Naxçıvan və Gəncə şəhərlərində əlil insanlar üçün Regional İnformasiya Mərkəzi yaradılacaq
14.08.2009 [14:29]
Bu mərhələdə Naxçıvan şəhərində Regional İnformasiya Mərkəzinin yaradılması nəzərdə tutulub. Mərkəzin xidmətindən şəhərdə, eləcə də Muxtar Respublikanın 7 rayonunda yaşayan fiziki qüsurlu insanlar yararlana biləcəklər.
Müasir texnologiyalarla təchiz olunan mərkəzdə oxu zalı, təlim-tədris bölməsi, audiokitabxana, ədəbiyyat fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə olunması xidmətlərini təmin edən kompyuter salonu fəaliyyət göstərəcək. Səsyazma studiyasının köməyi ilə 50 adda audiokitab fonduna malik kitabxananın zənginləşdirilməsi nəzərdə tutulub. Sürətli internetlə təmin olunmuş mərkəzdə 20 kompyuterdən ibarət lokal şəbəkə yaradılacaq, görmə qabiliyyətini itirmiş insanlar üçün Brayl displeyləri, 2 ədəd sərbəst oxuyan maşın və Brayl printeri, müxtəlif dillərdə nəşrləri səsləndirəcək oxu maşını quraşdırılacaq. Mərkəzdə görmə qabiliyyəti zəif olan insanlar üçün kompyuterlərə böyüdücü cihazların quraşdırılması, iri şriftli kitabların nəşri, lal və karlar üçün subtitrli filmlərin nümayişi, əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən kompyuter oyunlarının təşkili nəzərdə tutulub. Regional İnformasiya Mərkəzinin internet saytı istifadəçilərə lazımi informasiyanı əldə etməklə yanaşı, “tanışlıq” bölməsinin köməyi ilə bir-biriləri ilə ünsiyyət qurmağa imkan yaradacaq. İkimərtəbəli binada yerləşən mərkəzə əlil arabası ilə gələnlərin maneəsiz hərəkəti üçün lazımi şərait olacaq. Birgə əməkdaşlıq çərçivəsində Gəncə şəhərində də müvafiq mərkəz yaradılır. Regional İnformasiya Mərkəzinin xidmətindən Gəncə və Naftalan şəhərlərində, eləcə də Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Göygöl, Şəmkir rayonlarında yaşayan 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcək.
Fiziki qüsuru olan insanların cəmiyyət həyatında fəal iştirakına, informasiya-kommunikasiya texnologiyaları vasitəsi ilə məlumat əldə etmək və biliklərini artırmaq imkanlarının genişləndirilməsinə, məşğulluğunun artırılmasına yönələn ilk layihə 2005-2006-cı illərdə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilib. Layihə kor və zəif görən uşaqlar üçün Respublika internat orta məktəbində müvafiq mərkəzin yaradılmasına imkan yaradıb.
Xəbər lenti
Hamısına baxSiyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11

