/ / Yeni vergi sisteminin inzibatçılığı əsasən fərdi yanaşma və vergi partnyorluğu prinsiplərinə söykənir
Yeni vergi sisteminin inzibatçılığı əsasən fərdi yanaşma və vergi partnyorluğu prinsiplərinə söykənir
11.03.2017 [10:45]
Azərbaycanda Amerika Ticarət Palatasının və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransı keçirilib
Martın 10-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi “Şəffaflığa doğru birlikdə” mövzusunda vergi konfransı keçirilib. Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Azərbaycanda Amerika Ticarət Palatasının icraçı direktoru Natəvan Məmmədova təşkilatın Azərbaycanın dövlət qurumları ilə apardığı konstruktiv dialoqdan məmnunluğunu bildirərək, bu konfransın da görülən işlərin növbəti bariz nümunəsi olduğunu qeyd edib. O bildirib ki, ölkəyə yatırılan investisiyaların 80 faizi 250-dən artıq yerli və xarici şirkəti özündə birləşdirən bu Palatanın payına düşür.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycanda dayanıqlı, çevik vergi sisteminin yaradıldığını və bu sahədə həyata keçirilən islahatların artıq müsbət nəticələr verdiyini vurğulayıb. Vergi qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə Vergi Məcəlləsində ciddi dəyişikliklər aparıldığını və vergi inzibatçılığının təkmilləşdirildiyini diqqətə çatdıran Z.Səmədzadə Azərbaycan iqtisadiyyatının inkişaf etməsində və ölkəmizin maliyyə qüdrətinin yüksəlməsində vergi sisteminin böyük əhəmiyyəti olduğunu, vergilərin ilbəil artmasının ölkəmizdə güclü maliyyə bazasının formalaşmasına şərait yaratdığını, aparılan islahatların ölkədə biznes fəallığının, sahibkarlıq subyektlərinin sayının və iqtisadiyyatın qeyri-neft sektorundan daxil olan vergilərin artmasına səbəb olacağını bildirib.
Vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov qeyd edib ki, Vergilər Nazirliyi vergi siyasətinin və vergi inzibatçılığının təkmilləşdirilməsində, vergi ödəyicilərinə yeni xidmətlərin təqdim edilməsində, bütövlükdə biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində sahibkarların ictimai təşkilatları ilə müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, qanunvericiliyə dəyişikliklər edilərkən ölkədə fəaliyyət göstərən yerli və xarici biznes strukturlarının rəylərini nəzərə almağa, hər bir təklifə diqqətlə yanaşmağa çalışır.
Nazir AmCham-la birlikdə keçirilən vergi konfranslarının artıq ənənəyə çevrildiyini vurğulayaraq, bu görüşlərin vergi orqanları ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsində və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsində müstəsna rol oynadığını, AmCham-la Vergilər Nazirliyinin münasibətlərinin səmərəli tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib.
“Şəffaflığa doğru birlikdə” adı altında təşkil olunan vergi konfransının devizinin müasir çağırışlara söykəndiyini vurğulayan F.Məmmədov Vergilər Nazirliyinin ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması, vergi qanunvericiliyinin təkmilləşdirilməsi prosesində sahibkarlıq subyektləri ilə birlikdə şəffaf və tərəfdaşlıq münasibətlərin qurulması niyyətlərini açıq bəyan etdiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Vergilər naziri vergi orqanlarında administrasiyanın təkmilləşdirilməsi və təşkilati strukturunun transformasiyası istiqamətində aparılan islahatlarla bağlı məlumat verərək bildirib ki, yeni vergi sisteminin inzibatçılığı iki mühüm prinsipə söykənən müasir baxış bucağı üzərində qurulub. Bunlardan birincisi və ən önəmlisi “fərdi yanaşma” prinsipidir. Yeni dönəmdə vergi administrasiyasının ilkin vəzifəsi hər kateqoriya vergi ödəyicisinə ona uyğun yanaşmalar formalaşdırmaqdan ibarətdir. Burada əsas yanaşma kiçik və orta sahibkarlıq subyektləri ilə, iri və xüsusi rejimli müəssisələrlə iş prinsiplərini ayırmaq, hər bir sahibkarlıq qrupuna fərdi yanaşmanı təmin etmək, fiskal və inzibatçılıq yükünün düzgün bölüşdürülməsini təmin etməkdir.
