Xarici mütəxəssislərin iştirakı ilə...
26.09.2025 [09:53]
Süni intellektlə bağlı mühüm konfrans keçiriləcək
İnformasiya texnologiyaları həyatımızın hər sahəsinə nüfuz edib və praktiki olaraq bütün sahələrdə inqilabi dəyişikliklərə səbəb olub. İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) inkişafı həmçinin sosial həyatımızda da ciddi dəyişikliklərə şərait yaradıb. İnsanlar artıq qlobal ölçüdə informasiya mübadiləsi aparır, mədəniyyətlərarası əlaqələr artır və müxtəlif dillərdəki insanlarla bir-birini başa düşmək asanlaşır. Eyni zamanda, müxtəlif sahələrdə təcrübə və bilik mübadiləsi də daha sürətli və effektiv hala gəlib. Bu gün İKT-nin inkişafında süni intellekt əsas amillərdən biridir və demək olar ki, bütün sahələrdə tətbiq olunur. Bu texnologiya sadəcə texnoloji dünyada deyil, həm də sosial, iqtisadi və mədəni sahələrdə dəyişikliklərə səbəb olub.
Süni intellektin İKT-dəki yeri və gələcəyi
Süni intellekt İKT-nin mərkəzi bir hissəsi halına gəlib, bu inkişafın qarşısı alınmazdır. Gələcəkdə süni intellektin daha da inkişaf etməsi ilə bağlı kompleks yanaşma tələb olunur. Son illər Azərbaycan xüsusən İKT və süni intellekt sahəsində bir sıra mühüm təşəbbüsləri həyata keçirir. Dövlət səviyyəsində bu sahəyə olan maraq müxtəlif strateji sənədlərdə və proqramlarda öz əksini tapır.
Bundan başqa, Azərbaycan özünün inkişaf etməkdə olan startap ekosistemi ilə də süni intellektin tətbiqi və təşviqi sahəsində addımlar atır. Dövlət, universitetlər və özəl sektor arasında əməkdaşlıq artmaqdadır və bu sahədə yeni innovativ həllərin yaranmasına şərait yaradılır. Süni intellektin daha da inkişaf etməsi üçün isə ölkələr arasında beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi, həmçinin etik və hüquqi məsələlərə ciddi yanaşma tələb olunur. Ölkəmiz bu istiqamətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək öz təcrübəsini genişləndirməyi hədəfləyib.
SOCGOV 2025
Oktyabrın 24-də Bakıda Gülüstan sarayında süni zəkanın sosial sahəyə tətbiqi ilə bağlı konfrans (SOCGOV 2025 Konfransı) keçiriləcək. Tədbirin məqsədi süni intellektin sosial idarəetmə sahəsində məsuliyyətli və insan-mərkəzli tətbiqini təşviq etməkdir.
Bu tədbir dövlət qurumlarını, texnoloji liderləri, yerli və xarici mütəxəssisləri bir araya gətirəcək və gələcəkdə xidmətlərin rəqəmsallaşdırılması, sosial innovasiyaların yayılması prosesində mühüm rol oynayacaq. Konfrans uzunmüddətli bir platformanın ilk addımı olacaq.
Konfransın təşkilatçılarından olan DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov bildirib ki, bu tədbir Azərbaycanda bir ilk olacaq: “Konfransın ideyası DOST Agentliyinin fəaliyyətindən irəli gəlir. Agentlik sosial sahədə innovasiyaların tətbiqi ilə mütəmadi məşğuldur və artıq Azərbaycan modeli təkcə ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük maraqla qarşılanır”.
Agentliyin əməkdaşı Sona Sadıxlının sözlərinə görə, tədbirdə könüllülər də fəal iştirak edəcəklər: “Hazırlıq prosesinə cəlb olunan gənclər beynəlxalq konfransın təşkilində təcrübə toplayacaq, müxtəlif təlim proqramlarında iştirak edərək ünsiyyət və kommunikasiya bacarıqlarını təkmilləşdirəcəklər. Onlar yerli və xarici qonaqlarla mütəmadi təmasda olmaqla şəxsi və peşəkar inkişafları üçün dəyərli təcrübə əldə edəcəklər”.
Qeyd edək ki, “SOCGOV” konfransında dünyanın 20-yə yaxın ölkəsindən nümayəndə iştirak edəcək. Tədbir vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar.
Süni intellekt əsaslı elektron resurs yaradılacaq
Azərbaycanda texnoloji investorlar və startaplar üçün süni intellekt əsaslı informativ elektron resurs yaradılacaq. Bununla bağlı İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC hazırlıqlara başlayıb.
Məlumata görə, məqsəd xarici istedadların ölkəyə cəlb edilməsini stimullaşdırmaqdır. Belə ki, texnoloji investorlar və startaplara münasibətdə Azərbaycandakı mövcud imkanları mərkəzləşdirilmiş qaydada təqdim etmək məqsədilə informativ internet səhifəsinin hazırlanması nəzərdə tutulur. Proses saytın texniki olaraq hazırlanması, məzmunun formalaşdırılması və real rejimdə ziyarətçi suallarının operativ cavablandırılması məqsədilə sahəvi süni intellekt əsaslı bot resursunun inteqrasiyasını əhatə edir.
Yeganə
Xəbər lenti
Hamısına baxDünya
27 Sentyabr 20:18
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26

