/ / Azərbaycanın Birinci vitse-prezidenti Ramanada Qubadlı rayon Xanlıq kənd orta məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olub
Azərbaycanın Birinci vitse-prezidenti Ramanada Qubadlı rayon Xanlıq kənd orta məktəbinin yeni binasında yaradılan şəraitlə tanış olub
06.10.2017 [09:51]
Oktyabrın 5-də - Beynəlxalq Müəllimlər Günündə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Sabunçu rayonunun Ramana qəsəbəsində Qubadlı rayon Xanlıq kənd ümumi orta məktəbi üçün istifadəyə verilən yeni binada yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov məktəbin binasında yaradılan şərait barədə Mehriban xanım Əliyevaya məlumat verib.
Qeyd edilib ki, bu təhsil müəssisəsi 2017-2018-ci tədris ilində istifadəyə verilib. Məktəbin binasının inşasına bu il başlanılıb və dörd ay ərzində tikilib istifadəyə verilib. 196 şagird yerlik məktəb Qubadlıdan olan məcburi köçkün ailələrinin və ətraf ərazidə yaşayan sakinlərin övladları üçün nəzərdə tutulub.
Mehriban xanım Əliyeva məktəbdə təhsil alan birinci sinif şagirdləri ilə söhbət edib, onların dərsləri ilə maraqlanıb. Uşaqlar məktəbdə tədris üçün bütün şəraitin mövcud olduğunu söyləyiblər və yaxşı oxuyacaqlarına söz veriblər. Ən müasir avadanlıqla təchiz edilən binada tədrisin yüksək keyfiyyətlə təşkili üçün hər cür şərait yaradılıb. Məktəbdə şagirdlər birinci sinifdən doqquzuncu sinfə qədər təhsil alırlar. Kabinetlərin və laboratoriyaların hamısı lazımi avadanlıq və dərs ləvazimatları ilə təmin edilib.
İnformatika otağında şagirdlərin kompüter bacarıqları ilə maraqlanan Azərbaycanın Birinci vitse-prezidenti onlara uğurlar arzulayıb.
Birinci vitse-prezident Mehriban Əliyeva yüksək balla ali məktəblərə daxil olan Qubadlı rayonunun şagirdlərinin fotolarından ibarət stendə baxıb.
Təhsil müəssisəsində son 10 ildə bu rayondan olan məcburi köçkünlər üçün tikilmiş yeni məktəb binalarını əks etdirən fotostend də qoyulub.
Azərbaycanın Birinci vitse-prezidenti dövlətimizin başçısı İlham Əliyevin Qubadlı rayonundan olan idmançılarla görüşünə həsr edilən fotostendlə də tanış olub.
İdman zalında Mehriban Əliyeva Qubadlıdan olan idmançıların məşqini izləyib. Məktəbin kollektivi ilə görüşən Mehriban Əliyeva tədris ocağının yeni binasının istifadəyə verilməsi və Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıb.
“Məktəb illəri hər bir insanın həyatında silinməz iz qoyur. Sizin peşəniz olduqca vacibdir”, - deyən Birinci vitse-prezident təhsil müəssisəsinin kollektivinə fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxMEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36

