/ / Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə milli atçılıq festivalı keçiriləcək
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə milli atçılıq festivalı keçiriləcək
31.05.2018 [09:04]
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər davam edir. Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF) da yubiley münasibətilə milli atçılıq festivalına start verəcək. İyunun 2-17-ni əhatə edəcək festival çərçivəsində bir neçə yerli və beynəlxalq turnirlər keçiriləcək.
ARAF-dan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə iyunun 2-də Binə Atçılıq Mərkəzində cıdır üzrə “100 illik yubiley kuboku” keçiriləcək. Kubok uğrunda yarışda 24 at və jokeyin iştirakı gözlənilir. Tədbiri izləyəcək qonaqlar ölkədə fəaliyyət göstərən atçılıq idman klublarının üzvlərinin iştirakı ilə parad izləmək imkanını da əldə edəcəklər. Cıdırın ümumi mükafat fondu 15 min manatdır.
İyunun 5-də, 6-da, 7-də və 9-da isə Çövkən Milli Atüstü Oyunu üzrə “100 illik yubiley kuboku” turniri keçiriləcək. Turnirdə ümumilikdə səkkiz komanda iştirak edəcək. İyunun 5-də və 6-da keçiriləcək təsnifat mərhələlərindən sonra iyunun 7-də yarımfinal oyunları təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda mübarizə və final oyunları ilə turnirə yekun vurulacaq. Yarışın ümumi mükafat fondu 50 min manat təşkil edəcək.
Ondan sonra iyunun 8-də atçılığın konkur növü üzrə Heydər Əliyev Kuboku turniri keçiriləcək. “Elite Horse & Polo Club”un yaşıl arenasında keçiriləcək turnir iki kateqoriyadan ibarət olacaq. Yarışların ümumi mükafat fondu 34 min manatdır.
İyunun 15-17-də isə Azərbaycan, Almaniya, İrlandiya və Hindistanı təmsil edən klubların iştirakı ilə artıq altıncı dəfə ölkəmizdə Arena Polo üzrə Dünya Kuboku yarışları keçiriləcək. Üç gün davam edəcək turnirdə ümumilikdə altı oyun olacaq. Azərbaycanı təmsil edən milli polo komandasının idmançılarından ibarət “Elite Horse & Polo Club” komandasının bu turnirə qatılması yarışları azarkeşlərimiz üçün xüsusilə maraqlı edəcək.
Silsilə tədbirlərlə əlaqədar mayın 31-də saat 12:00-da “Elite Horse & Polo Club”da mətbuat konfransı və ziyafət təşkil olunacaq. Konfransda Milli Atçılıq Festivalı ilə bağlı bütün məlumatlar ictimaiyyətə ətraflı çatdırılacaq.
Xəbər lenti
Hamısına baxElm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59

