/ / Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsi istifadəyə verilib
Müdafiə Sənayesi Nazirliyi "Şərq" İstehsalat Birliyinin yeni "AZAD Systems Co." müəssisəsi istifadəyə verilib
04.03.2011 [18:48]
Dünən Müdafiə Sənayesi Nazirliyi “Şərq” İstehsalat Birliyinin yeni “AZAD Systems Co.” müəssisəsi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Dövlətimizin başçısı Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyub. Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.
Müəssisə ilə tanış olan dövlətimizin başçısı burada xaricdən gələn mütəxəssislərlə görüşüb. Prezident İlham Əliyev onlarla birlikdə müəssisədə istehsal edilən məhsulların nümayiş olunduğu filmə baxıb.
Azərbaycan Prezidentinə pilotsuz təyyarənin maketi hədiyyə olunub.
Müdafiə sənayesi naziri Yavər Camalov dövlətimizin başçısına məlumat verib ki, müəssisədə işçilərin fəaliyyəti üçün hər cür şərait yaradılıb. “AZAD systems Co.” müəssisəsinin də daxil olduğu “Şərq” İstehsalat Birliyində son bir neçə ildə geniş tikinti və yenidənqurma işləri aparılıb. Son üç ildə müəssisədə 5 istehsal sahəsi yaradılmış, müasir texnoloji avadanlıq quraşdırılıb.
Müəssisə ilə tanışlıq zamanı Prezident İlham Əliyevə bildirilib ki, burada müasir tipli məsafədən idarə edilən pilotsuz uçuş aparatları istehsal olunur. Pilotsuz uçuş aparatları bir çox texniki-iqtisadi üstünlüklərə malikdir. Uçuş aparatında heyətin olmaması, çəkilən xərclərin azlığı, insanın fiziki qabiliyyətindən artıq texniki manevrlər etmək xüsusiyyəti və digər məsələlər bu üstünlüyü şərtləndirən əsas amillərdir.
Kompozit materialları sahəsində iş prosesi ilə tanış olan Prezident İlham Əliyevə məlumat verili ki, “Orbitr-2M” və “Aerostar” pilotsuz təyyarələrinin hissələri burada hazırlanır. Bunun üçün xüsusi qəliblərdən istifadə olunur və istehsal prosesi xüsusi dəqiqliklə yerinə yetirilir. Kəsmə-biçmə sexində də hər cür şərait yaradılmışdır. Təyyarələrin hazırlanmasında istifadə olunan materiallar bu sexdə kəsilir, biçilir və aidiyyəti üzrə müvafiq istehsal sahələrinə yönəldilir.
Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin muzeyində saxlanmaq üçün hazırlanmış pilotsuz təyyarənin qanadını imzalayıb.
Mühərrikyığma sexində dövlətimizin başçısına müəssisədə hazırlanan pilotsuz təyyarələrin digər texniki göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, “Orbitr-2M” təyyarəsi 4-6 kilometr hündürlükdə 4-5 saat uça bilir. “Aerostar” təyyarəsi isə 10 kilometr yüksəklikdə 12 saat fasiləsiz uçur.
Prezident İlham Əliyevə pilotsuz təyyarələrin hissələri və “Orbitr-2M” təyyarəsinin yerüstü idarəetmə mərkəzi barədə də məlumat verilib.
İdarəetmə mərkəzinin fəaliyyəti ilə tanış olan Azərbaycan Prezidentinə məlumat verilib ki, bu qurğu hazır məhsulun keyfiyyətini yoxlamaq, bir növ onun sınağını keçirməklə yanaşı, pilotsuz təyyarələrin idarə olunmasının texniki xüsusiyyətlərini də özündə əks etdirir. Kəşfiyyat tapşırıqlarını və yerdən verilən komandaları yerinə yetirmək imkanına malik olan bu aparatlar uçuş məsafəsinə və enməsinə görə aerodrom tipli platformalardan start götürmək, aerodroma və yaxud paraşüt vasitəsilə enmə qabiliyyətinə malikdir. İnformasiyanın ötürülməsi xüsusi avadanlığın köməyi ilə yerinə yetirilir.
Sonra gələcəkdə Azərbaycanda istehsalı nəzərdə tutulan “Diamond DA-42” dörd yerlik sərnişin təyyarəsinin təqdimatı olub. Dövlətimizin başçısına təyyarənin texniki göstəriciləri barədə məlumat verilib.
Müəssisə ilə tanış olan Prezident İlham Əliyev burada yaradılan şəraitdən razılığını bildirib və kollektivə uğurlar arzulayıb.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10

