holokost qurbanlarının xatirəsinin anılmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. O, vurğulayıb ki, bu tədbirin təşkili Azərbaycanda tolerantlığa necə böyük önəmin verilməsinin göstəricisidir.
C.Dik azərbaycanlıların İkinci Dünya müharibəsində qəhrəmanlıqla vuruşduqlarını, alman faşizminə qarşı mübarizə apardıqlarını qeyd edib: “Çox təəssüf ki, yəhudilərə hələ də nifrət hissi bəsləyirlər. Bunu Fələstinin HƏMAS hərəkatının xalqımıza qarşı törətdikləri hadisələr də təsdiqləyir. Bu hərəkatın üzvləri insanları qətlə yetirir, uşaqlara, qadınlara işgəncələr verirlər. Bu qanlı cinayətin qarşısının alınması istiqamətində İsrail dövləti lazımi addımları atır. Eyni zamanda, dövlətimiz islamofobiya ilə mübarizəni də dəstəkləyir”.
Etnik təmizləmələrə o vaxt son qoyulacaq ki...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qeyd edib ki, bəşəriyyət olaraq Holokostdan dərs almamışıq. Əgər bəşəriyyət Holokostdan nəticə çıxarsaydı, Yuqoslaviyada Srebrenitsa qətliamı, Azərbaycanda Xocalı soyqırımı törədilməzdi. Onun sözlərinə görə, beynəlxalq hüquq antisemitizmin, islamofobiyanın qarşısını almaqda acizdir.
G.İsmayılov etnik təmizləmələri, soyqırımı kimi hadisələrin baş verməsini ədalətsizliyin, ikili standartların nəticəsi kimi qiymətləndirib: “Azərbaycan xalqı da ikili standartlardan əziyyət çəkir. XXI əsrdə yaşamağımıza baxmayaraq, Xocalı faciəsinin törədilməsi ancaq təəssüf hissi doğurur. Qətliamlara, etnik təmizləmələrə o vaxt son qoyulacaq ki, ədalət bərpa ediləcək, haqq-ədalət insanlara münasibətdə başlıca amil olacaq”.
Azərbaycanın da soyqırımından əziyyət çəkən xalqlardan biri olduğunu xatırladan Bakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev haqq-ədalətin sonda zəfər çaldığını, ölkəmizin 30 ilə yaxın davam edən işğala son qoyduğunu deyib.
Kinin, ədavətin çoxaldığını, ikili standartların hələ də davam etdiyini bildirən icma rəhbəri qeyd edib: “Maraqlıdır, Avropada indi nələr baş verir? Azərbaycan suverenliyini tam bərpa edəndən sonra ölkəyə qarşı təzyiqlər güclənib. Çox güman ki, onlar Azərbaycanın müstəqil siyasətini qəbul etmək istəmirlər”.
Roma Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete Holokostun bəşəriyyət üçün çox dəhşətli hadisələrdən biri olduğunu və tarix boyu ürəkağrısı ilə xatırlanacağını qeyd edib. Bildirib ki, qətliama, soyqırımına bəraət yoxdur. Onun sözlərinə görə, Holokost zamanı 6 milyondan çox yəhudi qırğına məruz qalıb ki, onlardan 1,5 milyonu uşaqlardır.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40

