Tolerantlıq nümunəsi
14.03.2023 [10:31]
Nicat Dilqəmli
Azərbaycan tarixin bütün dövrlərində dini dəyərlərə və müxtəlif dinlərin mənsublarına münasibətdə tolerantlıq nümunəsi olub. Ümumiyyətlə, dini və milli tolerantlığın multikultural cəmiyyətin əsasını təşkil etdiyini xüsusi olaraq vurğulamaqda fayda var. Bu mənada, ölkəmizin tolerantlıq nümunəsinin bütün dünya dövlətləri üçün parlaq bir nümunəyə çevrilməsi təsadüfi deyildir. Azərbaycan cəmiyyəti hər bir kəsin milli, etnik, dini ənənələrinə hörmətlə yanaşır. Prezident İlham Əliyev tərəfindən aparılan çoxşaxəli uğurlu siyasət nəticəsində bu gün ölkəmiz dünyanın əsas toleranatlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib. Azərbaycanda fəaliyyət göstərən icmaların hər birinə maddi yardımın ayrılması, bütün dinlərin nümayəndələrinə bərabər münasibətin göstərilməsi deyilənləri bir daha təsdiq edir. Bu yerdə Bakının mərkəzində 3 provaslav, 1 katolik kilsəsinin, 2 yəhudi sinaqoqunun fəaliyyət göstərməsi də xüsusi vurğulanmalıdır.
Ölkə başçımızın din xadimləri ilə mütəmadi görüşləri, müxtəlif dinlərin nümayəndələri ilə müzakirələr aparması Azərbaycan dövlətinin tolerantlığa, birgəyaşayışa xüsusi diqqət və hörmət bəslədiyinin növbəti təzahürüdür. Azərbaycanda nəinki xristianlıq və yəhudilik, dünyada yayılan digər dinlərin də fəaliyyəti üçün hər cür şərait yaradılıb. Hazırda Bakının mərkəzində erməni kilsəsində olan 5 min ədəbiyyat qorunub saxlanılır. Eyni zamanda, bu siyasət bölgələrdə də davamlı olaraq həyata keçirilir.
Sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi istiqamətində görülən işlərin dövlət siyasətinin əsas prioritetlərindən olduğunu dövlət başçımız da dəfələrlə öz çıxışlarında diqqətə çatdırıb. Dünən Roma Papası Fransisk Həzrətlərinə Tacqoyma Günü münasibəti ilə ünvanladığı məktubunda da Prezident bu məsələlərə toxunub. Dövlət başçımız Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsinin məmnunluq doğurduğunu vurğulayaraq ölkəmizin Müqəddəs Taxt-Tacda səfirliyinin təsis edilməsinin münasibətlərimizin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinin göstəricisi və Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələrinin inkişafına verdiyimiz önəmin bariz təzahürü olduğunu bildirib: “Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. Biz sivilizasiyalararası və dinlərarası dialoqun, multikulturalizm dəyərlərinin qorunub saxlanması və daim inkişaf etdirilməsi yolunda uzun illərdən bəri davam edən fəal və səmərəli əməkdaşlığımıza xüsusi əhəmiyyət veririk”.
Dövlət başçımız multikulturalizm və tolerantlığın xalqımızın həyat və yaşam tərzini özündə əks etdirən mühüm dəyərlər olmaqla yanaşı, Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən olduğunu da növbəti dəfə diqqətə çatdırıb: “Əsrlər boyu müxtəlif din və etiqadlara mənsub insanların mehribanlıq və qarşılıqlı hörmət şəraitində yaşadığı ölkəmizdə məscidlərin, sinaqoqların və kilsələrin yanaşı fəaliyyət göstərməsi bizim böyük tarixi nailiyyətimizdir. Azərbaycandakı katolik dini icmasının daim böyük diqqət və qayğı ilə əhatə olunması bunun əyani göstəricisidir”.
Azərbaycandakı multikultural mühit və tolerantlıq ənənələrinə daim yüksək qiymət verdiyinə görə Fransisk Həzrətlərinə təşəkkürünü bildirən dövlətimizin başçısı onun Azərbaycan və Müqəddəs Taxt-Tac arasında əlaqələrin inkişaf etdirilməsində və möhkəmləndirilməsində, səmimi dialoqumuzun genişləndirilməsində xidmətlərini xüsusi qeyd edib.
Əlamətdar bir gündə Roma Papasına möhkəm cansağlığı, xoşbəxtlik, xeyirxah və müqəddəs missiyasında uğurlar diləyən dövlətimizin başçısı Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında ümumbəşəri dəyərlərin təşviqi, insanlar arasında qarşılıqlı anlaşma və həmrəyliyin bərqərar olması istiqamətində əməkdaşlıq birgə səylər nəticəsində bundan sonra da müvəffəqiyyətlə davam edəcəyinə inandığını diqqətə çatdırıb.
Dünyanın bəzi ölkələrində dini və milli düşmənçilik meyillərinin artdığı, müharibələrin geniş vüsət aldığı bir dövrdə Azərbaycan təcrübəsi daha aydın şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Bu günə qədər uğurla reallaşan layihələr, görülən işlər və gələcək hədəflər dövlət tərəfindən əsas prioritet istiqamətlərdən biri olaraq müəyyən edilən tolerantlıq və multikulturalizmin gələcək mərhələlərdə daha da inkişaf edəcəyindən xəbər verir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

