Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.04.2011 [09:54]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünən Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün istiqamətlərdə çox yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimizin hərbi sahədə də yaxşı işbirliyinin yaradılmasından məmnunluğunu bildirib. Prezident İlham Əliyev Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlunun səfər proqramı çərçivəsində keçirəcəyi görüşlərdə səmərəli müzakirələr aparılacağına əminliyini ifadə edib. Qarşılıqlı səfərlərin önəmini qeyd edən Prezident İlham Əliyev Erdal Ceylanoğlunun ölkəmizə səfərinin uğurlu keçəcəyinə və Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib. Türkiyənin Quru Qoşunları komandanı Erdal Ceylanoğlu Azərbaycan ilə Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyini vurğulayıb və bu münasibətlərin bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Paylaş:
Baxılıb: 1009 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31