Prezidentin tapşırığından sonra qiymətlər dərhal endi
12.03.2011 [01:28]
Məlum olduğu kimi, bayram günləri ilə bağlı ölkəmizdə bir sıra işbazlar yerli istehsal məhsullarının qiymətlərini bahalaşdırmağa çalışır. Onlar martın ilk günlərindən başlayaraq, hətta, bu əməllərini genişləndirməyə də cəhd göstəriblər. Amma hökumətin bu cür hallara qarşı sərt mövqe nümayiş etdirməsi işbazların öz çirkin əməllərindən geri çəkilməsinə səbəb olub. Prezident İlham Əliyev qiymət artımları ilə bağlı sərt mövqeyini ortaya qoyduqdan sonra artıq əksər məhsulların qiymətlərində ucuzlaşma baş verib.
Belə ki, son günlər şəkər tozu 10 qəpik, qənd 10 qəpik, müxtəlif növ şirniyyatlar təxminən 15-20 qəpik ucuzlaşıb. Yumurtanın və toyuq ətinin isə daha çox ucuzlaşması qeydə alınıb. Artıq 2 gündür ki, pərakəndə satış məntəqələrində yumurtanın 1 ədədi 12-14 qəpiyə satılır. Halbuki, əvvəlki günlərdə bu rəqəm 25-27 qəpik arasında idi. Demək yumurtanın qiyməti 2 dəfədən də çox ucuzlaşıb. Eləcə də, broyler təsərrüfatlarının istehsal etdiyi quş ətinin qiyməti 30 qəpiyə qədər aşağı düşüb. Hazırda 1 kq quş əti təxminən 3 manata satılır. Bir neçə gün əvvəl isə qiymətlər 3 manat 30 - 3 manat 40 qəpik təşkil edirdi.
Mövcud vəziyyət, yəni, qiymətlərin aşağı düşməsi isə onu göstərir ki, hər hansı bir yerli istehsal məhsulunun satışını normal bazar iqtisadiyyatı qanunları ilə tənzimləmək mümkündür. Belə ki, yerli istehsal məhsulunu onun maya dəyərinin üzərinə müəyyən gəlirlilik faizini əlavə etməklə ucuz qiymətə satmaq olar. İstehsalçı şirkət öz məhsulunu aşağı qiymətə təqdim etdiyi və satış bazarlarına nəzarət tədbirləri güclü olduğu halda qiymətlərin bahalaşması mümkün ola bilməz. Məsələn, quşçuluq fabrikləri yumurtanın bir ədədini satış mağazalarına 10-12 qəpikdən təhvil verirsə, bu halda son qiymət 14 qəpikdən yuxarı olmamalıdır. Yəni, burada hər iki tərəf müəyyən faizlə gəlir əldə etmək imkanına malikdir. Əgər topdansatış mərkəzlərindən 12 qəpiyə alınan yumurta 18, 20, yaxud 24 qəpiyə satılırsa, bu, artıq əsassız qiymət artımının əlaməti sayılır. Belə halda, süni qiymət artımına yol verən möhtəkirlərin cəzalandırılması mütləq olmalıdır, necə ki, artıq hökumət həmin şəxslər barəsində ən sərt cəza tədbirləri görməyə başlayıb.
Digər tərəfdən, respublikamızda kənd təsərrüfatı məhsullarının böyük əksəriyyəti yerli istehsal hesabına təmin olunur və bu faktor özü təsdiq edir ki, qida mallarının bahalaşmasına iqtisadi əsas yoxdur. Bu gün elə məhsullar var ki, nəinki istehlakı tamamilə ödəyir, eyni zamanda, xarici ölkələrə ixrac olunur. Həmin məhsulların bahalaşmasına səbəb ola biləcək iqtisadi faktorlar müşayiət olunur və yaxud bəzi məhsulların emalında istifadə olunan xammalın dəyəri dünya bazarında 2-3 faiz artıb. Amma bu o demək deyil ki, həmin məhsulun hazırlanması ilə məşğul olan şirkət qiymətləri 2-3 faiz əvəzinə, 25-30 faiz artırsın. Bu tendensiya açıq-aşkar yerli istehsal müəssisəsinin haqsız rəqabətlə məşğul olduğunun və vəziyyətdən istifadə edərək daha çox qazanc əldə etmək niyyətlərinin təzahürü sayıla bilər. Bu olmadığı təqdirdə isə, yəni, bazarda ədalətli rəqabət mühiti qorunduğu halda qiymətlərin artması mümkün deyil.
Göründüyü kimi, istehlak bazarında süni inhisarçılıq meyilləri aradan qaldırıldığı halda qiymətlərin ucuz olması labüddür. Hökumətin məqsədi də bundan ibarətdir ki, bazarda azad rəqabət olsun, ədalətli qiymət siyasəti təmin edilsin. Prezident İlham Əliyev respublikamızın özünü bir neçə əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etdiyini bir daha xatırladaraq süni qiymət artımına qarşı barışmaz mövqedə olduğunu bəyan edib: “Ancaq ölkə daxilində istehsal olunan məhsulların qiyməti bəzi hallarda əsassız və süni şəkildə artırılır... Amma sahibkarlar da məsuliyyətli olmalıdırlar. Bu nə deməkdir, niyə qiymətin süni şəkildə qaldırılması ilə məşğul olurlar?! Yumurta indi sadəcə bir məhsul növüdür, bayram ərəfəsində başqa sahələrdə də qiymətlər qalxır. Nə üçün? Bilirsiniz, məsuliyyət və bir də vicdan olmalıdır. Bunlar yerində olmayanda cəza tədbirləri görüləcəkdir. Bu gün özlərini vicdansızcasına aparan sahibkarlar, süni şəkildə qiyməti artıran bir neçə yumurta istehsalçısı görəcək ki, dövlətin onlara qarşı cəza tədbiri nədən ibarət olacaqdır. Qoy o birilərə də dərs olsun. Kim burada qiymətin süni şəkildə artımı ilə məşğul olmaq istəyirsə, özü üçün nəticə çıxarsın və fikirləşsin ki, onu hansı aqibət gözləyir”.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə dövlət başçısının son xəbərdarlığından sonra süni qiymət artımının qarşısının alınması məqsədilə monitorinqlərin və araşdırmaların davam etdirildiyini bildirib. Qurum artıq paytaxtın əksər mağazalarında əsassız qiymət artımlarının qarşısının alınmasında effektiv nəticələr əldə olunduğunu xatırladır. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyi də bayram günlərində paytaxtda keçirilən satış yarmarkalarına bölgələrdən ərzaq məhsullarının daha çox gətiriləcəyini bildirir. Bayram ərəfəsində paytaxtın bütün yarmarkaları quş və mal əti, yumurta, süd, qatıq, qoz, fındıq, şabalıd, meyvə və tərəvəzlərlə daha çox təmin ediləcək. Nazirlik, eyni zamanda, paytaxt bazarlarında ət məhsullarının qiymətlərinin daha da aşağı salınması üçün müvafiq tədbirlərin görüləcəyini əmin edir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
26 Aprel 21:44
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19

