İki qardaş ölkənin bayrağı qoşa dalğalanır
29.10.2009 [10:12]
Azərbaycan və Türkiyə arasında “bayraq böhranı” başa çatdı. Bursada Azərbaycan bayraqlarını təhqir edənlərin cəzalandırılacağı barədə vədlər yerinə yetirildikdən sonra Azərbaycan tərəfi müsbət jest etdi. Artıq oktyabrın 27-sindən etibarən Bakıdakı Türk şəhidliyində hər iki ölkənin bayraqları yenidən qoşa dalğalanmağa başlayıb. Geridə qalan böhran Azərbaycan və Türkiyənin qarşılıqlı maraqlara dayanan siyasi xətt yürütməsinin alternativi olmadığını ortaya qoydu. Bununla da bölgədə gedən siyasi proseslərin önəmli oyunçuları olan iki dövlət arasında proseslər yeni mərhələyə qədəm qoymuş olub. Yeni mərhələ Azərbaycan və Türkiyənin lokal, regional və beynəlxalq səviyyədə yürüdülən siyasi xətdə QARŞILIQLI MARAQLARI nəzərə almasını tələb edir. Bu baş verməsə, iki ölkə arasında zaman-zaman böhranların baş verməsi qaçılmaz olacaq. Azərbaycanın Türkiyəyə ucuz qiymətə mavi yanacaq satmasının məntiqli addım olmadığına dair Prezident İlham Əliyevin bəyanatına rəsmi Ankaranın dərhal müsbət reaksiya verməsi göstərdi ki, artıq qarşı tərəf də dövlətlərarası münasibətlərdə maraqların qarşılıqlı təmin olunmasına önəm verməyə başlayıb. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın dərhal “Azərbaycandan satın alınan qazın qiyməti ilə dünya bazarındakı qiymət arasında fərq ödənəcək” açıqlaması verməsi bunu sübut edir.
Lakin indiki situasiyada nəticə dəyişməz qalır - Bakıdakı Türk Şəhidliyində bayraqların yenidən qaldırılması bir daha Azərbaycanın Türkiyəni STRATEJİ TƏRƏFDAŞ qismində gördüyünü və bu xətdən geri çəkilmədiyini göstərir.
Türkiyənin Azərbaycan bayrağına hörmətsizlik edənləri cəzalandırmasına rəsmi Bakının müsbət reaksiya verməsi və hətta “Azərbaycan Respublikasında xarici dövlətlərin və beynəlxalq təşkilatların bayraqlarının istifadə qaydaları haqqında” Qanuna istisna təşkil edilən bir addımın atılması da Bakının strateji müttəfiqliyə nə qədər önəm verdiyini bir daha təsdiqlədi.
Azərbaycan Türkiyə bayrağına bir xarici dövlətin bayrağı kimi deyil, dost və qardaş ölkənin bayrağı, həm də qüruru kimi yanaşdığından, yenidən Türk bayrağına Azərbaycan bayrağı ilə eyni statusda dalğalanmaq haqqını tanıdı.
Əslində bununla həm də bundan sonra da bölgədə BƏRABƏRHüQUQLU və QARŞILIQLI MARAQLARA HöRMƏT EDƏRƏK birgə addımlamağa inam ifadə etmək mesajı da verildi.
Prosesin yekun nəticəsi isə belədir - Azərbaycan bu günədək Türkiyəyə yönəlik yürütdüyü siyasətdən bir addım belə geri çəkilmədiyini, türk birliyi ideyasına sadiq olduğunu, öz siyasətində TüRKİYƏ DöVLƏTİ VƏ MİLLƏTİNİN maraqlarının daim nəzərə aldığını isbatladı və təbii ki, rəsmi Bakı da qarşı tərəfdən analoji siyasi xətt yürüdülməsini gözləyir.
“Bayraq böhranı” hansı gerçəklikləri ortaya çıxarıb?
a) Baş verənlər bir daha təsdiqlədi ki, bölgədə status-kvonu Azərbaycanın maraqlarının zərbə altına qoymaq hesabına dəyişmək mümkün deyil. Türkiyə yürütdüyü siyasətdə Azərbaycanın maraqlarını mütləq nəzərə almalıdır. Ankara bunu təkcə strateji tərəfdaşlar arasında qarşılıqlı maraqların nəzərə alınmasının vacibliyinə görə deyil, həm də öz daxilində Azərbaycana yönəlik yanlış siyasətə qarşı kəskin ictimai reaksiyanı nəzərə alaraq etməyə məhkumdur.
b) Azərbaycanın Türkiyəyə yönəlik siyasəti STRATEJİ TƏRƏFDAŞLIQ səviyyəsindən enməyib, əksinə təkcə Bakının deyil, türk ictimaiyyətinin də istəyi bu tərəfdaşlığı daha yüksək səviyyəyə çıxarmaqdır.
c) Bölgədə arzu edilən status-kvo dəyişikliyi yalnız proseslərin ən önəmli oyunçularından olan Azərbaycan və Türkiyənin daha da yaxınlaşması hesabına baş verə bilər.
d) Ən nəhayət “bayraq böhranı”na son nöqtəni qoyan Azərbaycan bununla həm də türk birliyi ideyasına bağlılığını bir daha isbatlayaraq Türkiyədə ölkə haqqında formalaşdırılan yanlış ictimai rəyi dağıtmış oldu.
Bir amili mütləq nəzərə almaq lazımdır - Türkiyə tərəfindən qaynaqlanan anlaşılmazlığın başa çatmasında əsas rol Azərbaycana məxsusdur. Bunun üçün istifadə olunan vasitələr birmənalı qarşılanmaya bilər, lakin Azərbaycan bayrağının təhqir olunması səviyyəsinədək enən münasibətlərə Bakının sərt reaksiyası olmasaydı və bu münasibət türk ictimai fikri tərəfindən bu dərəcədə dəstəklənməsəydi, Ankara münasibətləri əvvəlki səviyyəyə qaytarmaq üçün bu qədər səy göstərməzdi. Gerçəklik budur - dövlətlərarası münasibətlərdə səhvlərin yenidən təkrarlanmaması üçün Azərbaycan və Türkiyə bir-birilərinə “böyük-kiçik qardaş” prinsipi ilə deyil, BƏRABƏRHüQUQLU tərəf kimi baxmalıdır.
APA-ANALİTİKA
Xəbər lenti
Hamısına baxHadisə
27 Aprel 09:25
İdman
27 Aprel 08:52
Dünya
27 Aprel 08:19
Dünya
27 Aprel 07:30
Dünya
26 Aprel 23:40
İdman
26 Aprel 23:28
Hərbi
26 Aprel 22:30
Sosial
26 Aprel 21:44
İdman
26 Aprel 21:09
Sosial
26 Aprel 20:35
Siyasət
26 Aprel 20:35
Dünya
26 Aprel 19:18
Dünya
26 Aprel 18:33
Dünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Siyasət
26 Aprel 16:11
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25