Digər mühüm prinsipin isə sahibkarlıq subyektləri ilə partnyorluq münasibətlərinin qurulması və dərinləşdirilməsi olduğunu deyən F.Məmmədov qeyd edib ki, vergi orqanları vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin qurulmasına artıq bir neçə ildir başlasa da, yeni yanaşmada bu münasibətlərin konkret əsaslara keçirilməsi və dərinləşdirilməsi, vergi ödəyicilərinin öhdəliklərinin dəqiqləşdirilməsi, onlara müasir və innovativ xidmətlərin təqdim edilməsi əsas götürülüb. Vergilər naziri Azərbaycanda vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan çevik və şəffaf mexanizmlər əsasında qurulması istiqamətində siyasətin bundan sonra da davam etdiriləcəyini, Vergilər Nazirliyinin biznes qurumları, xüsusilə də sahibkarları təmsil edən ictimai təşkilatlar və birliklərlə partnyorluq və tərəfdaşlıq münasibətlərinin genişləndirilməsi və daha da dərinləşdirilməsində maraqlı tərəf olduğunu və bu istiqamətdə öz səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb.
AmCham-ın prezidenti Nuran Kərimov Vergilər Nazirliyi ilə əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirərək AmCham-ın ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin işlənib hazırlanmasında maraqlı olduğunu vurğulayıb. O bildirib ki, Vergilər Nazirliyi ilə əməkdaşlığın nəticəsi olaraq qurum tərəfindən artıq 6-cı ildir ki, vergi partnyorluğu mövzusunda konfranslar təşkil edilir, vergitutma sahəsində aktual olan mövzular üzrə müzakirələr aparılır, konkret təkliflər irəli sürülür. N.Kərimov bugünkü görüşün məqsədinin ölkənin vergi sistemində aparılan islahatlar, Vergi Məcəlləsinə edilmiş dəyişikliklər, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi və s. məsələləri müzakirə etmək olduğunu diqqətə çatdırıb.
Sonra biznes strukturlarının nümayəndələri ilə onları maraqlandıran məsələlərlə bağlı panel müzakirələrində fikir mübadiləsi aparılıb, görüş iştirakçılarının sualları cavablandırılıb.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə regionunda Əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəylinin moderatorluğu ilə keçirilən “Vergi xidmətlərinin islahatlarda rolu” mövzusunda panel müzakirələri zamanı Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinovun “Vergi inzibatçılığında islahatlar və struktur təkmilləşdirilməsi”, “Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan və “Deloitte & Touche” MMC-nin Vergi üzrə direktoru Emil Qarayevin “Şəffaf vergi uçotu”, “Mastercard” şirkətinin ölkə meneceri Alper Meriçin və EY-ın Baş Vergi meneceri Zaur Qurbanovun “Nağdsız ödənişlər və onların faydaları”, BP-nin Regional Vergi və Gömrük xidmətləri üzrə Meneceri Ceyhun Məmmədovun və PwC şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru Mövlan Paşayevin “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi və könüllü əməletmə” mövzularında təqdimatları dinlənilib.
“Societe Generale Banking Group”-un Azərbaycan və Qazaxıstan nümayəndəliyinin rəhbəri Teybə Quliyevanın moderatorluğu ilə keçirilən növbəti paneldə isə vergilər nazirinin müşaviri - Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədovun “Vergi xidmətləri vergi sistemində aparılan islahatlarda lokomotiv rolunda”, “Rabitəbank”ın İdarə Heyətinin sədri Elçin Qədimovun və “KPMG Azərbaycan”-ın partnyoru, Vergi və Hüquq departamentinin rəhbəri Müşfiq Əliyevin “Vergi tənzimləməsinin maliyyə sektoruna təsiri”, “Baker Tilly Azerbaijan”-ın Vergi və Hüquq xidmətləri üzrə baş meneceri Azər Əkbərovun “Transfer qiymətləri, “BDO Azerbaijan”-ın Hüquq xidmətinin direktoru Sabit Abdullayevin “Vergidən yayınmanın qarşısının alınması: praktiki çətinliklər” mövzusunda təqdimatları dinlənilib.
Konfransın sonunda Vergilər Nazirliyi, Azərbaycan Respublikası Auditorlar Palatası, “Deloitte & Touche”, “EY Azərbaycan”, “PwC Azərbaycan” və “KPMG Azərbaycan” arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Tədbirdə AmCham-ın üzvləri, diplomatik korpusun nümayəndələri, Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxsləri və KİV nümayəndələri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

