Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Gündəm / Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub

23.01.2019 [10:05]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 22-də Davosda “Signify” şirkətinin (keçmiş “Philips Lightning”) baş icraçı direktoru Erik Rondolat ilə görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Erik Rondolat təmsil etdiyi qurumun şəhər işıqlandırması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olduğunu vurğulayıb və hazırda Azərbaycanın aidiyyəti qurumları ilə birlikdə paytaxtın işıqlandırılmasına dair layihə üzərində iş aparıldığını qeyd edib. O, layihənin pilot variantının yaxın bir neçə ay ərzində başa çatdırılacağı barədə dövlətimizin başçısına məlumat verib.
Erik Rondolat bu layihə üzrə Azərbaycan tərəfi ilə birlikdə görülən işlərdən məmnunluğunu bildirib. O, Bakı şəhərinin bütövlükdə işıqlandırma sisteminin idarə edilməsi layihəsinin “Signify” şirkəti tərəfindən hazırlanaraq təqdim olunmasını təklif edib.
Prezident İlham Əliyev “Signify” şirkətinin nümayəndələrinin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı Bakı şəhərinin işıqlandırılması sisteminin idarə edilməsinin təkmilləşdirilməsi barədə aidiyyəti dövlət qurumları ilə birlikdə müzakirələrin aparılmasının və müvafiq layihələrin hazırlanmasının önəmini vurğulayıb.

Paylaş:
Baxılıb: 759 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31