Dövlət başçısı İlham Əliyev Bakı dairəvi avtomobil yolunun tikintisi ilə tanış olub
24.07.2009 [12:59]
Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azərinşaatservis” MMC-nin tikdiyi Bakı dairəvi yolunda işlərə 2006-cı ilin oktyabrından başlanıb. Əsas yolun uzunluğu 21,5 kilometr, köməkçi yolların uzunluğu isə Biləcəri enişi ilə birlikdə 11,65 kilometrdir. Altı hərəkət zolaqlı yolun torpaq yatağının eni 33,5 metr, əsas yolun hərəkət hissəsinin eni 22,5 metr, hərəkət zolaqlarının hər birinin eni 3,75 metr olacaq. Layihəyə əsasən, yolun asfalt örtüyünün qalınlığı 19-27 santimetr olacaq. Torpaq işlərinin 60 faizi, asfalt işlərinin 11, drenaj borularının çəkilməsinin 90 və kommunikasya xətlərinin köçürülməsi işlərinin 80 faizi başa çatdırılıb.
Dövlətimizin başçısına yolun istinad divarlarının texniki-iqtisadi göstəriciləri barədə məlumat verilib. Bildirilib ki, yolun tikintisi zamanı yamaclarda aşkar edilən çatların və sürüşmənin qarşısının alınması məqsədi ilə 22 min 359 kvadratmetrlik torpaq istinad divarlarının çəkilməsi nəzərdə tutulub. Bu işlərin 10 faizi başa çatdırılıb. Burada 640 metr uzunluğunda beton istinad divarları da tikilir. Həmin divarların 320 metrlik hissəsi hazırdır. Ərazidə 652 ədəd drenajların yerləşdirilməsi nəzərdə tutulub, işlərin artıq 62 faizi görülüb.
Dövlətimizin başçısı Bakı-Rusiya, Bakı-Gürcüstan və Bakı-İran sərhədləri avtomagistrallarını birləşdirəcək bu layihə üzrə tikinti işlərinin keyfiyyətlə yerinə yetirilməsi barədə tapşırıqlarını verib.
Sonra Prezident İlham Əliyev Bakı dairəvi yolunun Bakı-İran sərhədi avtomagistralı ilə birləşəcək hissəsinə gəlib. Dövlətimizin başçısına məlumat verilib ki, layihə çərçivəsində 6 körpü, 1 yeraltı avtomobil keçidi, 1 yeraltı piyada keçidi və 4 avtobus dayanacağının inşası nəzərdə tutulub. Artıq körpülərin tikintisinin 80 faizi, yeraltı keçidlərin tikintisinin isə 96 faizi başa çatdırılıb. Tikinti işlərinə 400 nəfərdən çox işçi qüvvəsi və 300-dək texnika və avadanlıq cəlb edilib.
ümumilikdə, işlərin 63 faizinin başa çatdırıldığı Bakı dairəvi yolunun 2010-cu ilin avqustunda istifadəyə verilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyev işlərin yüksək keyfiyyətlə və vaxtında başa çatdırılmasını tapşırıb və müvafiq tövsiyələrini verib.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10

