Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Luis Tarrant: Bakının Dənizkənarı Bulvarı çox möhtəşəmdir

Luis Tarrant: Bakının Dənizkənarı Bulvarı çox möhtəşəmdir

30.05.2019 [09:56]

Mən “Arsenal” klubunun azarkeşiyəm. Sevimli komandamın UEFA Avropa Liqasının finalında keçirəcəyi qarşılaşmanı izləmək üçün Bakıya gəlmişəm. Bakı çox gözəl şəhər, sakinlər isə mehriban insanlar kimi daim xatirimdə qalacaq.
Bunu UEFA Avropa Liqasının final oyununu izləmək üçün Bakıya gələn “Arsenal” klubunun azarkeşi Luis Tarrant AZƏRTAC-a müsahibəsində deyib.
Şəhərmizin gözəlliyinə valeh olduğunu qeyd edən londonlu azarkeş bildirib: “Bakının gözəlliyi məni valeh etdi. Şəhərinizin Dənizkənarı Bulvarı çox möhtəşəmdir. Bulvardan Alov qülləri çox möhtəşəm və valehedici görünür. Dünən milli mətbəxinizin nümunələrindən daddım. Azərbaycan yeməklərinin dadından doymaq mümkün deyil”.
Oyunla bağlı fikirlərini bölüşən “Arsenal” klubunun azarkeşi deyib: “Sabah çox çətin və maraqlı oyun olacaq. “Çelsi” klubu güclü komandadır. Hesab edirəm ki, mayın 29-da möhtəşəm Bakı Olimpiya Stadionunda təkcə ingilis azarkeşlərini deyil, dünyadakı bütün futbolsevərləri maraqlı oyun gözləyir”.

Paylaş:
Baxılıb: 1209 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30