NASCO XXVII...
14.12.2024 [11:54]
Elmi konfransının plenar iclası keçirilib
Bu günlərdə Sumqayıt Dövlət Universitetində (SDU) Doktorantların və gənc tədqiqatçıların XXVII Respublika elmi konfransının (NASCO XXVII) plenar iclası baş tutub. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, bir sıra nüfuzlu ali məktəblərin rektorları, tanınmış alimlər, gənc tədqiqatçılar iştirak ediblər.
287 tezisdən 251-i qəbul olundu
Konfransda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev 27-ci dəfə keçirilən konfransın gənc alimlərə böyük imkanlar yaratdığını vurğulayıb. Nazir bildirib ki, hazırda müasir təhsil infrastrukturunun yaradılması, universitetlərdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi və elmi-tədqiqat fəaliyyətlərinin gücləndirilməsi bu sahədəki əsas prioritetlərdəndir. Plenar iclasdan sonra konfrans öz işini bölmələr üzrə davam etdirib. Konfransa 287 tezis daxil olub, onlardan 251 tezis qəbul olunub.
Elmimizin gəncləşməsinə ehtiyac var
Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycan elminin gəncləşməyə böyük ehtiyacı var. Nazirin sözlərinə görə, akademik dürüstlük olarsa, akademik nailiyyətlər də daha yaxşı olacaq: “Dürüst insan başqasının əməyini oğurlayıb öz əməyi kimi təqdim etmirsə, bu, çox böyük akademik nailiyyətdir. Elm sahəsində dövlət tərəfindən həqiqətən də bir neçə vacib addımlar atılıb. Hazırda xaricdə 280-ə qədər azərbaycanlı dünyanın aparıcı universitetində doktorantura təhsili alır. Hər il 500 gənc xaricdə təhsilə göndərilir: “Bu il 20 faizə qədər gəncin doktorantura təhsili üçün xaricə göndərilməsi maliyyələşdiriləcək. Bu, o deməkdir ki, xaricdə təhsil alan doktorantların sayı artacaq”.
E.Əmrullayev həmçinin vurğulayıb ki, yaxın gələcəkdə doktoranturaya qəbul planında müəyyən korreksiyalar edilməsi planlaşdırılır: “Doktoranturada oxuyanların 10 faizi bu təhsilə başlayıb sonda elmi dərəcə alıb. Buna görə də bu məsələ iki tərəfdən tənzimlənməlidir. Bir tərəfdən, saylara bir daha baxmalıyıq. Bütün ali təhsil müəssisələrində doktorantura proqramı olmalıdır deyə bir reallıq yoxdur. Əgər müəssisə 10 doktorantura hazırlayırsa, onlardan 1-i təhsili yekunlaşdıraraq elmi dərəcə alırsa, burada müəssisənin də rolu var. Bu rəqəm 10-da birdən azdırsa, artıq nazirlikdən incimək lazım deyil. Biz bu istiqaməti düzgün sayırıq”.
SABAH qruplarının yeni modeli hazırlanır
Nazir həmçinin qeyd edib ki, hazırda ali məktəblərdə yaradılan SABAH qruplarının yeni modeli üzərində işlənilir. Onun sözlərinə görə, ənənəvi SABAH qrupları 2015-ci ilin reallığına uyğun yaradılmışdı: “O zaman Təhsil Nazirliyi hesab edirdi ki, keyfiyyəti daha yaxşı idarə etmək üçün ayrıca, xüsusi istedadlar qrupu yaradılsın. SABAH-ın məzunlarının bütün göstəriciləri yüksəkdir, amma ali məktəblər də bu dövrdə böyük yol keçdi və ona görə də yeni SABAH qrupları yaradılmalıdır”.
“Ən böyük problemimiz budur...”
E.Əmrullayev məktəblərdə pul yığılması ilə bağlı iddialara münasibət bildirib. Nazir qeyd edib ki, məktəblərdə hazırda sistematik şəkildə pul yığılmır, sadəcə müxtəlif zamanlarda ayrı-ayrı təhsil müəssisələrində bu kimi hallarla bağlı şikayətlər olur və dərhal araşdırılır. Onun sözlərinə görə, burada iki məsələ xüsusi qeyd olunmalıdır: “Birincisi, pul yığılması məsələsi yolverilməz haldır və bu, dəfələrlə deyilib. Çünki təhsil sistemi böyükdür. Azərbaycanda fəaliyyət göstərən 4 400 məktəbin hər hansı birində bu hal baş versə, onu araşdırır və mübarizə aparırıq. Həmçinin rüşvət və bu kimi digər iddialar sonda cinayət xarakteri daşıdığı üçün hüquq-mühafizə orqanları tərəfindən də araşdırılmasının və müvafiq adamların müvafiq cəza almasının tərəfdarıyıq”.
“Bir müəllimin və məktəbin belə fəaliyyətini bütün təhsil ocaqlarına şamil etmək düz yanaşma deyil. Söhbət bir məktəbdən gedirsə, təbii ki, nəticə barədə ictimaiyyətə məlumat verilir. Hazırda ən böyük problemimiz vətəndaş qəbulunda yaşanan anlaşılmazlıqdır. Çünki vətəndaşın şikayəti əsasında sübut olmadıqda, bunu təsdiq etmək çətindir. Bu halda cəza tədbiri görüləndə, direktor məhkəmə yolu ilə öz işinin bərpasını tələb edir. Çalışırıq ki, bu tip məsələlərdə hüquqi prosedurları pozmayaq”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07

