Boşanma sayında təhlükəli artım...
09.04.2024 [11:05]
Səbəblər nədir?
Y.SAHİB
Son statistik rəqəmlərə görə, təkcə mart ayında Azərbaycanda 1729 boşanma halı qeydə alınıb. Ötən ay ailə həyatı quran cütlüklərin sayı 3657 olub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,6-dan 4,2-yə düşüb, boşanmaların sayı isə 1,6-dan 2-yə qədər artıb. Ötən ay üzrə təqdim olunan statistikadan belə nəticəyə gələ bilərik ki, ölkədə hər 3 evlilikdən biri boşanma ilə yekunlaşıb.
Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da boşanma hallarının sayı sürətlə artıb. Məsələn, 2010-cu ildə boşanan şəxslərin rəsmi sayı 9061 nəfər idisə, 2023-cü ildə bu say 20 minə yaxındır. Yəni, son 10 il ərzində boşananların sayında 2 dəfədən çox artım baş verib. Başqa bir statistik məlumata görə, 2013-2023-cü illər ərzində ümumilikdə 163 min boşanma faktı qeyd alınıb.
Aparılan təhlillərə görə, Azərbaycanda ailə bağlarının qopmasının əsas səbəbi kimi, tərəflər arasında sevgi və qarşılıqlı anlaşmanın olmaması, insanların fərqli maraq və düşüncələrə malik olması, xəyanət, maddi problemlər, ailədə inamsızlıq, kənar şəxslərin ailəyə etdiyi müdaxilələr göstərilir.
10 ildən çox evli qalanlar...
Statistikaya əsasən, Azərbaycanda ailələr daha çox 5 və 5-9 illik nikahdan sonra boşanırlar. 10 ildən artıq müddətdə evli qalan cütlər arasında boşanma hallarına daha az rast gəlinir. Belə qənaətə gəlmək olar ki, birgə yaşama müddəti artdıqca, ailəni möhkəmləndirən səbəblər və ya faktorlar çoxalır, bağlar daha da möhkəmlənir. Bu səbəbdən də yuxarı yaş qrupunda boşanma halları azalır. Yaş aralığına baxsaq görərik ki, ən çox boşanma halları 18-24 və 25-29 yaşlarda baş verir.
Beynəlxalq araşdırmalara görə, dünya miqyasında boşanmaların ən çox yayılmış səbəbləri aşağıdakılardır:
Sevginin olmaması
Boşanma üçün müraciətin ən çox yayılmış səbəbi cütlər arasında sevgi arzusunun bitməsi göstərilir. Dünya miyqasında boşanan şəxslərin 47%-i aralarındakı sevginin bitdiyini və bunun onların ayrılmasına səbəb olduğunu bildirir.
Ünsiyyət problemləri
Boşanma hallarının 44%-i isə ünsiyyət problemi ilə bağlıdır. Xüsusilə cütlüklərin bütün problemlərini, xoşbəxtliklərini və istəklərini bir-birləri ilə danışaraq, bir-birlərini anlamağa çalışaraq həll etmələri xoşbəxt münasibətin əsas sirri kimi göstərilir.
Qarşılıqlı hörmətin itməsi
Boşanmaların üçüncü ən populyar səbəbi cütlər arasında hörmətin olmaması və etibarın itirməsidir.
Ortaq dil tapa bilməmək
Sağlam bir münasibətdə cütlər bir-birləri ilə harmoniyada böyüyür və dəyişirlər. Araşdırmada qeyd olunur ki, boşanmaların ən çox görülən səbəbi cütlüklərin ortaq dil tapa bilməmələri olub.
Ailədə şiddət
Boşanma statistikasına nəzər saldıqda şiddət qadınlar tərəfindən ən çox rast gəlinən boşanma səbəbidir.
Maddi sıxıntılar
Evlilik dövründə işini itirmə, iflasa uğrama, yığılan borclar və s. bu kimi halların evliliyə böyük təsiri olur. Ailənin gündəlik xərcini qarşılaya bilməmək, uşaqlı evlərdə uşaqların ehtiyaclarının qarşılanmasını təmin etməyi bacarmamaq kimi mənfi hallar evliliyi bitirməyə səbəb olur.
Övladın olmaması
Uşaq arzulanan ailədə uşaq sahibi olmamaq bir müddət sonra münasibətlərdə rahatlığın olmamasına, cütlüklərin bir-birinə xor baxmasına, sevgi və hörmətin aradan qalxmasına yol açaraq boşanmaya səbəb olur.
Alkoqol, qumar, psixoloji problemlər
Tərəflərdən birinin yaşadığı böhran və psixoloji problemlər də evliliyin bitirilməsinə səbəb ola bilər. Bura - narkotik maddədən istifadə, alkoqol, qumar və bu qəbildən olan digər səbəblər daxildir.
Qeyd edək ki, boşanma halları dinlər üzrə də müxtəliflik təşkil edir. Hazırda xristian dininə mənsub olan şəxslər arasında boşanma faktları daha yüksək həddədir. Xristianlarda boşanma göstəricisi - 37%, buddistlərdə - 30%, yəhudilərdə - 28%, müsəlmanlarda - 20%-dir.
Ölkələr üzrə boşanma faizləri...
Ölkələr üzrə baxsaq, hazırda inkişaf etmiş ölkələrdə boşanma halları inkişaf Etməkdə olan ölkələrlə müqayisədə daha çoxdur. Bəzi ölkələrdə boşanma göstəricisi aşağıdakı kimidir:
Lüksemburq 87%, İspaniya 65%, Fransa 55%, Rusiya 51%, ABŞ 46%, Almaniya 44%, Böyük Britaniya 42%, Yeni Zelandiya 42%, Avstraliya 38%, Kanada 38%, Hindistan 1%, Çili 3%, Kolumbiya 9%, Meksika 15%, Türkiyə 22%, İran 22%.Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34

