Böyük Qayıdışa doğru daha bir addım...
03.02.2022 [10:13]
Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanıldı
Mübariz
Bu günlərdə işğaldan azad edilmiş ərazilərdə yeni infrastruktur obyektlərinin - Bərdə-Ağdam dəmir yolunda stansiyaların tikintisinə başlanılıb. Bu barədə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Nəqliyyat, rabitə və yüksək texnologiyalar üzrə İşçi Qrupundan məlumat verilib.
Müharibənin başa çatmasından sonra təxminən 10 min kvadratkilometri əhatə edən böyük bir ərazidə başlanan bərpa işlərinin əsas istiqamətini şəhər və kəndlərin, yolların keçəcəyi ərazilərdən minaların təmizlənməsi və təmizlənmiş ərazilərdə müasir infrastrukturun qurulması təşkil edib. Azərbaycan dövləti nəzərdə tutulan layihələrin icrasına lazımi qədər vəsait ayırır. İşğaldan azad edilmiş ərazilərin bərpası məqsədilə 2021-ci ildə dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrıldı. Cari ildə də işğaldan azad olunmuş ərazilərdə layihələrin reallaşdırılmasına eyni məbləğdə maliyyə vəsaitinin yönəldilməsi nəzərdə tutulub.
Bütövlükdə, bərpa işləri müxtəlif istiqamətləri əhatə edir. Buraya minalardan təmizlənmiş ərazilərdə elektrik verilişi xətlərinin çəkilməsi, su elektrik stansiyalarının tikintisi, ekoloji tarazlığın bərpası, su layihələrinin icrası və digər istiqamətlər daxildir. Ötən il, həmçinin yaşayış məntəqələrinin bərpasına start verilib. İşğaldan azad edilmiş ərazilərdə şəhər və kəndlərin bərpası “ağıllı kənd”, “ağıllı şəhər konseptinə uyğun həyata keçirilir. Artıq Zəngilan rayonunun Ağalı kəndində müasir yanaşmalar əsasında inşa olunan ilk “ağıllı kənd” layihəsinin icrası tamamlanmaq üzrədir. Növbəti “ağıllı kənd”in tikintisin Füzuli rayonunda reallaşdırılması nəzərdə tutulub. Eyni zamanda, ötən il Ağdam, Şuşa kimi şəhərlərin bərpasına başlanılıb. Şəhərlərin və kəndlərin bərpası əvvəlcədən Azərbaycanın memarlıq ənənələri nəzərə alınmaqla hazırlanan layihələr əsasında reallaşdırılır.
İşğaldan azad olunmuş ərazilərdə ötən bir il ərzində görülən bərpa işlərinin sırasında yüksək səviyyəli yol-nəqliyyat infrastrukturunun qurulması xüsusilə diqqət çəkir. İşğaldan azad olunmuş ərazilərdə beynəlxalq səviyyəli üç hava limanının yaradılması planlaşdırılıb. Onlardan biri - Füzuli Beynəlxalq Hava Limanı ötən il istifadəyə verildi. Digər iki beynəlxalq səviyyəli hava limanının inşası isə Zəngilan və Laçında həyata keçirilir. 2021-ci ildə, həmçinin Şuşaya çəkilən Zəfər yolunun inşası tamamlandı. Hazırda Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşaya ikinci yolun çəkilməsi uğurla davam etdirikir. İcra olunan digər yol layihələri tamamlandıqdan, o cümlədən Murovda çəkilən tunellər istifadəyə verildikdən sonra işğaldan azad olunmuş ərazilərə yüklərin daşınması və insanların gediş-gəlişi asanlaşacaq.
İşğaldan azad edilmiş ərazilərdə yeni infrastruktur obyektlərinin inşası yenidən qurulan Bərdə-Ağdam dəmir yolunda Köçərli və Təzəkənd stansiyalarının inzibati binasının və sərnişin platformasının tikintisini əhatə edir. Xatırladaq ki, dövlət başçısının 24 noyabr 2020-ci il tarixli Sərəncamına əsasən, Bərdə-Ağdam dəmir yolu xəttinin tikinti-quraşdırma işlərinə 2020-ci ilin dekabr ayının əvvəlində start verilib. Yolun ox üzrə uzunluğu 47,1 km-dir. Layihə çərçivəsində dörd ədəd stansiyanın, üç ədəd körpünün, bir ədəd yolötürücünün, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin və ümumilikdə 127 ədəd süni mühəndisi qurğunun tikintisi planlaşdırılır. Tikinti işləri iki mərhələdə həyata keçirilir. Birinci mərhələ Bərdə-Köçərli-Təzəkənd stansiyalarını əhatə etməklə 20,78 km, ikinci mərhələ isə Təzəkənd-Ağdam stansiyalarını əhatə etməklə 26,32 km təşkil edir. Birinci mərhələ üzrə dəmir yolu xəttinin torpaq yatağının tikintisi işlərinə 2020-ci ilin dekabr ayında, süni qurğuların tikintisinə 2021-ci ilin fevral ayında, yolun üst quruluşu elementlərinin tikintisinə isə 2021-ci ilin avqust ayında başlanılıb.
Artıq birinci mərhələ üzrə torpaq işləri 98% yerinə yetirilib, həmçinin 35 ədəd suötürücü boru, iki ədəd körpü, səkkiz ədəd ehtiyat keçidi tam tikilib. 16,8 km dəmir yolunun üst quruluşu elementləri və 18 ədəd yoldəyişdirən qurğu quraşdırılıb. Köçərli və Təzəkənd stansiyalarının inşası da birinci mərhələ çərçivəsində aparılır. Ümumilikdə birinci mərhələ üzrə tikinti-quraşdırma işləri 65% yerinə yetirilib. İkinci mərhələ üzrə dəmir yolu xətti minalandığından tikinti-quraşdırma işləri minatəmizləmə prosesinə paralel həyata keçirilir. Bərdə-Ağdam dəmir yolunun tikintisinin gələn il yekunlaşdırılması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

