Aİ-dən Azərbaycana dəstək...
08.02.2022 [10:29]
Qurumun ayırdığı 2 milyard avro hansı layihələr üçün nəzərdə tutulub?
Mübariz ABDULLAYEV
Avropa İttifaqı (Aİ) Azərbaycana 2 milyard avroluq maliyyə paketi ayırıb. Fevralın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Aİ-nin qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüş zamanı bu məsələ müzakirə olunub. Komissar iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edib.
Ümumiyyətlə, bu gün Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yüksək səviyyədə qarşılıqlı anlaşma mövcuddur. İndiyədək respublikamızla Aİ-də təmsil olunan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında müqavilələr imzalanıb ki, bu da qarşılıqlı inamın artmasında, əməkdaşlığın yeni istiqamətləri əhatə etməsində mühüm rol oynayır. Ölkəmizlə Aİ arasında münasibətlər qarşılıqlı dəstəyə və qarşılıqlı istəyə əsaslanır. Azərbaycan “qoca qitə” üçün çox mühüm aktora çevrilib. Öz növbəsində, Avropa İttifaqı da Azərbaycanın regionda roluna və önəminə böyük qiymət verərək ölkəmizlə əməkdaşlığı bundan sonra da inkişaf etdirmək niyyətindədir.
Əməkdaşlığın prioritet istiqaməti - enerji sektoru
Azərbaycanla Avropa İttifaqı arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Müxtəlif istiqamətlərdə qurulan əməkdaşlığın prioritet istiqamətini isə, heç şübhəsiz ki, enerji sektoru təşkil edir. Azərbaycan Aİ məkanına daxil olan ölkələrin enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Ölkəmizin təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP 2020-ci ilin dekabrında istifadəyə verildikdən sonra bu töhfələrin miqyası daha da genişlənib. Məlumdur ki, indiyədək Avropanın ayrı-ayrı ölkələri özlərinin neft və neft məhsullarına olan tələbatının təxminən 40 faizini respublikamızdan idxal hesabına ödəyiblər. TAP tamamlandıqdan sonra Azərbaycan Avropaya həm də qaz ixrac etməyə başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak edən Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığa dair birgə bəyanatın imzalanmasından 10 ildən artıq müddətin keçdiyinə xüsusi diqqət çəkib. Dövlət başçımız Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində həyata keçirilən əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu və bunun Cənub Qaz Dəhlizi çərçivəsində də davam etdirildiyini bildirib.
Avropanın enerji təhlükəsizliyində rolu artan Azərbaycan neft nəqlində olduğu kimi, “qoca qitə”nin “mavi yanacaq” təchizatında da özünü etibarlı tərəfdaş kimi təsdiqləyir. İndiyədək respublikamızın müqavilə öhdəliklərini bir dəfə də olsun pozması faktına rast gəlinməyib. Avropanın yeni qaz böhranı ilə üzləşdiyi indiki dövrdə Azərbaycanın həm yeni mənbə, həm də diversifikasiya edilmiş nəql marşrutuna malik təchizatçı kimi önəmi ikiqat artıb. İndi Avropada Azərbaycanın təşəbbüsü və qərarı əsasında Cənub Qaz Dəhlizinin yaradılmasının nə qədər böyük strateji önəm daşıdığı diqqətə çatdırılır. Yeri gəlmişkən, bu barədə fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında da ətraflı bəhs olundu. Təxminən 3500 kilometr məsafədə uzanan Cənub Qaz Dəhlizi dörd mühüm seqmentdən ibarətdir. Bunlar “Şahdəniz” yatağının “Faza - 2” mərhələsində işlənməsindən, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsindən, TANAP və TAP kimi layihələrdən ibarətdir. Layihənin icrasında iştirak edən 7 ölkənin, həmçinin əksər beynəlxalq maliyyə qurumlarının birgə səyləri sayəsində Cənub Qaz Dəhlizinin bütün seqmentləri üzrə işlər yüksək səviyyədə tamamlanıb. “Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub. Əminəm ki, komandamızın üzvü olan Albaniya da öz qazpaylayıcı şəbəkəsini tamamlayan kimi Azərbaycan qazını əldə edəcək”, - deyə Prezident İlham Əliyev bəhs olunan toplantıdakı çıxışında bildirib.
Yeni iqtisadi sərmayə planı
Enerji sektoru Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeganə istiqaməti deyil. Hər iki tərəfin siyasi iradəsinə və qarşılıqlı inama əsaslanan əməkdaşlıq çoxvektorludur. Avropa İttifaqının qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi Bakıda keçirdiyi görüşlərdə Aİ üçün Azərbaycan ilə tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. O.Varhelyi Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib. Xarici işlər nazirliyində keçirilən görüşdə tərəflər regional təhlükəsizlik, enerji tərəfdaşlığı, iqtisadi əlaqələr, həmçinin nəqliyyat və bağlantılar, sektoral əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi üzrə fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycan və Aİ arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tamamlanmasının əhəmiyyəti qarşılıqlı şəkildə ifadə edilib.
Yeri gəlmişkən, ekspertlər də, Aİ-nin yüksəksəviyyəli rəsmisinin bəyan etdiyi iqtisadi sərmayə planının önəmini yüksək dəyərləndirirlər. “Yeni Azərbaycan”a danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yeni mərhələyə qədəm qoyur. “Plan Azərbaycan və xüsusən ölkədə özəl sektor üçün yeni sərmayə imkanları deməkdir. Buraya iqtisadiyyatın şaxələnməsi daxil olmaqla yaşıl iqtisadiyyatın və kommunikasiyaların inkişafı kimi layihələr daxildir”.
Millət vəkilinin sözlərinə görə, artıq planın icrasına başlanılıb. Belə ki, Avropa Yenidənqurma və İnkişaf Bankı aqrar biznesin və bölgələrdə fəaliyyət göstərən kiçik və orta müəssisələrin dəstəklənməsi üçün 12 milyon avro vəsait ayırır. Vüqar Bayramov 2 milyard avronun hansı layihələrə ayrılması məsələsinə də aydınlıq gətirib. “Vəsait kiçik və orta biznesə, habelə tədqiqat və inkişafa dəstək, suyun təmizlənməsi, yaşıl enerji, bərpa olunan energetika, kommunikasiyalar kimi sahələrə ayrılacaq”, - deyə millət vəkili vurğulayıb.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

