Aleksandr Qusyatnikov: Azərbaycanda fantastik işlər görülür
31.01.2015 [11:38]
“2015-ci il dünya velosiped idmanı həyatında kifayət qədər aktiv dövr kimi yadda qalacaq və siz də bu proseslərin içində olacaqsınız”. Bu sözləri Avropa Velosipedçilər İttifaqının (UEC) vitse-prezidenti Aleksandr Qusyatnikov dünyanın bir çox tanınmış komandalarının, o cümlədən, “İtera-Katyuşa” (Rusiya), “Astana” (Qazaxıstan), “CCC” (Polşa), habelə Azərbaycanın “Synergy Baku” və dağ velosipedi üzrə yığma komandasının İspaniyada keçirilən təlim-məşq toplanışı zamanı AVİF mətbuat xidmətinə müsahibəsində deyib. O, “Bakı-2015” ilk Avropa Oyunlarını gələcəyə atılan önəmli addım kimi dəyərləndirib.
Aleksandr Qusyatnikov Avropa Oyunlarının şosse velosipedi üzrə yarışlarını belə xarakterizə edib: “Bildiyiniz kimi, uzun illərdir ki, şosse velosipedi üzrə Elit yaş kateqoriyasında Avropa çempionatı keçirilmir. Bunu onunla əlaqələndirirdilər ki, dünyanın ən güclü velosipedçiləri Avropada toplaşdığından qitə çempionatının təşkili Dünya Çempionatının nüfuzuna xələl gətirə bilər. Amma Avropa Velosipedçilər İttifaqının rəhbərliyində edilən dəyişiklikdən sonra 2016-cı ildən etibarən Elit yaş qrupunda Avropa çempionatının bərpası qərara alınıb. Bu səbəbdən də Avropa Oyunlarında gələnilki qitə çempionatının cizgiləri özünü qabarıq şəkildə büruzə verəcək”.
UEC vitse-prezidentinin sözlərinə görə, Avropanın aparıcı ölkələri qitə çempionatının bərpasına böyük maraq göstərirlər və bu səbəbdən də Bakı-2015”in proqramına şosse velosipedinin salınması onların ürəyincə olub. Azərbaycan paytaxtına kifayət qədər güclü velosipedçilərin gələcəyini vurğulayan Aleksandr Qusyatnikov yarışların yüksək səviyyədə təşkil ediləcəyinə şübhə etmir: “2014-cü ildə keçirilən “Tour d’Azerbaidjan” veloyürüşü zamanı sonuncu mərhələ paytaxt Bakı küçələrində təşkil edildi və bu variant UEC tərəfindən də böyük dəstək qazandı. Builki yarışın 5-ci mərhələsi də eyni marşrut üzrə olacaq və Avropa Oyunları üçün bu variant tam təsdiqlənəcək. Gözəl şəhər küçələrində yarışmağı kim istəməz? Beynəlxalq standartlara cavab verən dağ velosipedi parkınız artıq hazırdır, BMX stadionunda isə işlər yekunlaşmaq üzrədir. Ümumiyyətlə, Azərbaycanda idman sahəsində fantastik işlər görülür. “Tour d’Azerbaidjan” veloyürüşü zamanı rayonlarda bunun bir daha şahidi oldum. Prezident İlham Əliyevin idmana, o cümlədən, velosipedə göstərdiyi qayğı, federasiyanızın gördüyü işlər Avropa Velosipedçilər İttifaqı rəsmilərini çox sevindirir”.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22

