Heydər Əliyev və azərbaycançılıq məfkurəsi...
09.05.2025 [10:18]
Dövlətçilik tariximizdə silinməz izlər qoymuş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev ilə Azərbaycanın adı qoşa çəkilir. Ulu Öndərin anadan olmasının 102-ci ildönümü ərəfəsində azərbaycançılıq ideyasından söz açmaq yerinə düşər. Heydər Əliyev azərbaycançılıq ideyalarını hər şeydən uca tuturdu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizmə, təkcə bu dövlətin ərazisində yaşayanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrildi. Ulu Öndərin azərbaycançılıq ideologiyasının təməlində güclü Azərbaycan dövlətçiliyi prinsipi, ümumazərbaycançılıq qayəsi (vətəndaş birliyi və tolerantlıq ideyası) ədalətli və hamı üçün məqbul olan ictimai həyat normaları, ölkənin hər bir vətəndaşının Azərbaycan dövlətini öz güvənc yeri sayması, bu Vətəni özünün qürur mənbəyi hesab etməsi, başqa etnik-dini mənsubiyyəti olan vətəndaşlarla bəşəri birgəyaşayış qaydaları əsasında ünsiyyət qurması və s. ali dəyərlər dayanır. Bu ideologiyanın təməl prinsipləri Azərbaycan xalqının qədim milli-mənəvi dəyərlərinə əsaslanır. Azərbaycançılıq məfkurəsində əksini tapmış fəlsəfədə, eləcə də onu yaradan xalqın təfəkküründə etnik məhdudluq, dini dözümsüzlük, antihumanizm yoxdur - bu ideologiyanı məhz Ümummilli Lider Heydər Əliyev tam dolğun konsepsiya şəklinə salaraq onu yeni çalarlarla zənginləşdirdi və müasir Azərbaycanın milli ideologiyasına çevirdi.
Xalqının xilaskarı...
Milli Məclisin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Ulu Öndər Heydər Əliyev kimi dahilər min ildən bir doğulur və xalqının taleyində, tarixində silinməz izlər qoyur, ölkənin ən çətin, ağır dövründə xilaskar rolunu oynayır: “Azərbaycanı inkişaf etdirmək, şöhrətləndirmək, xalqın tükənməz potensialını üzə çıxarmaq Heydər Əliyevin ən böyük amalı idi. Bu dahi insan düşüncələri zəngin olduğu qədər də tükənməz enerjiyə malik idi. Heydər Əliyevi minlərdən, milyonlardan fərqləndirən üstün cəhət bu idi ki, o, Azərbaycanın inkişafı üçün zəruri olan məqamları görə bilirdi, qarşıya konkret məqsədlər qoyurdu və xalqı bu məqsədlər naminə birləşdirirdi”.
Milli inkişafımızın aparıcı amillərindən biri...
Millət vəkili qeyd edib ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasına mühüm önəm verirdi: “Azərbaycançılıq ideologiyası respublikamızda müxtəlif xalqların, konfessiyaların nümayəndələrinin ötən yüzilliklərdə olduğu kimi, qarşılıqlı anlaşma və harmoniya şəraitində yaşamasına və ölkənin gələcəyi naminə birgə çalışmasına zəmin yaradıb. Vahid milli ideologiya insanları cəmiyyətin tamhüquqlu üzvü olaraq özlərini topluma yararlı fərd kimi hiss etməyə, müəyyən məsuliyyət daşımağa və vətəndaşlıq borcunu yerinə yetirməyə ruhlandırır. Bu ideyanı daim aktual edən cəhətlərdən biri isə onun multikulturalizm prinsipi ilə uzlaşması və buna xidmət edən dövlət siyasətidir. Bildiyimiz kimi, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərə, dinlərə mənsub olan insanların mehriban şəraitdə birgə yaşadığı məkan olub”.
Ümummilli Lider hələ Azərbaycana birinci rəhbərliyi dövründə təhsilin inkişafına böyük önəm verirdi. Hələ SSRİ dövründə Heydər Əliyevin rəhbərliyi altında respublika hüdudlarından kənardakı ali məktəblərə gənclərin göndərilməsi, hərbi kadrların yetişdirilməsi, respublika Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması gələcəkdə milli müstəqillik üçün zəruri intellektual zəmin yaradıb. Millət vəkili vurğulayıb ki, dahi öndər cəmiyyətin inkişaf zəminini düzgün olaraq təhsildə və maarifçilikdə görürdü.
Milli birlik, tarixi qələbə...
Bəli, hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Millət vəkili vurğulayıb ki, xalqımız azərbaycançılıq ideologiyasının əhəmiyyyətini II Qarabağ müharibəsi zamanı daha açıq şəkildə gördü. Müzəffər Ali Baş Komandanın bir çağırışı ilə Azərbaycan gəncliyi öz torpaqlarını işğaldan azad etmək üçün səfərbər oldu: “Azərbaycançılıq ideologiyası vətəndaş-dövlət vəhdətinin daha da möhkəmlənməsinə yol açır. Hər bir vətəndaşın fəaliyyətinin mərkəzində Azərbaycan dövləti, dövlətin maraqları dayanır. Bu məqam isə ölkənin möhkəm ideoloji əsaslara dayanaraq inkişaf etməsini şərtləndirir. Azərbaycan çoxmillətli dövlətdir və biz hər zaman bununla fəxr etmişik. Azərbaycanda yaşayan xalqlar heç bir zaman diskriminasiyaya uğramayıb və birgəyaşayış bizim həyat tərzimizə çevrilib. Bütün vətəndaşlarımız tam bərabərhüquqludur. Bu yüksək fəaliyyətin əsasında da məhz azərbaycançılıq ideologiyası dayanır. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri çiyin-çiyinə bu ölkəni, dövləti, torpağı qorudu, onun uğrunda canından keçdi. Bu gün hər bir azərbaycanlı həmrəyliyin və milli birliyin önəmini dərk edir və bu sərvəti əziz tutur. Məhz bu ideoloji əsasla hər bir çətinliyin öhdəsindən gəlmək, Azərbaycanın davamlı inkişafını təmin etmək və daha böyük uğurlar əldə etmək mümkündür”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxMaraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44

