/ / “Olimpiya hərəkatı” proqramı çərçivəsində basketbol və badminton üzrə final mərhələsinin püşkü atılıb
“Olimpiya hərəkatı” proqramı çərçivəsində basketbol və badminton üzrə final mərhələsinin püşkü atılıb
13.04.2016 [09:50]
Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olimpiya hərəkatı” kütləvi idman proqramı çərçivəsində aprelin 12-də basketbol 3x3 və badminton yarışlarının final mərhələsinin püşkü atılıb.
AZƏRTAC xəbər verir ki, püşkatma mərasimində finala vəsiqə qazanmış komandaların rəhbərləri, məktəblərin müəllimləri, uşaq-gənclər idman məktəblərinin nümayəndələri, müvafiq idman növləri üzrə hakimlər, proqramın ulduz idmançıları - basketbol və badminton üzrə milli komandalarımızın üzvləri Amil Həmzəyev, Orxan Qələndərov və könüllülər iştirak ediblər.
Püşkatma nəticəsində basketbol 3x3 və badminton idman növləri üzrə rəqiblər müəyyənləşib.
Hakimlər tədbir iştirakçılarını final haqqında ətraflı məlumatlandırıb, komandaların hazırlığına dair tövsiyələr veriblər.
MOK-un baş məsləhətçisi, beynəlxalq dərəcəli hakim və yarışların baş hakimi Vaqif Əliyev bildirib ki, uğurla keçən yarışların finalı aprelin sonunda olacaq. Yarışlarda 12 rayondan 144 komanda iştirak edəcək. Eyni zamanda, final mərhələsinə 70 respublika dərəcəli hakim, 300-dən çox məşqçi və müəllim cəlb olunub. O, gələcəkdə proqramın daha çox idman növünü əhatə edəcəyinə əminliyini diqqətə çatdırıb.
Sonra proqramla bağlı videoçarx nümayiş olunub.
MOK-nin marketinq departamentinin rəhbəri, layihənin əlaqələndiricisi Mehman Kərimov proqramın məqsədi və yarışların final mərhələsi barədə ətraflı məlumat verib. Qeyd edib ki, proqramın əsas məqsədi “Bakı-2015” birinci Avropa Oyunlarının sosial və idman irsinin davamı olaraq, şagirdləri yüngül atletika, veloidman, basketbol 3x3 və badminton yarışlarına cəlb etməkdir. Eyni zamanda, sağlam və fəal həyat tərzini, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. “Olimpiya hərəkatı” proqramı çərçivəsində uşaqların bədən tərbiyəsi ilə müntəzəm məşğul olması valideynlərin də fəallığının artmasına müsbət təsir göstərir. Həmçinin uşaqları və gəncləri bu idman növləri vasitəsilə sağlam həyat tərzinə və idmana həvəsləndirməkdir.
Diqqətə çatdırılıb ki, tədbir iştirakçılarına paylanılmış “Olimpiya hərəkatı” proqramını və dörd idman növünə aid görüntüləri əks etdirən posterləri məktəblərdə nümayiş etdirmək və komanda üzvlərini həvəsləndirmək vacibdir. Çünki proqramla bağlı internetdə xüsusi müsabiqə həyata keçirilir. Uşaqlar bu müsabiqədə iştirak etməklə qalib olmaq və xüsusi hədiyyələr qazanmaq imkanı əldə edirlər. “Olimpiya hərəkatı” proqramının xüsusi hazırlanmış “Facebook”, “Instagram” və “YouTube” səhifələrində layihənin icrası, həmçinin məktəblilər arasında idman, sağlam və fəal həyat tərzi təşviq edilir.
Xatırladaq ki, Bakının 400-dək orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird proqram çərçivəsində atletika, badminton, basketbol 3x3 və velosiped idman növləri üzrə yarışlara cəlb olunub. Azərbaycanda 2015-ci ildən icra olunmağa başlanan “Olimpiya hərəkatı” proqramı məktəblilərin idmana cəlb edilməsində əhəmiyyətli rol oynayıb. Dörd idman növü üzrə məktəbdaxili yarışlarla başlayan proqram Bakı şəhərinin rayonları üzrə birinciliklərlə davam edib. Layihənin icrasını müvafiq idman növləri üzrə milli federasiyalar da dəstəkləyirlər. Proqram 2016-cı il aprelin sonunda ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərdən birində təşkil olunacaq final yarışı və idman festivalı ilə başa çatacaq.
İlk dəfə 2003-cü ildə Niderlandda həyata keçirilən “Olimpiya hərəkatı” proqramı genişlənərək digər ölkələri əhatə edib. Azərbaycan bu proqramın icra olunduğu beşinci ölkədir. Proqramın əsas hədəf qrupu Bakının orta ümumtəhsil məktəbində təhsil alan 12-16 yaşlı şagirdlərdir. Proqram uşaqların daim hərəkətdə olmasını təbliğ edir. Məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına töhfə verən proqram Azərbaycanda idmanın inkişafına mühüm təsir göstərir.
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41

